Rusiyada azərbaycanlı bəy gəlini toy mərasimində qoyub qaçdı
Rusiyanın Sankt-Peterburq şəhər sakini toy mərasimindən sonra qaçan ərini tapmaq üçün polisə müraciət edib.
Mk.ru xəbər verir ki, qəribə hadisə 51 yaşlı gəlinin başına gəlib.
Belə ki, bəy toy mərasimindən sonra pasportunun evdə qaldığını bəhanə edib və maşına minərək oradan qaçıb.
Bundan sonra ondan xəbər alınmayıb.
Sankt-Peterburq sakini hüquq-mühafizə orqanlarına onu boşanmaq üçün tapmaq istədiyini bildirib.
Qeyd edilir ki, cütlük toydan iki ay əvvəl tanış olublar. Toy günü qadın azərbaycanlı nişanlısına notariusa gedərək, nikah kəsdirməyi təklif edib. Bundan sonra kişi əsəbi olub və danışmayıb.
Həmin şəxsin Rusiyada qalmaq icazəsinin olmadığı da bildirilir.
tv713.az