Pentaqonun polkovnikindən Bakıya dəstək
Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyi Baş Qərargahının Planlar, Strateji və Siyasət şöbəsi, NATO/Avropa bölmə müdiri - ABŞ Dəniz Qüvvələrində "Con" ləqəbi ilə tanınan əslən azərbaycanlı komandir Nəimi Amiralın Ordumuza dəstək statusunu paylaşıb.
TV 713 xəbər verir ki, Nəimi Amiral yazıb:
“Təəssüf Azərbaycanın sülhsevər addımları bugünədək qarşılıqsız qalmışdır. Evlərindən, obalarından olmuş ailələrimizin tezliklə öz yurdlarına qayıda bilməsini səbirsizliklə gözləyirik. Xeyirli və uğurlu olsun!”