ŞƏHİD RUHLARINI İNCİTMƏYİN!

Manset / Şahidlər və Şəhidlər / Yazarlar 28-sen, 01:289 tv713 45 0






İGİD TEYMURLU




"ANIM GÜNÜ"NÜN TƏQDİMATINDAKI UNUTQANLIĞIMIZ


QARABAĞ uğrunda gedən müharibənin ikinci fazası çərçivəsində 27 sentyabr 2020-ci ildə başlanan antiterror əməliyyatı sonradan Anım Günü kimi tarixə həkk olundu.

Çox təəssüf ki, bu tarixi günün mahiyyətini anlamayanlar öz açıqlamalarında hər zaman "3 minə yaxın Şəhid"in Ruhuna dualar oxuyur, Onların Vətən yolundakı Qəhrəmanlıqlarını örnək olaraq cəmiyyətə təqdim edirlər.
Orası bəlli. Bəli, həmin 3 minə yaxın Şəhid də bu dövlətin varoluşunda canını fəda etmiş və öz mübarək Cisimlərilə bu yurdu ən azından elə o Mübarək Cisimləri qədər böyütmüşlər. Və bizlər də o Mübarək Cisimlər, o Müqəddəs Ruhlar qarşısında baş əyirik!

AMMA VƏ LAKİN!

Qarşısında baş əyəcəyimiz o Mübarək Cisimlər, o Mübarək Ruhlar təkcə bu "3 min Şəhid"dirmi?
Xeyir və əsla..

Ən dəhşət doğuran məqam bundan ibarətdir ki, bu məmləkətdə hər şey kateqoriyalara ayrılıb və ayrılmaqdadır. Biz BÜTÖVLÜYƏ can atdıqca çox təəssüf ki, bizlər BİZİ kiçildirlər, zərrələrə bölürlər..

Apardığımız Müqəddəs Vətən Savaşından tutmuş bu Savaşda canını, qanını qoyan Oğlanların mübarizəsinədək hər şey sortlaşdırılıb. 44 günlük Savaşda iştirak edən döyüşçülər imkan çərçivəsində bütün növ təminatlarla təchiz edildikləri bir halda Qarabağ Savaşının 1992-ci il birinci fazasında iştirak edən döyüşçülərin nəinki heç üzlərinə baxılmır, hələ onların lağ və nifrət obyektinə çevrilmə səhnələrilə də qarşılaşırıq.

UNUTMAYIN VƏ QULAQLARINIZA SIRĞA EDİN BU İFADƏNİ: "Birinci, ikinci, üçüncü Qarabağ Savaşı" ifadəsinin özü yanlışdır. Torpaqlarımıza yönəli işğal siyasəti və buna qarşılıq azadlıq mücadiləmiz illərdir ki, davam edir. İndi neyniyək, sıra saylarını işə salaq? 1992-1993-cü illərdə döyüşən Oğlanlar olmasaydı siz heç bilirsinizmi Azərbaycanın neçə faiz torpağı erməninin əlinə keçəcəkdi və o torpaqları antiterror əməliyyatı vasitəsilə azad etmək istəyən sən nə qədər şəhid verəcəkdin! Başqalarını deyə bilmərəm, şəxsi heyətinin tərkibinə daxil olduğum 713 saylı tabor o zaman bugünkü təminata malik olsa idi, nəinki Qarabağı, Ermənistanın özünü, onun havadarlarını belə diz çökdürərdi. Birbaşa Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin komandanlığı altında həyata keçirilən əməliyyatı 33 nəfərlik bir heyətlə qələbə ilə başa vuran və bu qələbədə yalnız avtomatla silahlanmış 713 saylı taborun, eləcə də digər taborların döyüşçüləri məgər bu dövlətin varoluşu üçün can qoymayıblar!? O şanlı və qanlı döyüşlərdə ŞƏHİD OLAN CANFƏDAİLƏR məgər bu dövlətin övladı deyil!? 30 ildir ki, haqqı tapdalanan o illərin döyüşçüləri məgər Azərbaycan üçün döyüşməyiblər!?..
MƏHZ BU OĞLANLARIN SAYƏSİNDƏ AZƏRBAYCANIN 80 FAİZ TORPAĞI QORUNDU, BAKIDA ERMƏNİ DÖVLƏTİ YARANMADI!
Müdafiə Nazirliyində oturan harınlamış hərbi qulluqçular deyəsən hətta rəhmətlik Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanı belə görməzdən gəlirlər. Fərarini belə az da olsa torpaqlarımızın müdafiəsində iştirak etdiyinə görə o fərmanla əfv edib haqqının bərpasını təmin etməyə çalışan rəhmətlik Heydər Əliyevin çabaları Müdafiə Nazirliyinin adına belə xələl gətirən boynuyoğun danabaşlar tərəfindən tanınmır.

Və bütün bunların nəticəsidir ki, veteranlar, qazilər sortlaşdırılıb, Şəhidlərimiz arasında ayrıseçkilik aparılıb.

Qarabağ müharibəsinin gedişatında 30 minə yaxın Şəhid vermişik, amma danışanda 3 min Şəhiddən danışılır!

Qarabağ müharibəsinin gedişatında 13 mindən artıq əlilim var, amma danışanda ancaq 44 günlük savaşda əlini, qolunu itirənlərdən danışılır!

Qarabağ müharibəsinin gedişatında minlərlə oğlan döyüşüb ki, heç veteran statusu yoxdur belə, amma danışanda 44 günlük savaşda əlinə silah götürməyənlərə "Qazi" deyib başa keçirirlər!!...

Neynirsiniz edin, özünüz bilərsiniz. Bircə Şəhid Ruhlarını incitməyin. 27 sentyabr tarixi Anım Günüdür - təkcə "3 min Şəhid"in yox, bütövlükdə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Şəhidlərimizin Anım Günü!
Bütün Şəhidlərimizin Müqəddəs Ruhlarına sayğıyla...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr