Gələn il Şuşada beynəlxalq festival keçiriləcək

Aktual 13-noy, 00:229 tv713 65 0

Gələn il Şuşada beynəlxalq festival keçiriləcək


10-Gələn il Şuşada beynəlxalq festival keçiriləcəkŞuşada Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.

Tv 713. az xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov Azvision.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, festival Dünya Kulinariya Təşkilatının qaydalarına əsasən keçiriləcək.

“Festivalda hərbi və qazi aşpazların yarışları da keçiriləcək. Bu yarışlar xarici ölkələrdə olub. Amma Azərbaycan daxilində dünya qaydalarına uyğun olaraq ilk dəfə baş tutacaq. Artıq 15-ə yaxın ölkədən gəlmək üçün müraciət edilib. Qaydaların üzərində işlənilir. Festivalı Dövlət Turizm Agentliyi, Müdafiə Nazirliyi, Şuşa Şəhər İcra Hakimiyyəti dəstəkləyir. Buradan Şuşaya yükləri daşımaq, qonaqları aparmaq və Şuşaya yerləşdirmək, Bakıda qonaqları qəbul etmək, otellərdə yerləşdirmək, təyyarə xərclərinin azaldılması, yarışın təşkil edilməsi və digər məsələlər üçün də dəstək lazım olacaq. Cıdır düzündə biz çadırlar quracağıq, bölgələrdən əhalinin gəlməsi gözlənilir. Mədəni tədbirlərin keçirilməsi, gələn qonaqların Şuşada gəzintiyə çıxarılması nəzərdə tutulur. Jurnalistlər və xarici bloqerlərin də festivala dəvət edilməsi gözlənilir. Belə ideyalar var. Müxtəlif sponsor və təşkilatı dəstəklər gözləyirik”.

T.Əmiraslanov qeyd edib ki, festivalın daha geniş auditoriyaya çatması üçün sosial şəbəkələrdə üç dildə səhifələr yaradılır.

"Konsert proqramları təşkil ediləcək. Gələn qonaqlara Azərbaycan milli mətbəxi tanıdılacaq. Həmçinin Qarabağda olan hər rayonun sərgisi təşkil ediləcək ki, qonaqlar həmin təamlardan dadsınlar, Qarabağ yeməkləri ilə tanış olsunlar".
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr