Azərbaycanda daha iki ordu korpusu yaradıldı

Manset 11-dek, 12:289 tv713 82 0

Azərbaycanda daha iki ordu korpusu yaradıldı


İndiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının dörd Ordu Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarət olduğu məlum idi.

Tv 713. az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, qismən səfərbərliklə yeni şəxsi heyətin ordu sıralarına cəlb edilməsi yeni ordu korpuslarının yaradılmasına imkan verib:

"Dünən Bakıda Azərbaycan ordusunun Qarabağda uğurlu döyüş əməliyyatları nəticəsində ərazilərimizin işğaldan azad edilməsinə həsr olunan Zəfər Paradının keçirilməsi ilə və Azərbaycanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində bəzi dəyişikliklərin olduğu diqqətimizi cəlb etdi. Belə ki, paradda iştirak edən şəxsi heyətin keçidi zamanı V və VI Ordu Korpuslarının şəxsi heyətinin də iştirakı Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində əvvəl mövcud olan ordu korpuslarına iki yeni ordu korpusunun da əlavə edildiyini göstərdi.

İki yeni ordu korpusunun yaradılması üçün imkanın, Azərbaycanda elan olunan qismən səfərbərlik nəticəsində mümkün olduğu göz qabağındadır. Azərbaycanın uzun müddət müharibəyə hazırlaşması, əlavə silah, texnika, sursat əldə edərək ehtiyatları artırması, yeni şəxsi heyətin qismən səfərbərliklə cəlb edilməsi ilə yeni ordu korpuslarının yaradılmasına da imkan verib. Beləliklə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibi 6 Ümumqoşun Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarətdir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin həm sayının, həm silah və texnika potensi
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr