Ərdoğanı başa düşürük, “Diriliş Ərtoğrul”u yox?
Türkiyənin Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradındakı parlaq çıxışını bütün Azərbaycan hörmətlə dinlədi və hamı da başdan sona hər şeyi başa düşdü. Ərdoğan türkcə danışdı. Amma nədənsə, bizim türk filmlərini televiziyalarda nümayiş etdirənlərimiz və onların “milli ideologiya” adına ayrımçılıq yapan böyükləri bu filmləri başa düşmürlər və azərbaycancaya tərcümə edirlər.
Tv 713. az xəbər verir ki, bu fikirləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib. Millət vəkili qeyd edib ki, Ərdoğanı başa düşən “Diriliş Ərtoğrul”u da anlayır. Ona görə də S.Rüstəmxanlı türk filmlərinin Anadolu türkcəsində yayımlanmasının vacib olduğunu, azərbaycancaya uyğunlaşdırılıb səsləndirilməsinə heç bir ehtiyac olmadığını bildirib.