Mikayıl Cabbarov: “İxrac potensialı yüksək olan 120-ə yaxın məhsulumuz var”

İqtisadiyyat 12-fev, 14:599 tv713 56 0
Mikayıl Cabbarov: “İxrac potensialı yüksək olan 120-ə yaxın məhsulumuz var”



Gələcəkdə əsas hədəflərimizdən biri maliyyə sektorunun iqtisadi artımına, şaxələndirməyə dəstəyin gücləndirilməsidir. Real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması prioritet vəzifədir.

Tv 713. az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

Nazir bildirib ki, yalnız şaxələndirilmiş iqtisadiyyat dayanıqlı ola bilər və bu prinsip əvvəlki illərdə olduğu kimi yenə də əsas hədəflərdən biridir:

“Bu istiqamətdə qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçiriləcək. 10 illik ixrac strategiyası həm çeşidin, həm də satış bazarlarının coğrafiyasının genişləndirilməsini ehtiva edəcək. Ölkəmizin hazırda ixrac potensialı yüksək olan 120-ə yaxın məhsulu var. Məhsulların 20-dən çox hədəf bazarları üzrə istiqamətləndirilməsi nəzərdə tutulur. Bu sahədə innovativ ekosistem inkişaf etdirilməlidir.

2025-ci ildə 2020-ci ilə nisbətən qeyri-neft ixracının həcminin iki dəfə artırılması hədəflənir. Regionların tarazlı və dayanıqlı inkişafının təmin olunması da əsas vəzifələrimizdən biridir”.

Mikayıl Cabbarov əlavə edib ki, postpandemiya dövründə həm vergi qanunvericiliyinin, həm alətlərin, həm də inzibatçılığın təkmilləşdirilməsi davam etdiriləcək:

“Getdikcə tətbiq olunan informasiya texnologiyalarına, innovativ yanaşmalara əsaslanan layihələrin sayı, digər tərəfdən nəzarət mexanizmlərində onların daha geniş istifadəsi davam etdiriləcək”.

Nazir qeyd edib ki, iqtisadi siyasətimizin başlıca istiqamətlərindən biri də işğaldan azad olunmuş ərazilərin bərpası və reinteqrasiyası olacaq.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr