BU GÜN MİLLİ MƏTBUAT GÜNÜDÜR

Manset / Yazarlar 22-iyl, 11:019 tv713 369 0
BU GÜN MİLLİ MƏTBUAT GÜNÜDÜR

İGİD TEYMURLU



SUAL OLUNUR: HANSI MƏTBUATIN?

Bu gün Azərbaycanda MƏTBUAT yoxdur, ancaq MƏTBU AT var. Zərdabilərin söylədikləri mətbu prinsipləri sən bu gün Azərbaycan mətbuatında tapa bilməzsən. Çünki MƏTBU ATın yüyəni jurnalistlərin deyil, başqa əllərdədir. Bizdə şəbəkə mətbuatı mövcuddur: iqtidar, guya ki, müxalifət və xarici dövlətlərin emissarları kimi davrananlar. Kökdən də, gələnəkdən də uzaq düşmüşük. Dünən mətbuatımızda Zərdabi prinsipləri təlqin olunurdu, bu günsə Əflatun Amaşov.....

Fikirləşəndə ki. məsələn, SABİR RÜSTƏMXANLI, AQİL ABBAS, lap elə ""MİR" statusunu özünə yapıncı edərək REALlığı olduğu qədərində deyil, görmək istədiyi qədərində cəmiyyətə təqdim edən, özünü kölgədə günə verməyə öyrəşdirmiş ŞAHİN AĞAYEVin mətbuatdakı fəaliyyətinə sədrlik edən Əflatun Amaşovdur, adam dəhşətə gəlir?
Azərbaycanda əslində bütün sferalarda olduğu kimi elə mətbuatımızda da yerlər səhv salınıb. Və bu məsələdə - ata ət, itə ot verməyi oturaq hala gətirməkdə mətbuatın suçu böyükdür....

Azərbaycanda indiki zamanda 3 əsas qrup və belə demək mümkünsə, bu qrupların, onları yönləndirənlərin çətiri altına sığınan, Əflatun Amaşovun təbirincə desək, "REKET JURNALİSTİKA" üzvlərindən ibarət mətbu infuzorlar qrupu mövcuddur.

1. HİKMƏT HACIYEV -ƏFLATUN AMAŞOVUN KLAKER JURNALİSTİKASI

2. KABİNET JURNALİSTİKASI

3.EVDAR JURNALİSTİKA

Və..və 3 qrupun çətiri altında olan və 4-cü demək mümkündürsə MƏTBU İNFUZORLAR....

Əslində belə "mətbu infuzorlar" hər 3 qrupun daxilində mövcuddur. Sadəcə olaraq həmin kəsləri yönətənlər onları maskalayırlar...

Balıqların qəlsəmələri arasında özünə yer tapan infuzorlar sonucda həmin balıqların ölməsinə səbəb olur. Baş yazarı Əflatun Amaşov olan bugünkü mətbuatımızda o infuzorların çoxu önə çəkilir, şişirdilir, "as jurnalist" kimi cəmiyyətə sırınır. Bu necə " as jurnalist"dir ki, dünən zamanın yetişdirdiyi dövlət başçısı İlham Əliyevdən "düşmən "obrazı yaradanlar nəhayət indi onu "millətin xilaskarı" kimi təqdim edirlər. Bu gün həbs edilən separatçıya dünən yaşıl işıq yandırıb zəhərini cəmiyyətə sırımağa imkan verənlər indi "söz adamı" olublar. "Xocalı soyqırımı olmayıb" deyən Andreas Qrossa " demokratiyanın dostu" deyənlər bu gün politoloq olub, özünü mətbuatın devi, devası sanır......

Və sair....və sair...

Bəyəm bunları Amaşov Əflatun görməyib? Görmürsə və görməyibsə onda nədən o vəzifəni daşımaqdadı? Ağlına deyil, ağzına gələn ifadələri gündəmə gətirib guya vəziyyətdən çıxış yolu arayır. Gah "vahid kart", gah "jilet"dən danışır. Kim də bilməsə axı mətbu cameəyə o kartların, o diplomların, o jiletlərin verilmə proseduru məlumdur da....

Bu gün onlarla şair, onlarla yazıçı, onlarla jurnalist tanıyıram ki, elementar yazı qaydalarını, hətta sözlərin düzgün yazılışını belə bilmir. AMMA BU KƏSLƏR YAZIÇILAR BİRLİYİNİN, JURNALİSTLƏR BİRLİYİNİN, MƏTBUAT ŞURASININ ÜZVÜDÜRLƏR, nə bilim hansısa qələm sahibidirlər.

ONLARI İŞƏ GÖTÜRƏN, İŞLƏRİNİ DÜZÜB QOŞAN DA ANARDIR, ƏFLATUNDUR, ƏFƏNDİLƏR! Bəyəm, bu, reketlik deyil!?

Yazıçının cümləsinə baxın: " Yazıb xaiş edeyrəm sizdən 2020- 2021-ci il avqustun biri 2021-ci ildən mənə verəsiniz"...

Kitabları çıxan yazıçının cümləsidir bu...

"Media generalı" hələ də məşhur sözünü "məhşur" kimi yazır. "İlk öncədən onu deyim" nə deməkdir? Elə Əflatunun özü də tez-tez bu ifadəni işlədir...

Nə isə, ovqatınızı təlx etməyim...

Müşahidələr bunu göstərdi ki, bu gün HİKMƏT HACIYEV -ƏFLATUN AMAŞOVUN KLAKER JURNALİSTİKASINA DAXİL OLANLARIN BAYRAMIDIR...

Ölülər şəhərinin jurnalisti olan sakinlər, bəlkə belə deyil!?

Yarananda Zərdabilər dururdu öndə, indi Əflatunlar. 100 il bundan sonranın jurnalisti Əflatundan nə oxuyacaq, nə öyrənəcək, ey jurnalistikanı tutduğu və haqq etdiyi mərtəbədən endirənlər! MƏTBU Atı həm yallama, həm də yüyənsiz çox çapdınız. Kökdən də, gələnəkdən də çox uzaqlaşmışıq. Kəndinizə qayıdın - Əflatun Amaşov yox, Zərdabi prinsiplərinə...

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr