Kəsilən 35 illik ağacların yerində yeniləri əkildi

Cəmiyyət 07-may, 13:399 admin 95 0



Xətaidə bir gecədə kəsilən 130 ağacın yerinə əhalinin tələbi ilə ağac və qızılgül kolları əkilib.



Bina sakinlərinin verdiyi məlumata görə, etiraz edən sakinlər ağacların kəsilmə ehtimalını nəzərə alaraq gecəni parkda keçirib.



Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.



Xatırladaq ki, 5 may tarixində Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında vaxtilə sakinlərin saldğı bağdakı 35 illik ağaclar bir gecənin içində kəsilib, bəziləri kökündən çıxarılıb.



Torpaq mülkiyyətçisi tərəfindən yaşıllıq ərazidə 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr