Kuznetsov: İran bunu həzm edə bilmir

Dünya 15-okt, 05:059 tv713 36 0

Kuznetsov: İran bunu həzm edə bilmir

Rəsmi Tehran Qarabağda mövcud olmuş “boz zolaq” üzərində nəzarəti itirməsini həzm edə bilmir və bundan hiddətlənir.

Tv 713 .az xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov bildirib.

“İranın bugünkü molla rejimi beynəlxalq aləmdə yalnız Yaxın Şərqin İraq, Suriya, Yəmən, Livan kimi güclü dövlət hakimiyyətinin, siyasi sabitliyin olmadığı bölgələrdə hansısa nüfuz sahibi ola bilir. Bu siyahıya son vaxtlaradək Qarabağ da daxil olub, amma ötən ilin payızında Ermənistan işğalçı ordusunun Azərbaycan tərəfindən darmadağın olunmasından sonra həmin bölgə Tehranın “arxa bağça”ları siyahısından çıxarılıb və bu da təbii olaraq onlarda ciddi qıcıq yaradıb ki, hazırda bunun şahidiyik”, – deyə rusiyalı politoloq qeyd edib.

Onun fikrincə, İran Azərbaycan torpaqlarının işğal altında olmasından böyük iqtisadi qazanclar götürərək bəzi yeraltı filizlər və mineral sərvətlərin hasilatını Qarabağ hesabına artırıb:

"Bu məqsədlə bölgədə təbii sərvətlərin qaçaqmalçılığı şəbəkəsi qurulub. Lakin Ermənistanın Azərbaycana qarşı müharibədə məğlub olması ilə 30 ilə yaxındır yaradılan bütün bu kriminal biznes sistemi birdən-birə dağılaraq İranın xarici siyasətini ciddi iqtisadi dəstəkdən məhrum etdi. Nəticədə Yaxın və Orta Şərqin bir çox ölkələrində fəaliyyət göstərən qanunsuz silahlı təşkilat və birləşmələr sabit maliyyə kanalını itirdilər. Artıq İran Suriya və Livanda saxladığı birliklərə əvvəlki səviyyədə sponsorluq edə bilmədiyi üçün Azərbaycan sərhədində hansısa sionistlər olması barədə səs-küy qoparır. Bunun səbəbi Azərbaycana ziyan vurmaq yox, ideoloji ardıcıllarına əvvəlki maliyyəni ayıra bilmədiklərindən doğan acizlik hissidir. Beləliklə, İran hökumətinin hazırkı məqsədi Azərbaycan ətrafında qalmaqal yaradaraq regiondakı iranmeylli təşkilatların maliyyəsiz qalmasında dolayı yolla düşmən saydıqları İsraili günahkar çıxarmaqdır".
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr