Bir ayda Laçın dəhlizindən nə qədər maşın keçib?
Oktyabr ayı ərzində Rusiya sülhməramlı kontingentinin hərbçiləri 1000-ə yaxın yük maşınının və 6800-dən çox insanın Laçın dəhlizi ilə Qarabağa giriş-çıxışını təmin ediblər.
TV 713 .az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mümkün təxribatların qarşısını almaq üçün bütün avtomobillər texniki baxışdan keçirilib.