QIZIL ALMAya doğru YOL gedən Komutan

Yazarlar 15-may, 06:569 tv713 182 0
QIZIL ALMAya doğru YOL gedən Komutan
İGİD TEYMURLU

ARif PAŞAnın Doğum Gününə


b]O, bir Savaş Adamıdır - Haqqın, Ədalətin, Özgürlüyün uğrunda vuruşan Savaş Adamı!
O, canını dövlətinin, millətinin varoluşu yolunda hər an fəda etməyə hazır olan bir Ərəndir!
Canından çox sevdiyi doğma Vətənində hər cür məhrumiyyətlərlə üzləşən və bütün sınaqlardan üzüağ çıxan o Kişi ARİF PAŞAdır..
Bu gün milli ordumuzun özəyini təşkil edın 811 saylı Laçın alayının komandiri olmuş və Azərbaycanın milli ordusunun yaranmasında əvəzsiz xidmətlər göstərmiş ARİF PAŞANIN DOĞUM GÜNÜDÜR....
Doğum günün qutlu olsun, Paşam!...
Bildiyim qədərində ötən zaman kəsiyində heç doğum günlərini də qeyd etməyib - çünki ürəyində bir yurd həsrəti var idi.
Çünki Şəhidlərimizin, Qazilərimizin uğrunda can qoyduqları yurd yerlərimiz düşmən tapdağı altında idi və Arif Paşa da bu sürə ərzində özünə doğum günü keçirməyi yasaq etmişdi. Həmd olsun Allaha ki, artıq yurd həsrətimizə son qoyulmaqdadır. Rəşadətli ordumuzun sayəsində Ulu Xaqanımız Oğuz Babamızın "ey Türk Ulusu, Özünə qayıt! Sən Özünə qayıdanda böyük olursan!" Öygü duası ilə silahlanmaqda və ayağa qalxmaqdayıq. Bu mənada Arif Paşanın yurd həsrəti də təkcə Qarabağ deyil, Bütöv Azərbaycandır, Turandır. Yolumuz Qızıl Almaya doğru yön alıb.
Arif Paşa bu yolda bir Savaş Adamı, bir Komutandır. Bu Yolda bütün döyüşçülərimizə, bütün aydınlarımıza və özəlliklə Arif qardaşımıza can sağlığı, dözüm və səbr arzulayıram.....
Cəmiyyətin bütün spektri tərəfindən Arif bəyin haqqında çox sözlər danışılıb və indi də danışılmaqdadır. Ancaq o sözləri danışanlardan fərqli olaraq ARİF PAŞA KŞİ KİMİ SÖZÜN DƏ CƏNG MEYDANINA ŞIXIB VƏ FAKTLARIN DİLİYLƏ ONA LƏKƏ ATMAQ İSTƏYƏNLƏRİN ÖZLƏRİNİ SÖZÜN DAR AĞACINDAN ASIB...
Dəyərli qardaşım, ötən illərdən fərqli olaraq bu il Səni Doğum Günündə ürəkdən təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Uğrunda can qoyduğun Laçınımız da artıq bizdədir və uğrunda can qoyduğun Azərbaycan ordusu Sənin Doğum Gününə Qara göl hədiyyəsi ilə gəldi...
Təkcə öz adımdan deyil, Laçının və bütövlükdə Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparan o zamankı 713 nömrəli hərbi hissənin döyüşçüləri adından Səni təbrik edir, Sənə uzun ömür, can sağlığı arzulayıram.
Tanrı Səni qorusun!
Tanrı Türkü qorusun!
DOĞUM GÜNÜN QUTLU OLSUN, ƏZİZ QARDAŞIM!
Sən bir Savaş Adamısan. Sənin Müqəddəs Savaşın Azərbaycanımızın, Türk Dünyasının Haqqı uğrundadır. Ama nə yazıq ki, nə Azərbaycanımız, nə də Türk Dünyası Sənin Gerçək Potensialından yetərincə istifadə etmədi və etmir də. İtirən biz olsaq da, həm də qazanan bizik. SƏNİN DÖZÜMÜN, SƏNİN İRADƏN BU MƏMLƏKƏTDƏ MİNLƏRLƏ ARİF PAŞALAR YETİŞDİRDİ!
Sənin kimi Oğlanlar Azərbaycan tarixinin bir Parçasına çevrilmisiniz.
Tariximizi qoruyaq!
Millətimiz, dövlətimiz var olsun!
[/b]
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr