Saakaşvili şərtlərini açıqladı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul edib.
Tv 713 .az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Nika Qvaramiya məlumat verib.
"Mənim aclıq aksiyam Rusiya və hazırki Gürcüstan hakimiyyətinin mənə qarşı silahına çevrilir. Çağırışları dinləmək və aclığı dayandırmaq qərarına gəldim.
Strasburq məhkəməsinin və Qərb tərəfdaşlarının müraciətini nəzərə alaraq, aclıq aksiyasını dayandırmaq qərarına gəldim. Lakin bunun üçün şərtlər var".
Saakaşvili qeyd edib ki, aclıq aksiyasını dayandırmaq kifayət qədər mürəkkəb prosesdir və türmə xəstəxanasında texniki şərait, ixtisaslı tibb işçiləri və təhlükəsizlik təminatları yoxdur, ona görə də o, mülki klinikaya köçürülməlidir.