KTMT qüvvələri Qazaxıstandan çıxır – Tokayev açıqladı
"KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması iki gündən sonra başlayacaq".
Tv 713. az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb, iki gündən sonra qurumun vahid sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Proses 10 gündən çox çəkməyəcək”.