İrəvandan Kremli qəzəbləndirəcək açıqlama
Ermənistan parlamentinin sədri Alen Simonyan sərhəddə baş verən insidentin qarşısının alınmasına və atəşkəsin bərpasına görə ABŞ-a təşəkkür edib.
Tv 713.az xəbər verir ki, bu sözləri o, hazırda İrəvanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi ilə birgə mətbuat konfransında deyib.
“Biz ABŞ tərəfinə sülhün əldə olunmasındakı vasitəçiliyinə görə təşəkkür edirik. Həmçinin ABŞ siyasətçilərinə Azərbaycanın ittiham etdiklərinə görə minnətdarıq”, - Simonyan bildirib.
Simonyan həmçinin Nensi Pelosini Azərbaycana qarşı “dəqiq sanksiyalar” tətbiq etməyə çağırıb.
Qeyd edək ki, BMT TŞ-nin olayla bağlı iclasında çıxış edən Rusiya nümayəndəsi Kremlin birbaşa vasitəçiliyi ilə atəşkəsin əldə olunduğunu bildirmişdi. Atəşkəsə nail olduğuna görə isə ABŞ nümayəndəsi də daxil olmaqla, TŞ üzv ölkələri Rusiyaya təşəkkür etmişdilər.