İran İnsan Haqları Təşkilatı açıqlama yaydı
İranda davam edən etiraz aksiyalarında 71-i uşaq olmaqla, 528 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Tv 713. az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumatda 19623 etirazçının saxlanıldığı və bunlardan 718-nin tələbə oldugu deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb.
Ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirilib, 144 universitetin tələbələri nümayişləri dəstəkləyib.