Türkiyədə prezident seçkilərinin ikinci turu başlayır
Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Tv 713.az xəbər verir ki, ilk turda 50 faizlik limiti aşa bilməyən namizədlər (Cümhur İttifaqı - Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqı - Kamal Kılıçdaroğlu) ikinci turda mübarizə aparacaqlar.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda - mayın 14-də keçirilən seçkidə Ərdoğan 49.52 faiz (27 milyon 133 min 837 səs), Kılıçdaroğlu isə 44.88 faiz (24 milyon 594 min 932 səs). səs toplamışdı.
İlk turda mübarizə aparan ATA İttifaqının namizədi Sinan Oğan isə 5,17% faiz (2 milyon 824 səs) səs toplayıb.