"ERMƏNİNİ DİRİ TUTUB BRİQADAYA VERƏK, BƏLKƏ SİLAH GÖNDƏRDİLƏR”

Manset / Şahidlər və Şəhidlər 01-noy, 11:289 tv713 43 0

ALXANOV ASƏF: “ƏSİR ERMƏNİNİ BRİQADAYA VERƏNDƏN SONRA NƏHAYƏT BİZƏ SİLAH SURSAT GÖNDƏRDİLƏR”


"ERMƏNİNİ DİRİ TUTUB BRİQADAYA VERƏK, BƏLKƏ SİLAH GÖNDƏRDİLƏR”

Kəşfiyyat məlumatları əldə ediləndən sonra Qorçu kəndində dislokasiya olunmuş bizim 713 saylı tabor Şamkənd istiqamətində hərəkət etdi. Biz Şamkəndə gələndən sonra ətraf ərazilər kəşfiyyat olundu, postlar quruldu. Sonra komandirimizin cızdığı plan əsasında bizim birinci bölüyün 3-cü tağımı Şamkənddə qalmaqla digər iki tağımsa Çorman istiqamətində hərəkət etdi.
Mən də Şamkənddə qalan 3-cü tağımın şəxsi heyətinin tərkibində idim. Tabor komandirimiz mayor Süleyman Əhmədov da bizimlə idi. Biz növbəlilik prinsipiylə postlara çıxır, ətraf əraziləri nəzarət altında saxlayırdıq. Kənd ermənilər tərəfindən dağıdılmış, qarət edilmiş və yandırılmışdı..
1992-ci ilin iyun ayının axırları idi. Biz Şamkənddə olanda əmr gəldi ki, birinci bölük tam şəkildə Vağazin kəndində dislokasiya olunur. Və biz hazırlıq işlərinə başladıq. Səhər bizə bir Zil-131 göndərildi. Sürücüsü də salyanlı Əzizağa idi. Silah-sursatlarımızı və ərzaq ehtiyatlarımızı maşına yükləyib müəyyən məsafəni irəliləyəndən sonra Vağazin kəndinə çatdıq.
Biz Şamkənddə olanda sonradan 713 saylı taborda bölük komandiri olan Vaqif Quliyev komandirimizə bizimlə döyüşmək istədiyini bildirdi və razılıq aldıqdan sonra o da bizimlə birgə Vağazinə gəldi. Biz Vağazinə gələndə bu kənddə heç bir qüvvə yox idi. İlk olaraq Vağazinə gələn bizim tağım olub. Elə təzəcə Vağazinə çatmışdıq ki, gördük ki, Haqnəzər kəndində ev yanır. Üstəlik Haqnəzər kəndi istiqamətində güllə səsi də eşidildi. Çox güman ki, bu, ermənilərin parolu idi. Biz maşındakı sursatları boşaldandan sonra tağım komandiri Cabbar Əzizağaya göstəriş verdi ki, gedib Rəhmangili də gətirsin. Rəhmangil onda Şorman kəndində idilər. Əzizağa da gedib Rəhmangili gətirəndə maşını möhkəm sürdüyündən yoldan çıxıb ağaca dəymişdi...
Haqnəzər kəndi istiqamətində müşahidə aparanda gördük ki, ermənilər yolun kənarındakı yaşıllıqda oturub yeyib içir, yanlarındakı bir traktor da işlək vəziyyətdədir. Ancaq biz bilmirdik ki, ermənilərin orada nə qədər qüvvəsi var. Demək olar bütün tağım texnika səsi gələn həmin istiqamətdə hərəkət etdi.
Ermənilərlə bizim aramızda məsafə uzaq olsa da, rəhmətlik Sədi tələskənik edib onlara atəş açdı. Ermənilər duyuq düşdülər. Onlar bizi görəndə qaçmağa başladılar. Həm aramızdakı məsafənin çox olması, həm də uzun yol qət etdiyimizdən yorğun olduğumuza görə ermənilərə çata bilməzdik. Bunlar dağın arxa üzünə aşıb uzaqlaşdılar. Biz onları müşahidə etmək üçün həmin dağa yaxınlaşanda ermənilərin pərən-pərən düşdüyünü gördük...
Biz ermənini tutub gətirəndən sonra Rəhmangil gəlmişdi, onda artıq döyüş qurtarmışdı. Ermənini Vağazinə gətirsək də, səhəri günü heç yerə göndərmədik. Onu dərənin içindən yola çıxarıb tabor komandirimiz Süleyman Əhmədovun maşınına mindirdik. Erməni keyimişdi, danışa bilmirdi, nə baş verdiyini belə anlamırdı, özü də həddindən artıq içki içmişdi.
Sahiblə mən eyni istiqamətdə gedirdik. Dağın o üzünə aşanda gördük ki, bizim birinci bölüyün uşaqlarından olan Əfilağa və Vaqif müəllim bir ermənini mühasirəyə alıb ondan təslim olmalarını tələb edirlər. Onda uşaqlardan Akif, Şəmi və Ehtiram da maşın yoluyla gəlirdilər. Güllə yağış kimi yağırdı. Şəmi qaçıb çayın yanındakı ağaclığa keçdi. Ehtiramgil geridə qaldılar. İki çayın arasında olan bir ev var idi. Şəmi həmin evi yoxlayıb bayıra çıxmışdı ki, gördük ki, bu anda çayın o tayından başında idman papağı olan bir nəfər ona sarı gəlir. Şəmi də bunu gördü. Əvvəlcə biz elə bildik ki, bu, bizim uşaqlardandır. Sonradan Şəmi də vurğuladı ki, o da elə bilib ki, gələn adam bizimkilərdəndir. Ona görə də daha yaxında olan Şəmi həmin adama güllə atmayıb. Bu məqamda Vaqif müəllim də həmin adamın arxasınca gəlirdi. Hələ də kimliyini ayırd edə bilmədiyimiz həmin adam arxasınca gələn Vaqifi görən kimi ona doğru qumbara atır. Bu hadisədən biz də, Şəmi də həmin adamın erməni olduğunu anladıq. Şəmi həmin ermənini güllə yağışına tutdu. Erməni yerə yıxıldı, ayağa dura bilmədi. Bir az keçmişdi ki, gördüm bu erməni dabanını yerə verə-verə aşağıya doğru hərəkət etdi. Biz yuxarıdan hərlənib onun olduğu yerə gedəndə ermənini görmədik. Bir xeyli axtarsaq da, bunu tapa bilmədik. Qan izinin itdiyi yerdə dayandıq. Şükür dedi ki, burada qan izi itir. Yuxarı baxanda gördük ki, erməni ulas ağacının başında dayanıb. Şükür, Şəmi, Mirələm, Alxaslıdan Asim ermənini təpiikləyib ağacdan düşürdülər. Erməninin əlindəki maqazində 5 patronu qalmışdı, o biri əlində də bir qumbara var idi. Erməni ağacda olanda qumbaranı bizə ata bilmədi. Bunu yerə salandan sonra çayın qırağına gətirdik. Orada mən ona “biz səni girov götürüb Ermənistana öz əsgərimizin qarşılığında təhvil verəcəyik, sən təslim ol”- dedim. Bu dəfə Vaqif müəllim dedi ki, “bütün imkanlardan istifadə edib ermənini diri tutmalıyıq. Çünki bizə silah-sursat az gəlir, ermənini diri tutub briqadaya verək ki, bəlkə bunun müqabilində bizə silah göndərdilər”.
Baxdım ki, bu erməni ağaca söykənib və bizim danışıqlarımıza demək olar ki, heç bir reaksiya vermir, danışmır, sanki quruyub qalıb. Mən yavaş-yavaş buna yaxınlaşıb cəld bir hərəkətlə avtomatın qundağıyla bu erməninin alın nahiyəsindən vurdum. Aşağıda 6-7 metr məsafədə dərədən su axırdı. Vurduğum zərbədən sonra bu erməni diyirlənib həmin dərəyə düşdü. Və sanki bu, elə bil birdən ayıldı. Erməni ayılanda mən buna macal verməyib yenidən avtomatın qundağıyla onu vurdum və dərhal uşaqları da köməyə səslədim. Uşaqlar da tez bir zamanda özlərini yetirdilər, ermənini tərksilah edib sürüyüb yola çıxardılar. Şəmi Mirələmlə Şükürün avtomatını götürmüşdü, onlar da erməninin qoluna girib sürüyə-sürüyə gətirib maşın yoluna çıxardılar. Sonra Daşqın UAZ-la gəlib ermənini götürüb apardı. Onda gördüm ki, həmin erməni də yaralanmışdı, deyəsən barmaqlarını qəlpə aparmışdı. Uşaqlar da axan qanın iziylə gedib erməninin ağaca çıxdığını görmüşdülər.
Əsir ermənini Vağazin kəndinə gətirib komandanlığa təhvil vedik. Komandanlıq da həmin ermənini Kəlbəcərə aparıb briqadanın qərargahına təhvil verdi. Bundan sonra bizim tabora xeyli silah-sursat verildi. Qalan ermənilərisə tuta bilmədik.



“ATDIĞIM QUMBARA MAŞININ ÜSTÜNƏ DÜŞDÜ”





İyul ayının 15-i olardı. Bizim 713 saylı taborumuz Laçın rayonunun Pircahan kəndində dislokasiya olunmuşdu...
Sakit bir hava idi. Biz də postdan qayıdıb dincəlirdik. Günün ikinci yarısında bizə məlumat verildi ki, Mişni kəndində Rafaelgilin tağımı döyüşə giriblər, onlara təcili olaraq kömək lazımdır.
Bizim tağım dərhal hazırlaşıb dağı aşdıq. Ağdərə çayını keçib Mişni kəndinə qalxdıq. Biz kəndə qalxanda bölük komandirimiz Rəhman İsgəndərov da bizimlə idi. Bölük komandirimiz mənə, Sahibə və Əfilağaya göstəriş verdi ki, siz dərhal yolu bağlayın. Komandirimiz bizə göstərişini verəndən sonra özü də bir neçə nəfərlə kəndin içinə girdi.
Biz çayın qırağıyla qalxıb Mişni kəndindən çıxan yolu tam nəzarətə götürdük. Artıq döyüş başlamışdı. Bir saata yaxın olardı ki, amansız döyüş gedirdi. Üstəlik Pircahan tərəfdən də uşaqlar bizə DŞK və minamyotla dəstək verməyə başlamışdılar.
Həmişəki kimi döyüşdə davam gətirə bilməyən ermənilər yenə də qaçmağa başladılar. Gördüyümə görə ermənilərin bir UAZ və bir QAZ-66 maşınları var idi. Qızğın döyüşü görən ermənilər maşınlarını döndərməyə belə imkan tapa bilmədiklərindən QAZ-66-nı dalı-dalı sürməyə başladılar.
O zaman biz artıq yolda pusqu qurmuşduq. Deməli, mən ortada gözləyirdim, Əfilağa sağ, Sahibsə sol tərəfimdə idi. Əlimdə qumbaranı tutmuşam ki, maşın yaxınlaşanda ona doğru atım. Baxdım ki, həyəcandan qoruyucunu da çıxarmamışam. Qumbaranın qoruyucusunu çıxartmamışdan Sahiblə Əfilağaya tapşırmışam ki, siz qumbara partlamamış ayağa qalxmayın. Gördüm ki, UAZ mənə yaxınlaşır. Bu anda UAZ mənim 5-6 metrliyimdə idi. Mən kolun arxasından çıxıb qumbaranı UAZ-a doğru atdım, qumbara maşının üstünə düşdü. Qumbara partlayandan sonra UAZ dayandı. Əfilağa, Sahib və mən ayağa qalxıb təzədən UAZ-ı güllə yağışına tutub, sonra geriyə çəkildik. Çünki bizim arxa tərəfimiz təmiz açıqlıq olduğu üçün ermənilər üçün hədəfə çevrilə bilərdik. Beləcə mövqe dəyişkənliyi edib ermənilərə qarşı müqavimət göstərməyi davam elədik.
Gördük ki, çayın o tayında olan Mehman, Asif verilən koordinatlar üzrə minamyot və DŞK ilə bizə dəstək olurlar. Bu döyüşdə də ermənilər məğlub oldu. Və biz xeyli sursatla yanaşı maşınları da qənimət olaraq götürdük.



BİZ MÖVQE DƏYİŞKƏNLİYİ ETMƏK MƏCBURİYYƏTİNDƏ QALDIQ


Səhv etmirəmsə, 1992-ci il avqust ayının 20-i idi. Bizi Laçın rayonunun Pircahan kəndindən çıxarıb Ağdərəyə gətirdilər. Səbəbini soruşanda bizə dedilər ki, orada bir əməliyyatda iştirak edəndən sonra geri qayıdacaqsınız.
Sabahı gün biz Qozlu kəndinə çatdıq. Ağdərəyə gələndən sonra Qızılqaya (Arutunaqamer) kəndinin alınmasıyla bağlı tabor komandirimiz Süleyman Əhmədov tərəfindən bizə göstəriş verildi.
Biz hücuma keçdik. Qozlu kəndindən çıxıb burunla Qızılqayaya doğru irəliləyirik Yüksəkliklə biz, sol cinahdansa başqa bir dəstə gedirdi. Arada tam sakitlik idi. Hücuma keçməzdən öncə bizə məlumat verilmişdi ki, Qızılqayaya (Arutunaqamer) kəndinə gedən bütün yollar kəşfiyyat edilib. Sizin yolunuz üstündə heç bir qüvvə, heç bir maneə yoxdur. Kəndin özündəsə erməni çox azdır.
Biz təpə ilə üzü aşağı düşdük. Kəndə çatmağa az bir məsafə qalmışdı ki, ermənilər səngərdən çıxıb bizi güllə yağışına tutdular. Biz Qızılqayaya bütün istiqamətlərdən hücuma keçmişdik. Səngərdən çıxan ermənilər bizi güclü atəşə tutdular. Eyni zamanda ağır texnikalardan da aramsız atəş açılmağa başlandı. Biz qüvvələr nisbətində real şəraiti nəzər alaraq döyüşə-döyüşə mövqe dəyişkənliyi etmək məcburiyyətində qaldıq. Bizim həmin döyüşdə itkilərimiz də oldu. Xasay Şəhid oldu, Elşən yaralandı. Nəsimi itkin düşmüşdü. Həmin günü kəndi götürə bilməsək də, bundan bir neçə gün sonra Qızılqaya kəndi ermənilərdən azad edildi. Və biz Nəsiminin nəşini də onda Qızılqaya kəndindən götürüb Qozluya gətirib Kəlbəcərə yola saldıq....



BİZ MÖVQE DƏYİŞKƏNLİYİ ETMƏK MƏCBURİYYƏTİNDƏ QALDIQ

Səhv etmirəmsə, 1992-ci il avqust ayının 20-i idi. Bizi Laçın rayonunun Pircahan kəndindən çıxarıb Ağdərəyə gətirdilər. Səbəbini soruşanda bizə dedilər ki, orada bir əməliyyatda iştirak edəndən sonra geri qayıdacaqsınız.
Sabahı gün biz Qozlu kəndinə çatdıq. Ağdərəyə gələndən sonra Qızılqaya (Arutunaqamer) kəndinin alınmasıyla bağlı tabor komandirimiz Süleyman Əhmədov tərəfindən bizə göstəriş verildi.
Biz hücuma keçdik. Qozlu kəndindən çıxıb burunla Qızılqayaya doğru irəliləyirik Yüksəkliklə biz, sol cinahdansa başqa bir dəstə gedirdi. Arada tam sakitlik idi. Hücuma keçməzdən öncə bizə məlumat verilmişdi ki, Qızılqayaya (Arutunaqamer) kəndinə gedən bütün yollar kəşfiyyat edilib. Sizin yolunuz üstündə heç bir qüvvə, heç bir maneə yoxdur. Kəndin özündəsə erməni çox azdır.
Biz təpə ilə üzü aşağı düşdük. Kəndə çatmağa az bir məsafə qalmışdı ki, ermənilər səngərdən çıxıb bizi güllə yağışına tutdular. Biz Qızılqayaya bütün istiqamətlərdən hücuma keçmişdik. Səngərdən çıxan ermənilər bizi güclü atəşə tutdular. Eyni zamanda ağır texnikalardan da aramsız atəş açılmağa başlandı. Biz qüvvələr nisbətində real şəraiti nəzər alaraq döyüşə-döyüşə mövqe dəyişkənliyi etmək məcburiyyətində qaldıq. Bizim həmin döyüşdə itkilərimiz də oldu. Xasay Şəhid oldu, Elşən yaralandı. Nəsimi itkin düşmüşdü. Həmin günü kəndi götürə bilməsək də, bundan bir neçə gün sonra Qızılqaya kəndi ermənilərdən azad edildi. Və biz Nəsiminin nəşini də onda Qızılqaya kəndindən götürüb Qozluya gətirib Kəlbəcərə yola saldıq....


İGİD TEYMURLU
Tv 713.az















Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr