DÖVLƏT DİLİNİN "ZORLANMASI"

Aktual / Cəmiyyət / Manset / Yazarlar 17-avq, 17:359 tv713 5 0



İGİD TEYMURLU



VƏ SUAL ALTINA QOYULAN GƏLƏCƏYİMİZ

Yetər ki, rus dilini bil, Azərbaycanda ən səviyyəli universitetə ən aşağı balla belə qəbul olacaqsan...

Yetər ki, rus dilini bil, Azərbaycanda dövlət strukturlarında işləmək şansın digərlərilə müqayisədə daha böyükdür...

Yetər ki, rus dilini bil, Azərbaycanda bütün iş yerlərinin qapısı sənə açıqdır...

Məsələyə Aqil Abbas düşüncəsiylə yanaşsaq, Azərbaycandakı məmurların tam əksəriyyəti JAKŞİRAKLAŞIBlar - qudurublar. Yuxarı instansiyalara ediləcək müraciətlərin özünü saymırlar. Hərə özünü bir Allah sanır. Dövlətin qanunlarını vecinə belə almayan bu məmurların davranışlarından hasil olan budur ki, Azərbaycanda idarəetmədə nəzarət mexanizmi iflasa uğrayıb..

Dilimiz əməlli- başlı işğal olunub. Bu gün ölkədə xarici dilə olan sevgi, xarici dilə olan maraq dövlət dilimizə ikinci kateqoriya statusu verib. Şəhərin mərkəzinə çıxanda mütləq gərəkir ki, yanında bir tərcüməçi ola. Qanunverici orqan və icra aparatları, özəlliklə Bakı şəhəri İcra Hakimiyyətinin yetkililəri hələ də deyəsən bu məmləkətdə hakim dilin Azərbaycan türkcəsi olduğunu bilmirlər.

Dövlət dilinin "zorlanması" həm də dövlətin təməl prinsiplərinin sarsıdılması və millətin mənəvi-əxlaqi dəyərlərinin tapdalanmasıdır. Dövləti və milləti belə zərbələrlə məhvə sürükləyənlərin bütün dövlət strukturlarında kök salması və külli ixtiyar sahibləri olması gələcəyimizi sual altına qoyur.

Hər şey təhsildən başlayır. Bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan rusdilli mütəxəssislər, eləcə dəorta və ali məktəblərdə rus sektorunda çalışan pedaqoji heyətin məvacibləri belə Azərbaycan türkcəsində təhsil verənlərin məvaciblərindən çoxdur. Maddi maraq və digər amilləri qabartmaqla hətta istəməyərəkdən belə millət öz dilinə yadlaşdırılır. Artıq bu faciəvi vəziyyətin həlli Eminəmrullayevlərin boyunu çoxdan aşıb. Bu konuda olan problemlərin həlli birbaşa cənab Prezidentin "dəmir yumruğu"ndan asılıdır. Ortaya sərt qərarlar qoyulmalıdır.

Qəbul imtahanlarında ana dili və ədəbiyyat, Azərbaycan tarixi əsas fənn kimi qəbul edilməlidir, dövlətin bütün vəzifəli şəxsləri bu fənlərdən imtahan edilməlidir. Dövlət səviyyəsində Dil Qurumu yaradılmalı və bu quruma ən üstün səlahiyyətlər verilməlidir ki, dövlət dilinin inkişafına əngəllər yaradan, dövlət dilini aşağılayan bütün məqamlara görə cavabdeh şəxslər, şirkətlər, qurumlar, idarə və müəssisələr məhz bu orqan tərəfindən inzibati qaydada cəzalandırılsın...

Həm də məndən alınan vergi hesabına formalaşan dövlət büdcəsindən maliyyələşən bütün təhsil müəssisələrinin fəaliyyəti dərhal dayandırılmalı, təhsil alanların hüquqlarının təminatı üçün özəl sektora meydan verilməlidir.

Kim istəyirsə, rus dilində yox e, qoy gedib öz cibinin puluyla lap moltanı dilində təhsil alsın..

Bu məmləkətdə yaşayırsansa, dövlət dilimizi öyrənəcəksən - Azərbaycan türkcəsini! Necə ki, bunu "sivil" dedyiniz bütün dövlətlər öz ərazisində hakim dilin öyrənilməsi məcburiyyəti formatında ortaya qoyur...

Yetər ki, kimliyindən asılı olmayaraq ortalıqda bir vətəndaş məsuliyyəti olsun!

Yetər ki, kimliyindən asılı olmayaraq ortalıqda hər kəs bu dövlət qarşısında öz cavabdehlik missiyasını düzgün anlasın...

Yetər ki, Özümüz olaq, kəndimizə qayıdaq və kəndimizi topa tutmaq istəyənləri iti qovan kimi qovmağı bacaraq...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr