713 SAYLI TABOR: DÜŞMƏNƏ SİPƏR OĞULLAR - III HİSSƏ

Manset / Şahidlər və Şəhidlər 22-okt, 15:179 tv713 22 0





ŞÜKÜROV MƏRDAN UĞURLU OĞLU










Şükürov Mərdan Uğurlu oğlu. 26.11.1970-ci ildə Laçın rayonunun Qoşasu kəndində anadan olub.

1978-1988- ci illərdə Qoşasu kənd orta məktəbində oxuyub.

1988-1990-cı illərdə Monqolustanda sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

Sovet ordusu sıralarından tərxis olunduqdan sonra erməni separatizminin baş qaldırdığını görən Şükürov Mərdan 1992-ci ildə könüllü olaraq orduya yazılır. Yeni formalaşan 713 saylı taborun tərkibinə daxil olan Mərdan Şükürov 3-cü bölüyün döyüşçülərilə birgə Laçın və Ağdərədə erməni işalçılarına qarşı aparılan hərbi əməliyyatlarda qəhrəmanlıqlar göstərib. .

1994-cü ilin əvvəlindən etibarən 1995-ci ilin sentyabr ayına qədər Laçın rayon polis şöbəsinin şəxsi heyətinin tərkibində Füzuli rayon ərazisində gedən döyüşlərdə iştrak edib.

Ailəlidir. iki övladı var.

Xırdalan şəhəri, H.Aslanov küçəsi, bina 1-də yaşayır.




ŞÜKÜROV ƏRŞAD UĞURLU OĞLU












Şükürov Ərşad Uğurlu oğlu 11 oktyabr 1968-ci də Laçın rayonunun Qoşasu kəndində anadan olub.

1976-1986-cı illərdə doğulduğu kənddə orta məktəbdə oxuyub.

1986-cı ildə sovet ordusuna həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Moskva şəhəri ətrafında mühəndis istehkam qoşun birləşmələrində 1988-ci ildə başa vurub.

Sovet ordusindan tərxis olunduqdan sonra 1989-cu ildə Qoşasu kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyib. Bir müddət sonra 1991-ci ildə Qoşasu kəndində yerləşən 26-cı Qurultay adına kolxozda ferma müdiri vəzifəsində çalışıb.

Erməni separatizmi baş qaldıranda Şükürov Ərşad da 1992-ci ildən özünümüdafiə dəstəsinin tərkibində torpaqlarımızın müdafiəsinə qalxır. Könüllü olaraq o zaman Süleyman Əhmədovun komandanlığı altında yeni formalaşan 713 saylı tabora yazılır. Bu tabora daxil olan Budaq Nəsibovun komandiri olduğu 3-cü bölüyün tərkibində Laçın, Kəlbəcər və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Hərbi xidmətdən tərxis olunduqdan sonra günəmuzd fəaliyyətlə məşğul olub.

Ailəlidir, iki övladı, 2 nəvəsi var.

Oğlu ali təhsillidir, evlidir, ARDNŞ-da işləyir.

Qızı ali təhsillidir, evdar xanımdır.

Hal – hazırda tikinti sektorunda fərdi fəaliyyətlə məşğuldur.

Saray qəsəbəsi, Rza Təhmasib küçəsi, ev 30-da yaşayır.






BABAVERDİYEV AZƏR XASAY OĞLU




713 SAYLI TABOR: DÜŞMƏNƏ SİPƏR OĞULLAR - III HİSSƏ






10 fevral 1973-cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.

1980-1990-cı illərdə Laçın rayon Minkənd kənd orta məktəbində oxuyub.

1991-ci ildə Laçın özünümüdafiə batalyonunda xidmət edib.

Orta təhsillidir.

Erməni daşnak qüvvələri tərəfindən Laçın işğal olunduqdan sonra 713 saylı tabora daxil olur. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonrakı dövrlərdə ara fasilələrlə müxtəlif iaşə müəssisələrində çalışıb.


Ailəlidir, iki oğlu var.

Hal hazırda maldarlıqla məşğuldur.






HÜMBƏTOB KAMİL ƏKBƏR OĞLU






Hümbətov Kamil Əkbər oğlu 16 iyul 1959-cu ildə Laçın rayonunun Hacıxanlı kəndində anadan olub.

1966-1976-cı illərdə Laçın rayon Hacıxanlı kənd orta məktəbində oxuyub.

1980-1982- ci illərdə Murmansk şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra kiçik zabitlər hazırlayan kurs keçərək leytenant rütbəsi alıb.

Ali təhsillidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.

Erməni separatizminə qarşı könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 713 saylı tabora daxil olan 3-cü bölük komandirinin müavini kimi Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Hazırda Laçın rayon Vüqar Abdullayev adına Hacıxanlı kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir.

Ailəlidir, 2 oğlu var.

Hümbətov Kamil hazırda Ağdam rayonunun Quzanlı kəndində yaşayır.







BƏNDƏLİYEV NÜSRƏT RAQUB OĞLU



28 oktyabr 1966-cı ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub.

1973-1981-ci illərdə Ərdəşəvi kəndində səkkizillik təhsilini başa vurub. 1981-1985-ci illər arasında fermada maldarlıqla məşğul olub.

1985-1987-ci illərdə sovet ordusu sıralarında Amurskda sərhəd qoşunları hissəsində həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1987-1992-ci illərdə yenə də maldarlıqla məşğul olub.

Orta təhsillidir.

1992-ci ildə məlum erməni işğalından sonra könüllü olaraq 713 saylı tabora daxil olur. Həmin taborun tərkibinə daxil olan Vaqif Quliyevin komandiri olduğu ikinci bölükdə Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Ailəlidir, bir qızı, bir oğlu var.

Müharibədən sonra indiyə qədərki dövrdə maldarlıqla məşğuldur.





SÜLEYMANOV KAMİL HÜSEYİN OĞLU






1 yanvar 1974-cü ildə Laçın rayonunun Kalafalıq kəndində anadan olub.

1981-1991-ci illər arasında Laçın rayonunun Kalafalıq kənd orta məktəbində oxuyub.

Orta təhsillidir.

1992-ci ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Kamil Süleymanov 713 saylı taborun tərkibində olan şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölükdə xidmət edib.

Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra fərdi təsərrüfatla məşğul olub.

Ailəlidir, bir qızı, iki oğlu var.

Fərdi təsərrüfatla məşğuldur.



HÜSEYNOV ƏRŞAD HÜSÜ OĞLU





7 avqust 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olub.

1975-1985-ci illərdə Laçın rayonu, Mişni kənd orta məktəbində oxuyub, həmin təhsil müəssisəsini gümüş medalla bitirib.

Təhsilini Rusiya Federasiyasının Qorki (indiki Nijniy Novqorod) şəhərində Politexnik İnstitutunun avtomobil fakültəsinin əyani şöbəsində davam etdirib.

1987-1989-cu illərdə əvvəlcə Ukraynanın Odessa vilayətində, sonradan Kamçatkada hərbi hava qüvvələri tərkibində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Ali təhsillidir.

Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsini görən Ərşad Hüseynov da vətənin müdafiəsinə qalxanların sırasında olub. Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.
Döyüş yoluna Laçın özünümüdafiə batalyonundan başlamış, sonradan 713 saylı taborda davam etmişdir.

Ordu sıralarından tərxis olunduqdan sonra öz xahişi ilə Qorki Politexnik İnstitutundan çıxmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Həmin fakültəni 1996-cı ildə fərqlənmə diplomu ilə bitirib.
Hüquqşünas kimi əmək fəaliyyətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi olaraq başlamışdır. Əsas işi ilə yanaşı Odlar Yurdu Universitetinin, daha sonra isə Qərb Universitetinin hüquq fakültəsində pedaqoji fəaliyyətlə də məşğul olub.

1998-ci ildə «Digesta» hüquq firmasını təsis edib. Təsis etdiyi firma həm hüquq xidmətlərinin göstərilməsi, həm də hüquq ədəbiyyatının çapı ilə məşğul olub.
Ərşad Hüseynovun son illərdə əsas diqqət yetirdiyi sahə yol hərəkəti ilə bağlı qanunvericiliyin araşdırılması və şərhi olmuşdur. Bu sahədə onun üç kitabı işıq üzü görmüşdür.
Hüququn müxtəlif sahələrinə dair çoxlu sayda kitabların, elmi və publisistik məqalələrin, tərcümələrin müəllifidir.

Ailəlidir. İki qızı, bir oğlu var.

2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından uzaqlaşaraq bütün əmək fəaliyyətini «Digesta» hüquq firmasına bağlamışdır və bu gün də həmin firmanın direktoru vəzifəsində çalışır. Həm də fəaliyyətini nəqliyyat eksperti olaraq davam etdirir.









NOVRUZOV XASAY OQTAY OĞLU






Novruzov Xasay Oqtay oğlu 1972-ci il fevral ayının 11-də Bakı şəhərində anadan olub.

1979-1989-cu illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra Suraxanı rayonu qaz idarəsində çilingər vəzifəsində işləyib. İşləyə-işləyə Bakı Neft və Kimya texnikumunun axşam şöbəsində təhsilini davam etdirib.

1990- cı ildə sovet ordusunda həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra erməni separatçılarına qarşı mübarizə aparmaq üçün könüllü olaraq yeni formalaşan 713 saylı tabora daxil olub.

Bu tabora daxil olan Şəhid Vaqif Quliyevin komandiri olduğu 2-ci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv ediləndən sonra Novruzov Xasay DİN-in tərkibində olan XTPD-də işləyib. Yenidən Azərbaycan Respublikasının Ermənistanla həmsərhəd rayonlarında və Yuxarı Qarabağda erməni təcavüzkarlarına qarşı döyüş əməliyyatlarında, Ağdərə rayonunun bir sıra kəndlərinin düşməndən azad olunmasında iştirak edib. Döyüşlərdə fərqləndiyinə görə AR DİN-in XTPD-nin komandirinin 22 noyabr 1992- ci il tarixli 49 saylı əmri ilə mükafatlandırılıb.

Bir müddətdən sonra Azərbaycan Respublikası DİN-in Baş Mühafizə xidmətinə daxil olub.

Hal-hazırda da həmin idarədə xidmət edir.

Ailəlidir, 1 oğlu var.

Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi ev 1, mənzil 8-də yaşayır.





MƏMİYEV ƏLQAN SƏRXAN OĞLU




1968-ci il mart ayının 5-də Laçın rayonunun Kamallı kəndində anadan olub.

1976-1986-cı illərdə Laçın rayonu, Kamallı kənd orta məktəbində oxuyub.

Orta texniki peşə təhsili var.

1986-1989-cu illərdə Qazaxıstan ərazisində sovet ordusu sıralarında rabitəçilərdən ibarət hərbi hissədə xidmət edib.

1988-1990-cı illər arasında 5 nömrəli texniki peşə məktəbində qaynaqçı ixtisasına yiyələnib.

Bir müddət qaynaqçı kimi işləyəndən sonra könüllü olaraq 1992-ci ildə 713 saylı tabora daxil olur. Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonra qəssab kimi fərdi fəaliyyətlə məşğul olub.

Ailəlidir, iki oğlu, bir qızı var.

2000-ci ildən etibarən ayrı-ayrı marşrutlarda sürücü kimi fəaliyyət göstərib. Hazırda 185 nömrəli marşrutda nəzarətçi dispetçerdir.



MƏHƏRRƏMOV RƏHMAN TAPDIQ OĞLU






2 aprel 1967-ci ildə Laçın rayonunun Sonasar kəndində anadan olub.

1974-1981-ci illərdə Laçın rayonu, Sonasar kənd səkkizillik məktəbini bitirmiş və həmin il Laçın rayon 127 N-li orta kənd texniki peşə məktəbinə daxil olub. 1984-ci ildə həmin məktəbin “Geniş profilli traktorçu maşinist-çilingər” peşəsi üzrə tam kursunu bitirərək ümumi orta təhsil alıb.

1984-1986-cı illərdə Almaniyada sovet ordusu sıralarında motoatıcı polkda həqiqi hərbi xidmətdə olub.

Əsgəri xidmətdən qayıtdıqdan sonra Azərbaycan Respublikası Bakı şəhər “Mineral sular” idarəsində usta vəzifəsində çalışıb.

1992-ci il iyun ayında könüllü olaraq 713 saylı tabora daxil olur. Bu taborun tərkibindəki ikinci bölükdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci ilin oktyabr ayında ordudan uzaqlaşandan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin VVS, PVO hərbi hissəsində 15.11.1992-ci ildən mülki vətəndaş kimi işə qəbul olub.

Ailəlidir, bir qızı var.

13.11.2013-cu ildə həmin hərbi hissədən öz ərizəsiylə işdən ayrılıb. Həmin vaxtdan indiyə kimi “KRAL TRANSOPRT” MMC-də qaraj rəisi işləyir.







NOVRUZOV YUNİS CƏLAL OĞLU





Novruzov Yunis Cəlal oğlu 5 oktyabr 1960-cı ildə Xocalı rayonunun Kərkicahan qəsəbəsində anadan olub.

1968-ci ildə Kərkicahan qəsəbə Səməd Vurğun adına 6 nömrəli orta məktəbin1-ci sinfinə daxil olub. 1976-cı ildə həmin məktəbin 8-ci sinfini bitirəndən sonra Şuşa şəhər 72 nömrəli texniki peşə məktəbinə qəbul olub. 1979-cu ildə həmin məktəbi bitirərək rəngsaz peşəsinə yiyələnib.

1980-ci ildə sovet ordusu sıralarına çağrılmış və xidmətini Qazaxıstan respublikasının Baykanur və Leninski şəhərində mühəndis istehkam batalyonunda keçmişdir. 1982-ci ildə xidmətini başa vuraraq vətənə qayıdıb. Həmin vaxtdan Qarabağ İpək Fabrikində çalışıb.

Orta təhsillidir.

6 ay polisdə işləyib.

1986-cı ildə komsomolçu kimi Rusiyanın Krasnoyarsk şəhərinə göndərilib. Orada tikinti idarəsi, alüminium və hərbi sənaye zavodlarında çalışıb.

Bir müddətdən sonra Krasnoyarsk şəhər milis idarəsində milis nəfəri vəzifəsində çalışıb.

1990-cı ilin yanvar ayında vətənə qayıdıb. Onun öz doğma kəndi Kərkicahan kəndində qeydiyyata düşməsinə ermənilər imkan verməyiblər. Buna görə də Yunis ata-baba yurdu olan Laçın rayonunun Ərdəşəvi kəndinə gəlir.

Erməni quldurlarının Xankəndində baş qaldırdıqlarını görən Yunis Kərkicahan qəsəbəsinə gəlir və qəsəbə özünümüdafiə dəstəsinə qoşulur.

1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının Ermənistan tərəfindən işğalından sonra Novruzov Yunis Laçın alayının tərkibində döyüşlərə qatılır. 1992-ci ildən Yunis öz döyüş yolunu 713 saylı taborun komendant bölüyünün tərkibində davam etdirir. Bir sıra döyüşlərdə iştirak edir. Kəlbəcər rayonunun işğalından sonra Goranboy batalyonuna qoşularaq Murovdağ və Ağcakənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

1993-cü ilin may ayında növbəti döyüşdə başından kantuziya alaraq milli ordudan tərxis olunub.

Ailəlidir, 2 oğlu var.

Hazırda yaşıllaşdırma idarəsində briqadir vəzifəsində işləyir.








HƏSƏNOV ETİBAR ZİYAD OĞLU





17 iyul 1966-cı ildə Xankəndi şəhərində anadan olub.


Ailələri 1970-ci ildən Laçın rayonunun Nağdalı kəndində məskunlaşıblar.


1973-1983-cü illər arasında Nağdalı kənd orta məktəbində oxuyub.


1983-1989 – cü ildə illər arasında kənddə sovxozda fəhlə işləyib.


1987-1989-cu illərdə sovet ordusu sıralarında hərbi hava qüvvələrində həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

Məlum hadisələr başlayanda könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə 713 saylı taborun komendant bölüyünə daxil olub.


Ordudan tərxis olunandan sonra 2008 -ci ilə qədər ticarətlə məşğul olub.


2008-ci ildən ARDNŞ Təhlükəsizlik İdarəsində işləyir.


Ailəlidir, iki oğlu, bir qızı var.


Fərdi fəaliyyətlə məşğuldur.





NƏSİBOV MÜBARİZ NƏSİB OĞLU





10 oktyabr 1970-ci ildə Əskəran rayonunun Dağdağan kəndində anadan olub.

1977-ci ildə ildə Xankəndi şəhərində 4 nömrəli Nizami adına tam orta məktəbin birinci sinfinə daxil olub, 1987-ci ildə həmin məktəbi bitirib.

1988-1990-cı illərdə sovet ordusu sıralarında Çitada piyada qoşun hissəsində xidmət edib. 1991-ci ilin noyabr ayından könüllü hərbi birləşmələrə qoşularaq Şuşada, Kərkicahanda olub. 1992-ci ilin iyun ayından 713 saylı taborun komendant bölüyündə xidmət edib. Sonradan digər hərbi hissənin tərkibində döyüşüb.

Müharibədən sonra fərdi fəaliyyətlə məşğul olub.

Orta təhsillidir.

Ailəlidir, bir qızı var.

Metroda növbə rəisi işləyir.




ƏLİYEV ƏDALƏT RƏCƏF OĞLU





1961-ci il may ayının 1-də Laçın rayonunun Mişni kəndində anadan olub.

1969-1979-cu illər arasında Laçın rayonu, Mişni kənd orta məktəbində oxuyub. 1979-cu ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb.

Xidmətini 1981-ci ildə Rusiyanın Murmansk şəhərində mühəndis istehkam batalyonunda başa vurub. 1982-ci ildə ailə həyatı qurub. Laçın rayonunda müxtəlif təşkilatlarda suvaqçı bənna vəzifəsində işləyib.

Orta təhsillidir.

1992-ci ildən Laçın rayonunun Ermənistan tərəfindən işğalı ilə əlaqədar olaraq qaçqın həyatı yaşayır. 1988-ci ilin fevral ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkinində erməni qəsbkarlarına qarşı gedən döyüş əməliyyatlarında iştirak edib.

Laçının işğalından sonra 713 saylı taborun nəzdində İsgəndərov Rəhmanın komandiri olduğu birinci bölüyün tərkibində döyüş əməliyyatlarında olub.

Ailəlidir, üç övladı var.

Fərdi fəaliyyətlə məşğuldur.




ABBASOV MƏHƏRRƏM RAFİQ OĞLU




1969-cu il fevralın 14-də Laçın rayonu, Minkənd kəndində anadan olub.

1976-cı ildə Laçın rayon Minkənd orta məktəbinini birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirib. 1984-cü ildə Laçın rayonundakı 127 saylı texniki peşə məktəbinin traktorçu qrupuna daxil olmuş, 1987-ci ildə oranı bitirmişdir.

1987-ci ildə sovet ordusu sıralarına çağırılır, İrkutsk vilayətində daxili qoşunlarda xidmətə başlayıb 1989-cu ildə hərbi xidməti başa vurub Laçına qayıdır.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra 1991-ci ilə qədər heç bir yerdə işləməyib.

1991-ci ildə Laçın rayonu özünümüdafiə batalyonuna daxil olub. 1992-ci ildə Laçının Ermənistan tərəfindən işğalından sonra 713 saylı tabora daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

Ailəlidir, bir oğlu, bir qızı var.

Abbasov Məhərrəm 1994-cü ildən 2014-cü ilə qədər Xəzər Dəniz Gəmiçilik Akademiyasında gözətçi işləyib. 2014-cü ildən bu günə qədər ASCO-da (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühafizə idarəsi) mühafizədə işləyir.










ƏSƏDOV VASİF İSA OĞLU



01.09.1966-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1973-1983-cü illərdə Mişni kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Macarıstanda reaktiv artilleriya qoşun birləşmələrində başa vurub.

Orta təhsillidir.

Sovet ordusundan tərxis olunduqdan sonra 1987-1988-ci illərdə Laçın rayonu 1 saylı texniki peşə məktəbində oxuyub.

1988-1992-ci illər arasında laçın rayon təmir tikinti idarəsində işləyib.

Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunduqdan sonra Əsədov Vasif könüllü olaraq ordu birləşmələrinə yazılır. 713 saylı tabora daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra 1992-1996-cı illərdə yenidən Laçın rayon təmir-tikinti idarəsində işləyib.

1996-1998-ci illərdə Laçın rayon mədəniyyət şöbəsində səyyar kitabxanaçı kimi fəaliyyət göstərib.

1998-2006-cı illərdə fərdi təsərrüfatla məşğul olub.

2006-2008-ci illərdə yenidən Laçın rayon mədəniyyət şöbəsində kitabxanaçı işləyib.

2008-2014-cü illərdə fərdi təsərrüfatla məşğul olub.

Ailəlidir, bir qızı, bir oğlu var.

2014-cü ildən etibarən ictimai iaşə müəssisələrində çalışır.





MƏMMƏDOV TAHİR HƏSƏNBALA OĞLU







28 dekabr 1952-ci ildə Salyan rayonunda anadan olub.

1958-1967-ci ildə Salyan rayonu, 27 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib. 1967-ci ildə politexnik texnikumuna daxil olur.

1971-1973-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Kirov şəhərində daxili qoşunlarda xidmət edib.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra texnikumda təhsilini davam etdirib.

1974-cü ildən 1976-cı ilə qədər Salyan rayonunda 9 nömrəli su meliorasiya idarəsində iş icraçısı işləyib.

1976-1978-ci illərdə Salyan rayonunda plastmas zavodunda təchizatçı mühəndis kimi çalışıb.

1978-ci ildə Bakıya köçür. Elə həmin ildən Bakı şəhəri 1 nömrəli TTİ-də, 1985-ci ildən 1992-ci ilə qədər isə 9 nömrəli təmir tikinti idarəsində iş icraçısı işləyib.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunandan sonra 1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölükdə tağım komandiri olub.

Ordudan tərxis olunandan sonra müxtəlif istiqamətlərdə fərdi biznes fəaliyyətilə məşğul olub.

Ailəlidir, bir oğlu, bir qızı var.

Təqaüdçüdür.




QASIMOV NİYAZ ARAZ OĞLU




28.11. 1966-cı ildə Laçın rayonunun Zorkeşiş kəndində anadan olub.

1973-1983-cü illərdə Zorkeşiş kənd orta məktəbində oxuyub.

1985-1987-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Xidmətini Moskvada mühəndis-istehkam hərbi hissəsində başa vurur.

Orta təhsillidir.

1987-1990-cı illərdə Ukraynada avtomobil zavodunda işləyib.

Məlum hadisələrlə əlaqədar olaraq 1990-cı ildə vətənə dönən Qasımov Niyaz 1992-ci ilə qədər taksi fəaliyyətilə məşğul olur.

Ermənistanın qəsbkar siyasətindən sonra 1992-ci ildə könüllü olaraq yeni formalaşan 713 saylı tabora yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra sürüçü işləyib.

Ailəlidir, iki oğlu var.

Qasımov Niyaz hazırda da taksi fəaliyyətilə məşğuldur.






MİKAYILOV MİKAYIL ŞAHVERDİ OĞLU







31.01.1949-cu ildə Laçın rayonunun Alıqulu kəndində anadan olub.

1956-1966-cı illərdə Alıqulu və Pircahan kənd orta məktəblərində oxuyub.

1968-1970-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb, Gürcüstanda daxili qoşunlarda xidmət edib.

Orta təhsillidir.

1970-ci ildən etibarən rayondakı müxtəlif idarə və təşklatlarda sürücü kimi işləyib.

Ermənistanın Azərbaycana təcavüzündən sonra 1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Subaydır.

Müharibədən sonra indiyə qədər fərdi təsərrüfatla məşğuldur.




QƏHRƏMANOV MƏZAHİR CƏMALƏDDİN OĞLU




Qəhrəmanov Məzahir Cəmaləddin oğlu 06.07.1968-ci ildə Laçın rayonunun Kürdhacı kəndində doğulub.

1975-1985-ci illərdə Kürdhacı kənd orta məktəbini bitirib.

1986-1988-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Leninqradda mühəndis istehkam qoşun hissəsində başa vurub.

Hərbi xidmətdən tərxis olunduqdan sonra Kürdhacı kənd ərzaq mağazasında müdir işləyib.

Orta təhsillidir.

1988-ci ildə Azərbaycana qarşı erməni separatizminin baş qaldırdığını görən Qəhrəmanov Məzahir 1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün tərkibində döyüş əməliyyatlarında iştirak edib.

Laçın, Ağdərə, Kəlbəcər, Füzuli, Ağdam, Tərtər istiqamətində gedən hərbi əməliyyatlarda döyüş yolu keçib. Kəşfiyyat bölüyündə komandir kimi fəaliyyət göstərib.

1996-cı ildə 701 saylı briqadadan tərxis olunub.

Ordudan tərxis olunduqdan sonra 2001-ci ilə qədər işsiz qalıb.

2001-2009-cu illərdə “Azəriqaz”da çilingər və usta kimi fəaliyyət göstərib.

Ailəlidir, bir oğlu, bir qızı var.

2014-cü ildən Bakı Təmiz Qaz Qapalı cəmiyyətində xətt baxıcısı işləyir.

Sabunçu rayonu, Zabrat qəsəbəsindəki, yeni yaşayış massivində yaşayır.




BAYRAMOV SƏDRƏDDİN DİLƏN OĞLU





27 aprel 1972-ci ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub.

1979-1989-cu illərdə Sarıdaş kənd orta məktəbində oxuyub.

1989-1991-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Xidmətinin daxili qoşun hərbi birləşmələrində başa vurub.

Orta təhsillidir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları baş qaldıranda təcavüzkara qarşı mübarizə aparmaq üçün Bayramov Sədrəddin könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibinə qatılır. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonra 1992-ci ildən 2015-ci ilə qədər Rusiya ərazisində yaşayıb, ticarətlə məşğul olub.

2015-ci il Azərbaycana qayıdan Sədrəddin burada da fərdi bizneslə məşğul olur.

Ailəlidir, bir qızı, bir oğlu var.

Keşlə qəsəbəsində, A.Mirzəyev küçəsi, ev 55-də yaşayır.




HƏTƏMOV İSMƏT ƏLİŞ OĞLU







06.05.1972-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.

1979-1989-cu illərdə Qılınclı kənd orta məktəbində oxuyub.

1982-1989-cu illərdə Oğuz rayonunun Şirvanlı kəndində orta təhsilini davam etdirib.

1990-1992-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Qazaxıstan respublikasının Cambul vilayətində tank qoşunlarında sürücü-mexanik olub.

Orta təhsillidir.

Sovet ordusundan tərxis olunduqdan sonra Ermənistan tərəfindən aparılan işğalçı müharibədə vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibnə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.Sonradan hərbi xidmətini 701 nömrəli briqadanın kəşfiyyat bölüyündə 1996-cı ilə davam etdirib.

1996-cı ildən 2001-ci ilə qədər Müdafiə Nazirliyinin xüsusi təyinatlı taborunda xidmət edib.

2001-ci ildən indiyə qədər tikinti sahəsində fərdi fəaliyyətlə məşğuldur.

Ailəlidir, iki oğlu var.

Hazırda Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yaşayır.




HƏTƏMOV SEYFULLA ƏLİŞ OĞLU






06.05.1972-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.

1979-1989-cu illərdə Qılınclı kənd orta məktəbində oxuyub.

1982-1989-cu illərdə Oğuz rayonunun Şirvanlı kəndində orta təhsilini davam etdirib.

1990-1992-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Qazaxıstan respublikasının Cambul vilayətində tank qoşunlarında sürücü-mexanik olub.

Orta təhsillidir.

Sovet ordusundan tərxis olunduqdan sonra Ermənistan tərəfinən aparılan işğalçı müharibədə vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibnə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.Sonradan hərbi xidmətini 701 nömrəli briqadanın kəşfiyyat bölüyündə 1996-cı ilə qədər xidmət edib.

1996-cı ildən 2003-cü ilə qədər xidmətini Kəlbəcər rayonunun mülki polis sistemində davam etdirib.

Ailəlidir, iki qızı, bir oğlu var.

2003-cü ildən indiyə qədər tikinti sahəsində fərdi fəaliyyətlə məşğuldur.

Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayır.








VERDİYEV BƏHRƏM ZÜLÜ OĞLU







1 mart 1969-cu ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub.

1976-cı ildə Şuşa şəhərində 1 nömrəli internat məktəbinin birinci sinfinə daxil olmuş, 1986-cı ildə də orta məktəbi bitirib.

Orta təhsillidir.

1987-ci ildə sovet ordusu sıralarına çağırılmış, əsgəri xidmətini Belarusiyada snayperçi olaraq yerinə yetirmişdir.

1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra vətənə dönüb.

1992-ci il mayın 17-dən könüllü olaraq yeni formalaşan 713 saylı taborun tərkibinə qatılıb, Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi birləşmələrinə qarşı döyüşüb. Komendant bölüyündə xidmət edib.

1993-cü ilin noyabrından Kəlbəcərdə 702 saylı briqadanın tərkibində döyüş yolu keçib.

1993-cü il Horadiz əməliyyatında iştirak edib.

Ailə vəziyyətilə əlaqədar olaraq atəşkəsdən sonra ordudan tərxis olunub.

Ailəlidir, iki qızı, bir oğlu, iki nəvəsi var.

Ordudan tərxis olunduğu atəşkəs dövründən 2000-ci ilə qədər fəhlə işləyib. 2001-ci ildən avtobus sürücüsüdür.



MÜRSƏLOV BAKİR ƏFQAN OĞLU




1 oktyabr 1970-ci ildə Laçın rayonunun Vağazin kənd sovetliyinin Kalafalıq kəndində anadan olub.

1977-ci ildə Kalafalıq kənd ibtidai məktəbinə qəbul olub, 1988-ci ildə Vağazin kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra Mirhəsən Vəzirov adına Şuşa kənd təsərrüfatı texnikumuna daxil olub.

1988-ci ildə sovet ordusu sıralarına çağrılıb. Həqiqi hərbi xidmətini Çita və Ulan-ude şəhərlərində rabitəçi kimi başa vurub.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra 1991-ci ilin yanvarından texnikuma bərpa olunub, 1994-cü ildə texnikumu bitirib.

Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etdiyini görən Bakir Mürsəlov 1992-ci ildə könüllü olaraq 713 saylı taborun şəxsi heyətinin sıralarına yazılır. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

1994-cü ildən Laçın rayon Polis şöbəsinin PPX batalyonunda Füzuli bölğəsində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində döyüş bölgəsində xidmət edib.

1998-ci ildən 2014-cü ilə kimi Rusiyada yaşayıb, ticarətlə məşğul olub.

2014-cü ildən bu günə kimi fərdi fəaliyyətlə – şlaqbaumların, qaraj qapılarının yığılıb hazırlanması və quraşdırılması işiylə məşğuldur.

Ailəlidir, 1 övladı var.




ƏLİYEV TƏVƏKKÜL ALI OĞLU





1968-ci il iyun ayının 6-da Laçın rayonunun Kalafalıq kəndində anadan olub.

1975-1985-ci illərdə Vağazin kənd orta məktəbində oxuyub.

1986-1988-ci illərdə Qazaxıstanda sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib. Sovet ordusu sıralarından tərxis olunandan sonra Laçın rayonunda Nizami adına kolxozda fəhlə işləyib.

Orta təhsillidir.

Ermənistan-Azərbaycan müharibəsi başlayandan sonra könüllü olaraq hərbi birləşməyə yazılıb. 713 saylı taborun ikinci bölüyünün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonrakı dövrlərdə fərdi təsərrüfatla məşğul olub.

Ailəlidir, bir qızı, iki oğlu var.

Hazırda işləmir.




CƏBRAYILOV NADİR İSA OĞLU




1951-ci ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub.

1958-ci ildə Laçın rayonu Ərdəşəvi kənd səkkizillik məktəbin birinci sinfinə daxil olub, 1969-cu ildə bu məktəbi bitirib. Həmin il Vağazin kənd orta məktəbinə daxil olub, 1972-ci ildə Vağazin kənd orta məktəbini bitirib.

1972-1974-cü illərdə Qazaxıstanda sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib.

Orta təhsillidir.

1974-cü ildə Laçın rayonu, Ərdəşəvi kənd mədəniyyət evində bədii rəhbər kimi əmək fəaliyyətinə başlayıb.

1978-1992-ci illərdə Laçın rayonu Dadaş Bünyadzadə adına kolxozda naxırçı işləyib.

Ermənistanın işğalı başlayandan sonra hərbi birləşməyə könüllü yazılıb. 713 saylı taborda ikinci bölükdə xidmət edib.


Tərxis olunduqdan sonra 1992-2009-cu illər arasında fərdi təsərrüfatla məşğul olub.


2009-2014-cü illər arasında Laçın rayon “Sukanal” idarəsində supaylayıcı kimi işləyib.

2014-cü ildən əmək pensiyasına çıxıb.


Ailəli olub, üç oğlu, bir qızı var.


Cəbrayılov Nadir hazırda işləmir.




ƏHMƏDOV ARAZ ƏHMƏD OĞLU




3 may 1970-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.

1977-1987-ci illər arasında Vağazin kənd orta məktəbində oxuyub.

1988-1990-cı illər arasında İjevskidə sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1990-1992-ci illərdə fəhləliklə məşğul olub.

Orta təhsillidir.


Laçın rayonu Ermənistan tərəfindən işğal ediləndən sonra könüllü olaraq hərbi birləşməyə yazılır. 713 saylı taborun ikinci bölüyünün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra 1992-2010-cu illərdə fəhlə kimi işləyib.

Ailəlidir, bir qızı var.

2010-cu ildən etibarən “Azəravtoyol” Dövlət Agentliyinin tərkibindəki 56 nömrəli MMC-də fəhlə işləyir.





NURUYEV ƏFQAN ABBAS OĞLU






Nuruyev Əfqan Abbas oğlu 1971-ci ilin yanvarın 10-da Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.

1978-1988-ci illərdə Ağcakənd orta məktəbində oxuyub.

1989-1991-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Rusiyanin Permski vilayətində daxili qoşunlarda xidmət edib.

Orta təsillidir.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu 1-ci bölüyun tərkibində Ağdərə və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv edildikdən sonra 714-cü hərbi hissədə tağım komandiri təyin olunub. 714-cü hərbi hissə ləğv ediləndən sonra 1993-cü ilin sonlarından 701 nomrəli briqadanın rabitə bölüyündə xidmət edib. 1994-ci il yanvar ayının 10-da Murovdağ əməliyyatında yaralanır.

1994-cü ildən 2-ci qrup Qarabağ əlilidir. Heç bir işlə məşğul deyil.

Ailəlidir, 2 övladı var.

Hal-hazırda Bakıda, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayır.




ƏHMƏDOV ELBURUS QARAŞ OĞLU




17 iyun 1960-cı ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1967-1977-ci illər arasında Pircahan kənd orta məktəbində oxuyub.

1978-1979-cu illərdə Laçın rayonunda peşə məktəbində oxuyub.

1979-1981-ci illər arasında sovet ordusuna həqiqi hərbi xidmətdə olub. Rusiyanın Rostov vilayətində hava hücumundan müdafiə qoşunlarında xidmət edib.

Ali təhsillidir.

1982-1990-cı illərdə İnşaat Mühəndisləri İnstitutunda oxuyub.

1985-1990-cı illərdə Pircahan kəndində sovxozda komsomol komitəsinin katibi olub.

1990-1992-ci illərdə həmin sovxozda təsərrüfat briqadiri olub.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalanda könüllü olaraq torpaqlarımızın müdafiəsi üçün yeni formalaşan 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra bir müddət işsiz qalıb.

1995-ci ildən 2003-cü ilə qədər BTZ-də mühafizəçi işləyib.

2003-cü ildən 2011-ci ilədək bu zavodda quraşdırıcı kimi işləyib.

2012-ci ildən indiyə qədər “Riyad” firmasında mühafizəçi işləyir.

Ailəlidir, 4 övladı var.

Hazırda Sumqayıt şəhəri, 22-ci məhəllə, 1 nömrəli yataqxanada yaşayır.




İSGƏNDƏROV RAFİQ HƏTƏM OĞLU







İsgəndərov Rafiq Hətəm oğlu 1971- ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.

1978-1988-ci illərdə Kəlbəcər rayonunun Ağcakənd kənd tam orta məktəbində oxuyub.

1989-1991-ci illərdə ci illərdə keçmiş SSRİ-nin Zuyepka şəhərində mühəndis istehkam qoşun birləşmələrində xidmət edib.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra torpaqlarımızın erməni separatçılarından təmizlənməsi üçün könüllü olaraq ordu birləşmələrinə yazılıb. Xidmətinə 701 saylı briqadaya daxil olan 713 saylı taborda başlayıb. Ağdərə və Laçın istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

713 saylı tabor ləğv edildikdən sonra 1994 - cü ildə Murov dağında Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci il fevralın 2 günü Çiçəkli deyilən ərazidə yaralanıb və hərbi hospitala göndərilib .

2020- ci il 4 oktyabrdan könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda başlanan əks hücum əməliyyatlarında iştirak edib. 285 nömrəli hərbi hissənin tərkibində döyüş yolu keçib. Cəbrayıl , Zəngilan, Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak edib. 2021-ci ilin yanvar ayının 18-də ordudan tərxis olunub.



HÜSEYNOV ETİBAR XƏLİL OĞLU






Huseynov Etibar Xəlil oğlu 01. 07.1967- ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.

1974-1984-cü illərdə Laçın rayonunun Vağazin kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə sovet qoşunlarında həqiqi hərbi xidmətdə olub. Xidmətini 1987-ci ildə başa vurub.

Orta təhsillidir.

Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndləri Vağazinə qayıdır. Az keçmir ki, Laçın rayonununda təmir tikinti idarəsində işə başlayır.

Bir müddət sonra işləmək üçün Rusiyanın Perm şəhərinə yollanır. Burada meşə sənayesində çalışdıqdan sonra yenidən Laçın rayonunun Vağazin kəndinə qayıdır. Kənddə pinəçi və bərbər işləri ilə məşğul olur.

1992-ci ildə Laçın rayon hərbi komissarlığı tərəfindən xidmətə çağırılır. Xidmətinə tankist kimi 801 nömrəli hərbi hissədən başlayır.

801 nömrəli hərbi hissə dağıldıqdan sonra könüllü olaraq yeni yaradılan 713 saylı tabora yazılır. Qumbaraatan vəzifəsində Laçın və Ağdərə rayonların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda iştirak edib.

1993-cü ildən etibarən Ağcabədi rayon Taxtakörpü qəsəbəsində məskunlaşıb yenidən pinəçiliklə məşğul olub.

Ailəlidir, iki övladı var.

1997- ci ildən Bakı şəhəri, Abşeron rayonunda məskunlaşıb.

Yenidən pinəçiliklə məşğul olub.

2006-cı ildən "QARTAL SS "MMC şirkətində mühafizəçi işləyir



ASLANOV BABA SALAMAN OĞLU





Aslanov Baba Salaman oğlu 22 sentyabr 1972-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1980-1990-cı illərdə Mişni kənd orta məktəbində oxuyub.

05 may 1991-ci ildən 01 avqust 1992-ci ilə qədər keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

Xidmətin başa çatmasına az müddət qalmış keçmiş SSRİ-də baş verən məlum hadisələrlə əlaqədar olaraq ordudan tərxis olunub. Sovet ordusundan tərxis olunduqdan sonra yeni yaradılan Azərbaycan milli ordusuna qoşulub.

Könüllü olaraq orduya yazılır. 713 saylı tabora daxil olan birinci bölüyün tərkibində işğalçı erməni birləşmələrinə qarşı aparılan azadlıq mübarizəsində iştirak edib.

Bu tabor ləğv olunduqdan sonra, Laçın rayonu ərazisində döyüş əməliyyatlarında iştirak edən Laçın rayon polis qüvvələrinin tərkibində erməni separatçılarına qarşı döyüşür.

1993-2000-ci illərdə Laçın rayon polis şöbəsində xidmət edib.

Ailəlidir, iki övladı var.

2010-cu ildən Laçın şəhər 1 nömrəli orta məktəbdə təsərrüfat müdiri işləyir.

Hazırda Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayır




QURBANOV AKİF ƏLİ OĞLU




Qurbanov Akif Əli oğlu 01.07.1952-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1959-cu ildə Laçın rayonunun Mişni kənd məktəbinə daxil olmuş, 1969-cu ildə Laçın rayonunun Qarıqışlaq kəndində orta məktəbi bitirib.

1970-ci ildən əmək fəaliyyətinə başlayıb.

1972-1974-cü illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1974-cü ildən yenidən əmək fəaliyyətinə başlayıb.

Orta təhsillidir.

Ermənilərin Azərbaycan xalqına və dövlətinə qarşı apardığı terrorçuluq və işğalçılıq hərəkətlərindən sonra dövlətimizi və xalqımızı müdafiə etmək üçün 1992-ci il may ayında könüllü olaraq orduya yazılıb. 713 saylı taborun tərkibində Laçın və Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib.

1993-2012-ci illər arasında neft sənayesində çalışıb.

2012-ci ildən təqaüdə çıxıb.


Ailəlidir, 4 övladı var.

Hal hazırda Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, bina 11, mənzil 11-də yaşayır.





MƏMMƏDOV FAMİL MƏMMƏD OĞLU






Məmmədov Famil Məmməd oğlu 02.10.1964-cü ildə Laçın rayonu, Xaçınyalı kəndində anadan olub.

1971-1981-ci illərdə Laçın rayon Piçənis kənd orta məktəbində oxuyub.

1981-1984-cü illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda
təhsil alıb.

1984-1986-cı illərdə Kalininqrad şəhərində sovet ordusu sıralarında hərbi hava qoşun birləşmələri tərkibində həqiqi hərbi xidmətdə olub.

1986-1990-cı illərdə Laçın rayon Qaz-İstismar idarəsində sahə rəisi vəzifəsində çalışıb.

Erməni separatizmi baş qaldırandan sonra Məmmədov Famil Qarabağ müharibəsində 1992-1995-ci illərdə könüllü olaraq 701 saylı briqadaya daxil olan ayrı-ayrı hərbi hissələrin tərkibində Laçın, Ağdərə, Kəlbəcər, Ağdam, Cəbrayıl və Füzuli uğrunda gedən hərbi əməliyyatların iştirakçısı olub.

Müharibədən sonra 1996-2011-ci illərdə Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələri Cəmiyyətində istehsalat şöbəsinin müdiri vəzifəsində işləyib.

2013-cü ildən etibarən "AzVirt: MMC-də sürücü vəzifəsində işləyib. Hal-hazırda da həmin vəzifədə çalışır

Ailəlidir, 1 qızı və 1 oğlu var.


Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 b ünvanında yaşayır.





İSAYEV ASİM YELMAR OĞLU





İsayev Asim Yelmar oğlu 18 iyun 1970- ci ildə Laçın rayonumun Alxaslı kəndində anadan olub.

1977-ci ildə Alxaslı kənd orta məktəbinə daxil olub, 5-ci sinifdən təhsilini Bakı şəhəri, Binə qəsəbəsindəki 136 saylı orta məktəbdə davam etdirib.

Orta məktəbi bitirdikdən sonra Binə qəsəbəsində yerləşən 101 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirib.

Orta ixtisas təhsillidir.

1988-1990-cı illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini mühəndis istehkam qoşun birləşmələrinin tərkibində başa vurub.

1992-ci ildə erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün yeni yaranmış 713 saylı tabora daxil olur. Bu tabora daxil olan 1-ci bölüyün tərkibində bir sıra hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən qayıtdıqdan sonra 1993-cü ildə DİN-in nəzdində olan çevik polis alayında işə başlayıb. Bir müddətdən sonra Xəzər RPİ-də xidmətini PPX-da davam etdirib. Bu müddət ərzində yenidən Tərtər, Ağdam və Füzulidə müharibədə iştirak edib.

Ailəlidir, 2 oğlu var

İsayev Asim 2020 ci ildə polis orqanlarından təqaüdə çıxıb, hal-hazırda təqaüdçüdür.

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozunda yaşayır.




İBRAHİMOV NURU İSA OĞLU







İbrahimov Nuru İsa oğlu 7 yanvar 1968- ci ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub.

1975 - 1985 - ci illərdə orta məktəbdə oxuyub.

1986-1988 - ci illərdə Rusiyada, Primorskidə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

1988-1992- ci illərdə erməni separatçılarının pozucu əməllərinə qarşı Laçında Ərdəşəvi kəndində yaranan milli mudafiə dəstəsinin könüllü üzvlərindən biri olub.

1992- ci illərdə 713 saylı tabor və digər hərbi hissələrdə könüllü olaraq döyüşüb.

1994 - 2008 - ci illərdə Rusiyanın Krasnayarsk şəhərində ticarətlə məşğul olub.

2008 - ci ildən sonra Azərbaycana gəlib, ayrı-ayrı şirkətlərdə elektirik kimi çalışıb.

Hazırda işsizdir.

Ailəlidir. İki övladı, 5 nəvəsi var.

Hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Tahir Salahov küçəsində yaşayır.







HƏSƏNOV YUNUS QARA OĞLU




Həsənov Yunus Qara oğlu 30. 09. 1969-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1976-1986-cı illərdə doğulduğu Pircahan kəndində orta məktəbi oxuyub.

1987-1989-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Xidmətini Uzaq Şərq Hərbi Dairəsində, Ussuriysk şəhərində mühəndis istehkam qoşun birləşmələrində başa vurub.

1988-ci ildən baş qaldıran erməni separatizmi getdikcə daha kəskin forma alırdı.

Bütün bunları görən Həsənov Yunus da əsgəri xidmətdən tərxis olunduqdan sonra 1990-cı ildən etibarən yerli özünümüdafiə dəstəsinin tərkibində doğulub boya-başa çatdığı yurdun müdafiəsinə qalxır.

Həsənov Yunus sonradan könüllü olaraq 1992-ci ildə yeni formalaşan mayor Süleyman Əhmədovun komandiri olduğu 713 saylı tabora yazılır. Bu tabora daxil olan Budaq Nəsibovun komandiri olduğu 3-cü bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Sonradan döyüş fəaliyyətini 777 saylı hərbi hissədə davam etdirən Həsənov Yunus 1994-cü ildə ordudan tərxis olunur.

1994-cü ildən indiyə kimi maldarlıqla məşğuldur.

Orta təhsillidir.

Ailəlidir, iki oğlu, bir qızı var.

Hazırda Qax rayonunda Ənvərçay kəndində yaşayır.




ŞÜKÜROV VASİF ƏHMƏD OĞLU






Şükürov Vasif Əhməd oğlu 1972-ci il martın 22-də Kəlbəcər rayonunun Oruclu kəndində anadan olub.

1979-1989-ci illərdə Oruclu kənd orta məktəbində oxuyub.

1990-1992 -ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Rusiyanin Kastroma şəhərində hərbi hava qoşun birləşmələrində xidmət edib.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı tabora yazılıb. Budaq Nəsibovun komandiri olduğu 3-ci bölüyun tərkibində Ağdərə və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv ediləndən sonra 701 nomrəli briqadanın tərkibində xidmət edib. 1994-ci il yanvar ayının 10-da Murovdağ əməliyyatında iştirak edib.

1994-cü ildən 1996-cı ilə qədər Gəncə şəhər Qarnizonunun Hərbi Prokurorluğunda xidməti edib. .

Orta təhsillidir.

1996- cı ildən sonra özəl fəaliyyətlə məşğul olub.

Ailəlidir, bir qızı var.

Təqaüdçüdür.

Hal-hazırda Yevlaxda , 32 nömrəli qaçqın qəsəbəsində yaşayır.




BAXŞALIYEV MƏRFƏT YUSİF OĞLU






Baxşalıyev Mərfət 1971-ci il avqustun 2-də Kəlbəcər rayonunun Sınıqkilsə kəndində, indiki Hacıkənddə anadan olub.

1979-1989-cu illərdə Sınıqkilsə orta məktəbində oxuyub.

1989-1991-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini Qazaxıstan Respublikasının Almata şəhərində artilleriya qoşun birləşmələrində başa vurub.

Ermənistanın Azərbaycana torpaqlarına təcavüzündən sonra Mərifət də könüllü olaraq yeni formalaşmış 713 saylı tabora yazılıb. Vaqif Quliyevin komandiri olduğu 2-ci bölüyün tərkibində Ağdərə və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv ediləndən sonra 701 nömrəli birqadanın tərkibində xidmət edib. 1994-cü ilin iyun ayında ordudan tərxis olub.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra indiyə qədər fərdi təsərrüfatla məşğuldut

Ailəlidir.

Bir qızı, bir oğlu var.

Hazırda da heç bir yerdə işləmir, təqaüdçüdür.

Qəbələ rayonunda yaşayır.




MUSTAFAYEV ELŞƏN MUSA OĞLU










17 iyun 1972--ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub.

1978-1988-ci illərdə Ağcabədi rayon Yeni Qaradolaq kənd orta məktəbini bitirib.

1990-cı ilin iyun ayında sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılırb. Hərbi xidmətə Qazaxıstanın Cambul vilayətində tankçı kimi qulluğa başlamış və 1992-ci ilin aprel ayında Belarusiyanın Vitebsk vilayətinin Polotsk şəhərində hərbi xidməti başa vurub.

Sovet ordusu sıralarından tərxis olunduqdan sonra Azərbaycana gələn Mustafayev Elşən 18 gün sonra könüllü olaraq cəbhəyə yollanır.

Sonradan Bakıya gəlib yeni formalaşan 713 saylı tabora yazılır. 1992-vi il avqust ayının 20-nə qədər 713 saylı taborun 1-ci bölüyündə İsgəndərov Rəhmanın komandirliyi altında döyüş əməliyyatlarında iştirak edib.

1992-ci il avqustunda Ağdərə rayonunun Qızılqaya kəndinə hücum zamanı yaralanmış, bir müddət hospitallarda yatandan sonra 1994-cü ilin əvvəlində müalicə üçün Rusiyaya gedib.

Ali təhsillidir.

Müalicəsiylə paralel olaraq 1998-ci ildə Moskva şəhərində Beynəlxalq Slavyan Universitetinin hüquq fakültəsinə daxil olur. 2003-cü ildə həmin ali məktəbi hüquqşünas ixtisası üzrə bitirir. Elə həmin ildən olaraq "ЭФА" şirkətində hüquq məsləhətçisi kimi işləyib.

2014-cü ildə Azərbaycana gəlib Bakı Elektriktökmə ASC-də işə başlayıb. Bir müddət sonra 2018-ci ildə yenidən müalicə üçün Moskvaya gedib.

Ailəlidir. Bir oğlu , iki qızı var.

Hazırda Bakıda yaşayır. Heç bir işlə məşğul deyil.






MUXTAROV YUSİF ABDULLA OĞLU











Muxtarov Yusif Abdulla oqlu 1. 01. 1953-cü ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.

1960-cı ildə Laçın rayonu Alxaslı kənd orta məktəbinə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirib.

1971-1973-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Moskva şəhərində başa vurub.

Orta texniki təhsillidir.
1975-ci ildə Politexnik texnukumunun mexanizator fakultəsini bitirib. 1976-cı ildən Bakı şəhəri Baş Tikinti İdarəsində çalışıb.

1991-ci ildən erməni separatçılarına qarşı aparılan mübarizədə iştirak edib. Sonradan könüllü olaraq 713 saylı taborun sıralarına yazılıb. Bir sıra hərbi əməliyyatlarda iştirak edib.

Ordudan tərxis olunandan sonra fərdi fəaliyyətlə məşğul olub.

Hazırda Bakı şəhərində yaşayır, işsizdir.





RƏHİMOV ETİBAR ORDUXAN OĞLU







Rəhimov Etibar Orduxan oğlu 1968- ci il 21 yanvarda Laçın rayonunda doğulub.

1975- ci ildə Laçın rayonun Qızılca kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1979 - cu ildən təhsilini Laçın orta internat məktəbində davam etdirib. 1983 - cü ildə Laçın rayon texniki peşə məktəbində çilingər peşəsinə yiyələnib.

1986 - 1988 - ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsində daş karxanasında işləyib.

Erməni separatizmi baş qaldırandan sonra 1992-ci ilin sentyabrında könüllü olaraq vətənin yadellilərdən müdafiəsi üçün cəbhə bölgəsinə yollanıb. Mayor Süleyman Əhmədovun komandiri olduğu 713 saylı taborun tərkibində döyüş əməliyyatlarında iştirak edib.

1992-ci il avqust ayının üçüncü ongünlüyündə 713 saylı tabor briqada komandanlığının əmrilə Ağdərədə həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmək üçün müvəqqəti olaraq bu rayonda dislokasiya olunur. Taborun döyüşçüləri bir neçə kəndin azad edilməsi əməliyyatında iştirak edib.

1992-ci il 2 sentyabr tarixində Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə Etibar düşmən qüvvələri tərəfindən yaralanır, aparılan müalicənin sonucunda qolunu itirir və ordudan tərxis olunur.
Ordudan tərxis olunduqdan sonra Rəhimov Etibar o zamankı qaydalara uyğun olaraq hərbi zavodda işlə təmin edilir. Bu zavodda dispetçer kimi 2000-ci ilə qədər fəaliyyət göstərir. 2000-ci ildə dövlət tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsində evlə təmin olunur.
Ailəlidir, bir qız övladı var.

2000-ci ildə Rusiyaya yollanır. Kiçik bizneslə məşğul olur.

Hazırda Tatarıstan respublikasında yaşayır.





VƏLİYEV İMRAN ƏLİ OĞLU








Vəliyev İmran Əli oğlu 1.05. 1971-ci ildə Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olub.

1978-1988 ci illərdə Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbdə oxuyub.
Kəlbəcər rayonunun Qılınclı kəndində yerləşən sürücülük məktəbində oxuyub.
1989-cu ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini 1991-ci ildə Belarusiyanın Qrodno şəhərində başa vurub.

Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu gprən Vəliyev İmran 1992- ci ildə könüllü olaraq yeni formalaşmaqda olan milli orduya yazılır. Bu məqsədlə Kəlbəcər rayon hərbi komissarlığına müraciət edir.
Orduya yazılan Vəliyev İmran ilk dəfə Laçın rayonunun Pircahan kəndində döyüşə girir. 713 saylı tabora daxil olan Şəhid Vaqif Quliyevin komandiri olduğu 2-ci bölüyün tərkibində torpaqlarımızın ermənilərdən azad edilmə əməliyyatlarında rabitəçi kimi döyüşüb. Kəlbəcər uğurunda gedən döyüşlərin iştirakçısı olub.

Ordudan uzaqlaşandan indiyə qədər tikinti sektorunda çalışıb.

Ailəlidir, 3 övladl, 5 nəvəsi var.

Hal hazırda Moskva şəhərində yaşayır.




İMRANOV MEHDİ ELDAR OĞLU







İmranov Mehdi Eldar oğlu 21.11.1971-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.

Orta təhsilini Laçın rayon Alxaslı kənd orta məktəbində alıb. 1989-cu ildə həmin məktəbi bitirib.

Elə həmin il dovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin ilk aylarını Naxçıvan MR-nın Culfa rayonunda başa vurub. 5 ay Azərbaycanda xidmət etdikdən sonra Rusiya Federasiyasının Bryansk şəhərinə göndərilib. Xidmət etdiyi müddət ərzində kiçik serjant rütbəsi alıb.

21.08.1990-cı ildə Leninin anadan olmasının 120 illiyi şərəfinə keçirilən sosialist yarışının qalibi olub.

28. 09.1990 - ildə Т. С. У - nun 5 günlərinin tətbiqlərini yerinə yetirməkdə uğura görə diplomla mükafatlandırılıb.

1991-ci ildə hərbi xidmətini bitirdikdən sonra Bryansk şəhərində Maşınqayırma İnstitutuna qəbul olub.

Erməni separatçıları tərəfindən Azərbaycan torpaqlarının işğal edildiyini görən Mehdi İmranov təhsilini yarımçıq qoyub yenidən vətənə qayıdır. Könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin sıralarına yazılır. Bu tabora daxil olan VAQİF QULİYEVin komandiri olduğu 2-ci bölüyün tərkibində yurdumuzun azadlığı uğrunda gedən bir çox qanlı döyüşlərə iştirak edir.

Orta təhsillidir.

Müharibədən sonra İmranov Mehdi yenidən Rusiyaya qayıdır, fəaliyyətini ev alqı-satqısında davam etdirir.

Ailəlidir, bir qız, bir oğul övladı var.

Hazırda Rusiya Federasiyasının Vladivostok şəhərində yaşayır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr