Türkiyə Zəngəzura yönəlir – İrəvanda həyəcan

Aktual / Manset 13-dek, 07:499 tv713 10 0





Əminəm ki, Türkiyə Cənubi Qafqazda Azərbaycan vasitəsilə öz təsirini bundan sonra daha da gücləndirəcək ki, bu da təbii olaraq Ermənistanın təhlükəsizlik risklərini artıracaq.

Tv713. az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Vitali Manqasaryan yerli mediaya açıqlamasında Suriyada türkyönlü qüvvələrin hakimiyyəti ələ keçirməsi ilə regionda güc balansının dəyişməsi və bunun Cənubi Qafqaza təsirləri haqda danışarkən deyib.

“Türkiyə ilə Azərbaycan arasında geosiyasi, iqtisadi və mədəni əlaqələrin güclənməsinə söykənən pantürkizm ideologiyası son illərdə özünü daha çox büruzə verir. Əminəm ki, Suriyada Əsəd rejimi devrildikdən sonra Türkiyənin iştahı artacaq və bütün enerjisini Cənubi Qafqaza, xüsusən də Zəngəzur dəhlizi məsələsinə yönəldəcək. Təsadüfi deyil ki, indiki mərhələdə Azərbaycan Qərbi Azərbaycan İcması mövzusunu irəli sürür və Ermənistandan həmin icmanın nümayəndələri ilə danışıqlara getməyi tələb edir”, - o bildirib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr