NATO təklifimizi rədd etdi, müharibəyə hazırlaşır - Qruşko
NATO Rusiya ilə müharibəyə hazırlaşır.
Tv713.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Rusiya ardıcıl olaraq birbaşa münaqişənin qarşısını almaq, o cümlədən hərbi imkanlarımızı nümayiş etdirmək siyasətini davam etdirir. Bizimlə gücü ölçməyin mümkün nəticələri haqqında göndərdiyimiz siqnalların qarşı tərəfdən oxunduğuna inanmaq üçün hər cür əsas var. Ümumiləşdirsək, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Hərbi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflərimiz ABŞ və müttəfiqləri tərəfindən rədd edildi. NATO-nun aqressiv davranışı və bununla bağlı Rusiya üçün birbaşa təhlükəsizlik riskləri hərbi duruşumuzda və müdafiə planlaması prosesində nəzərə alınır”, - Qruşko bildirib.