"Böyük Ermənistan" deyilən xülyanın gerçəkləşməsi üçün haylar zaman-zaman bu və ya digər metodlardan istifadə etməklə Azərbaycan torpaqlarının işğalı sayəsində bu çirkin niyyətlərini gerçəklədirməyə çalışmış və qismən də buna nail olmuşlar. SSRİ adlı imperiya dağılmazdan öncə hayların bu istəklərinin öz kuliminasiya nöqtəsinə çatması üçün maksimum səviyyədə səy göstərmiş və bunun üçün bütün münbit şəraiti haylara nimçə üstündə vermişdir. Sonuc olaraq o zaman məhz rusların bilavasitə iştirakı və haylara köməyilə torpaqlarımızın bir qismi işğal edilmiş, qətliamlar, soyqırımlar törədilmişdir.
Azərbaycanda o zamankı siyasi hakimiyyətin yarıtmaz fəaliyyətinin fərqinə varmayan milli qüvvələr torpaqlarımızın işğalını durdurmaq, düşməni geri oturtmaq üçün bütün səyləri birləşdirmiş, könüllü hərbi birləşmələrin sayəsində bu müqəddəs yükü öz çiyninə götürmüşdü.
BU GÜN "BİRİNCİ QARABAĞ SAVAŞININ DÖYÜŞÇÜLƏRİ" NƏ EDİB DEYƏNLƏR, DEYİM, YADDA SAXLAYIN:
1. AVİASİYADAN, ARTİLLERİYADAN, DÖYÜŞ MAŞINLARINDAN BELƏ MƏHRUM OLAN O DÖYÜŞÇÜLƏR HEÇ BİR STRATEYİ MÜTTƏFİQİ OLMAYAN, HEÇ BİR DAYAĞI, HEÇ BİR KÖMƏYİ OLMAYAN AZƏRBAYCANI O DÖYÜŞÇÜLƏR RUS-ERMƏNİ FAŞİZMİNDƏN QORUDU.
2. XANKƏNDİNİN 11 KİLOMETRLİYİNƏ QƏDƏR İRƏLİLƏYƏN HƏMİN ORDUNUN QAZANDIĞI UĞURLARI GÖRMƏZDƏN GƏLMƏYİN BİR ADI VAR - .......
3. O ZAMAN RUS-FARS-HAY TRİOSU AZƏRBAYCANI 4 YERƏ PARÇALAMAQ, AZƏRBAYCANDA ERMƏNİ DÖVLƏTİ, BAKINI ERMƏNİLƏŞDİRMƏYİ PLANLAŞDIRIRDI. KÖHNƏ DÖYÜŞÇÜLƏR BAX BU MƏNFUR PLANI ALT-ÜST ETDİ...
4. KÖHNƏ DÖYÜŞÇLƏRİN HESABINA AZƏRBAYCANIN 80 FAİZ TORPAĞI RUS-ERMƏNİ FAŞİZMİNİN ƏSARƏTİNƏ DÜŞMƏDİ. Kİ, 44 GÜNLÜK MÜHARİBƏDƏ DƏ İTKİLƏRİMİZ DƏ AZ OLDU...
5. KÖHNƏ DÖYÜŞÇÜLƏR OLMASAYDI, İŞĞALIN COĞRAFİYASININ HARA QƏDƏR GENİŞLƏNƏCƏYİNİN, DAHA HANSI SOYQIRIMLA RASTLAŞA BİLƏCƏYİMİZİN FƏRQİNƏ VARIN VƏ KEÇMİŞ DÖYÜŞÇÜLƏRİN HAQQINI TANIMADIĞINIZA GÖRƏ ÖZÜNÜZDƏN UTANIN....
BAX BU Müqəddəs Yükü çiynində daşıyan qüvvələr sırasında 1992-ci ildə yaranan 713 saylı taborun da xüsusi xidmətləri olub.
Hər şeydən öncə bir məqamı vurğulamaq yerinə düşər ki, o zaman yaranan könüllü hərbi 0birləşmələrdən fərqli olaraq 713 saylı taborun heç bir siyasi qüvvəyə və heç bir təşkilata bağlılığı olmayıb. Amalı torpaqlarımızın işğaldan azad ediilməsi olan bu tabor o zamankı Müdafiə Nazirliyi və 701 saylı briqadanın komandanlığı tərəfindən laqeyd münasibətlə qarşılansa da, bütün nədənlərə baxmayaraq aktiv döyüş zonasında durmadan irəliləyib, Laçının 42 kəndini ermənilərdən azad edib, Laçın dəhlizini tam nəzarətə götürüb, Ağdərənin bir neçə kəndinin azad edilməsində şücaətlər göstərib. Bütün bu döyüşlərdə onlarla Şəhid verən 713 saylı taborun komandiri, mayor Süleyman Əhmədov, taborun qərargah rəisinin müavini Mehdi Rüstəmov, taborun 2-ci bölüyünün komandiri Vaqif Quliyev Şəhid olub.
Nə qədər ağrıdıcı olsa da, sonradan bizə məlum olan məlumatlara istinad etsək, hələ o zaman adları "Milli Qəhrəman"lığa, eləcə də orden və medallara layiq görülən 713 saylı taborun döyüşçüləri haqqında yuxarı instansiyalara göndərilən təqdimatlar birbaşa Müdafiə Nazirliyində kök salmış çete tərəfindən it-bata salınıb. Sonradan məhz briqada və MN tərəfindən bilərəkdən dağıdılan taborun sənədləri də eyni aqibəti yaşayıb. 713 saylı taborun keçdiyi döyüş yolu arxivlərdə it-bata salınıb və bu günün özünədək o döyüşçülər öz haqlarını ala bilməyiblər. Elçibəyin, Heydər Əliyevin zamanında imzaladığı qanun və qərarların məntiqlə bu günədək hələ də tanınmaması "qanunda geriyə yol yoxdur" tezisini başdan-başa alt-üst etmədədir. Di gəl ki, səlahiyyət sahibləri buna münasibətdə hələ də susmada və dövlətə qarşı formalaşdırılan bu sosial narazılıqlara hələ də göz yummadadılar!!!"...
İndi miflər formalaşdırılır, qəhrəmanlar təqdim olunur.
Və baxanda görürsən ki, bu "qəhrəmanlar" öz görmək istədiklərini cəmiyyətə reallıq, olmuş kimi sırıyırlar. Və 1992-ci ildəki addımlarını bu günün baxışından keçirməklə təqdim edirlər. Halbuki gerçək həqiqət onu deyir ki, qardaşım, 1992-ci ilin iyun ayında 713 saylı tabordan başqa Laçın ərazisində heç bir qüvvə olmayıb!
Bunu etdiyimiz çəkilişlərdə Laçın polisinin öz nümayəndəsi də təsdiqləyir, a millət!!!
1992-ci ildə 42 kəndin azad edilməsini əsas həmlə qüvvəsi olaraq 713 saylı tabor təkbaşına həyata keçirib!
BUNUNLA BAĞLI, KONKRET OLARAQ HOÇAZ DÖYÜŞƏRİLƏ BAĞLI 713 SAYLI TABORUN DÖYÜŞÇÜLƏRİNDƏN QƏŞƏM RZAYEVİN, FÜZULİ ALMƏMMƏDOVUN, CABBAR ALIYEVİN VƏ DİGƏRLƏRİNİN SİLSİLƏ YAZILARI VAR, AÇIN OXUYUN!
713 saylı taborun döyüşçüsü olaraq şəxsən mənim Laçın rayonunun Pircahan kəndində dislokasiya olunduğumuz ana qədər heç bir qüvvədən xəbərim olmayıb. Eləcə də hansısa bir əməliyyatda hansısa bir qüvvənin bizim yanımızda olmağınını şahidi olmamışam, eşitməmişəm. Bu mənada 811 saylı alayın qərargah rəisi olmuş, dəyərli Rafiq Nağıyevin, polis taborunun rəisi, dəyərli Çingiz Abbasovun xatirələrini oxuyanda adamı dəhşət bürüyür.
"Tv 713.az" saytı olaraq biz dəfələrlə mətbuat və sosial şəbəkə vasitəsilə bu adamlara müraciət etmişik ki, gəlin, gerçək tarixin gələcək nəslə doğru-dürüst çatdırılması üçün o dövrün həqiqətlərini birgə müzakirə edib, cəmiyyətə təqdim edək. Daşdan səs çıxıb, ancaq qarşı tərəfdən yox.
ƏVƏZİNDƏ NƏLƏRİN ŞAHİDİ OLMUŞUQ?
Əvəzində verilən açıqlamalarda gerçək həqiqətlərin təhrif edilməsinin, 713 saylı taborun haqqının tapdalanmasının şahidi olmuşuq. İstər 701 saylı briqadaya daxil olan tabor komandirləri olsun, istər Laçın polisi olsun, istərsə də 811 saylı alayın komandanlığı 713 saylı taborun bütün qəhrəmanlıqlarının qarşısına əksər hallarda pərdə çəkməklə özləri haqqında qalib obrazı formalaşdırıb keçmişimizi topa tutmaqla gələcək nəsillərə eybəcər kodeksli eskizlər ötürürlər...
AYIBIDR, ƏN AZINDAN, AYIBDIR, ƏFƏNDİLƏR!
O QƏHRƏMANLARIN ÇOXU HƏLƏ SAĞDIR, CANLI ŞAHİDDİRLƏR!
Siyasi hakimiyyətlərin hansısa maraq xatirinə döyüşçü haqqını tapdalamasını tapşıraq Allaha! Qoy Uca Tanrı Özü elə 713 saylı taborun döyüşçülərinin haqqını tanımayanlara əməllərinə görə cəzalarını da versin. Və inşallah verəcək də.
Bu oğlanlar könüllü olaraq Vətənin müdafisinə qalxıb, erməni, rus gülləsinə öz sinələrini sipər ediblər. Amma bu günün özündə belə veteran statusları yoxdur. 1992-ci il döyüşlərində can qoyan oğlanları 2025-ci il qanunlarıyla sorğu-suala çəkmək nə dövlət əxlaqına, nə də siyasi əxlaqa uyğun deyil. Gündə bir hoqqa çıxarmaqla köhnə döyüşçülərin haqqını tapdalayanlar əslində vətəndaşda dövlətə olan sevgini öldürməyin peşindədilər. Çünki köhnə döyüşçü öz övladına Vətənə sevgidən danışanda qorxur ki, övladı günün birində ona sual edər: "Budurmu Vətən dediyin anlayış - uğrunda can qoyanların haqqına tüpürən, haqqını tanımayan?!"....
Bununla yanaşı köhnə döyüşçülər tərəfindən də sənin haqqının tapdalandığını görəndə adamın cızdağı çıxır...
"HOÇAZ HƏQİQƏTLƏRİ" SİLSİLƏSİNDƏN
O dövrün döyüşləri sırasında HOÇAZ DÖYÜŞÜNÜ xüsusilə vurğulamaq yerinə düşər. Çünki Hoçaz dağı çox böyük strateyi əhəmiyyətə malik bir koordinatda yerləşir.
Burada bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, Hoçaz kəndi və Hoçaz dağı uğrunda bir neçə döyüş baş verib. Və bu döyüşlər sırasında bizim qüvvələr tərəfindən Hoçaz kəndinin, eləcə də Hoçaz dağının götürülməsilə yanaşı, rus və erməni birləşməlrinin də Hoçaz dağının geri alınması istiqamətində əks hücumları olub.
Məsələ burasındadır ki, öz mülahizələrini həqiqətlərin təhrif olunmuş formatında təqdim etməyə çalışan kəslər bir çox hallarda bu döyüşləri ya bilərəkdən, ya da bilməyərəkdən qarışdırıb danışırlar.
VƏ BU KƏSLƏR BAŞDA OLMAQLA BİR HƏQİQƏTİN QARŞISINDA HEÇ BİR KƏS HEÇ BİR SÖZ DEYƏ BİLMƏZ: HOÇAZ DÖYÜŞLƏRİNƏ QƏDƏR 713 SAYLI TABOR LAÇIN ƏRAZİSİNDƏ SAYSIZ -HESABSIZ KƏŞFİYYAT MƏLUMATLARI TOPLAMIŞ VƏ HƏRBİ ƏMƏLİYYATLAR KEÇİRMİŞDİ, HOÇAZA PARAŞÜTLƏ DÜŞMƏMİŞDİ. BƏS O ZAMAN SİZ "HOÇAZ QƏHRƏMANLARI" HARADA İDİNİZ? "HOÇAZ KƏNDİ VƏ HOÇAZ DAĞI UĞRUNDA GEDƏN DÖYÜŞLƏRİN TAM EPİSENTİNDƏ OLAN QÜVVƏ 713 SAYLI TABORUN DÖYÜŞÇÜLƏRİ OLUB. BELƏ OLAN HALDA DİGƏR KÖMƏKÇİ QÜVVƏLƏRİN HOÇAZ DÖYÜŞLƏRİYLƏ BAĞLI SÖYLƏDİKLƏRİ HEÇ ZAMAN HƏQİQƏTİN ÖZÜ OLA BİLMƏZ, VƏSSALAM!..
Yuxarıda söylənilənlərə misal olaraq 713 saylı taborun qəhrəman döyüşçülərindən biri ALMƏMMƏDOV FÜZULİNİN paylaşımına münasibətdə keçmiş Laçın polisi taborunun komandiri olmuş , dəyərli ÇİNGİZ ABBASOVUN sosial şəbəkə üzərindən yayımladığı yazıya baxaq :
YAZILARA HEÇ BİR DÜZƏLİŞ ETMƏDƏN TƏQDİM EDİRƏM:
ÇİNGİZ ABBASOV : "713 batalyon sentyabrın 19-dan oktyabrın 5-nə qədər Soyuqbulaq kəndinin qarşısında Qarıqışlaqa düşən yoldan irəli gedə bilməmişdir. Oktyabrın 5-dən 6-na keçən gün Laçın polisləri 701 birqadanln rotaları ilə gecə ikən Hoçaz qayasının başına çıxaraq 7 oktyabrda Hoçaz dağın almışdırlar. Bunun da əsas səbəbi Qarayev Elşadın kəşfiyatı nəticəsində həyata keçirilmişdir"...
CAVAB OLARAQ
FÜZULİ ALMƏMMƏDOV (713 saylı taborun döyüşçüsü):

Hörmətli kecmiş polis tabor kamandiri, cənab C. Abbasova xatırlatmaq istəyirəm ki, sentyabr ayının 19-u Lacın polis rotasının yarısı bizimlə, yəni 713-lə bərabər Soyuqbulaq istiqamətində hücumda olub.
Hətta bir polis kapitanıda döyüşlərin birinci ğünü ayaq nahiyəsindən yaralanıb.
Soyuqbulaq, Qarıqışlaq istiqamətində 713-ün 2-ci, 3-cü bölükləri olub. 713-ün birinci bölüyü Rəhman İsğəndərovun kamandanlıgı altında Hocaz dağının zirvəsində hücumda olub.
Xatırladım ki, sentyabrın 19 -na qədər, şəhid Vaqif Quluyevin və Rəhman İsğəndərovun bölüyü iki dəfə Hoçaz dağı ilə birlikdə Hoçaz kəndini ələ kecirmiş, düşmənə öldürücü zərbələr vurmuşdular.
Bu döyüşlərdə yeddi qəhrəman ogullarımızı da şəhid vermişik
Sonradan 701- nömrəli briqadanın karidoru baglamaq ücün Agdərədən Laçına gəlməsi bizdə belə təsəvvür yaratdı ki, bu qüvvə ilə karidor qısa bir zamanda baglanacaq.
Oktyabr ayının 7-də Hoçaz dagı ümumi briqadanın Lacın polisləridə iştirak etməklə alındı.
Laçının oktyabrın 9-a planlaşdırılmış hücumla alınması, məlum olmayan səbəblərdən belə acı sonluqla başa catdı.
Hələ oktyabr ayının 9-u sübh tezdən Lacın polisləri Oqtay Ğülalıyevin komandanlıgı altında milli ordudan öndə hərəkətə başladı. Şüarları da belə oldu ki, LACINA BAYRAGI BİZ sancacağıq.
Və GETDİLƏR(seçmə-red).
Onları arxa sol tərəfdən 711-ci batalyon nəzarətdə saxlamaqla irəliləməyə başladılar.
Biz, yəni 713 saylı tabor isə Hoçaza karyerlə hərəkət edirdik.
Birdən....Qızıl evi tərəfdən hərəkət edən 711-in geri çəkildiyini, xeyli sonra isə rəhmətlik O.Ğülalıyevin başcılıgı altında polis rotasının geri cəkildiyini gördük.
Gəlib bizə çatanda geri cəkilmənin səbəbini soruşduq.
Polislər bizə onları müşaiyət edən qüvvələrin gözlənilmədən çəkildiyini və bundan istifadə edən ermənilərin, Lacın polislərini mühasirəyə saldıqlarını dedilər.
Bu geri cəkilmə bununla qurtarmırdı. Ermənilər 5 tank, 1 BMP ilə 300 -ə yaxın canlı qüvvə ilə HOCAZ DAGINA hücuma gəlirdilər.
TƏƏSSÜFLƏR olsun ki, iki ğün qabaq bizimlə Hocaz dağını alanda qəhrəmancasına döyüşən POLİSLƏRİMİZ (seçmə-red.) düşmənin hücumunu dəf etməkdə BİZƏ KÖMƏK ETMƏYİB , "ƏMR VAR, GETMƏLİYİK!" - deyib, bizi, yəni, onlarla həmişə bir yerdə döyüşmüş 713-ü tərk etdilər.
Bayaqdan URRA deyib Lacını almaq istəyən qüvvələrdən kimsə ğözə ğörünmürdü.
Yenə də 713 SAYLI TABOR AZ QÜVVƏ İLƏ DÜŞMƏNLƏ ÜZ-ÜZƏ QALDI.
ƏDALƏT MUSTAFAYEVİN və RƏHMAN İSGƏNDƏROVUN tabeliyində olan qüvvələr ermənilərlə qeyri- bərabər döyüşlərə başladı.
Bu döyüşlərdə 713-üc düşmənin bir tankını vurdu, 1 tank 1 BMP-sini qənimət kimi ələ kecirdi.
Beləliklə QƏHRƏMAN 713 HOÇAZ DAGINI düşməndən müdafiə edərək, geri oturtdu. Onu da xatırladım ki, Hoçaz dagına olmuş hücumlarda erməniləri ilk qarşılayan TABOR 713 olmuşdur.
Vəssalam...".
"HOÇAZIN AZAD EDİLMƏSİNDƏ ƏSAS QÜVVƏ 713 SAYLI TABOR OLUB"
713 saylı taborun sıralarında
bir çox ailədən bir neçə qardaşın döyüşdüyü də bütövlükdə cəmiyyətimizə bir örnək olub. HƏSƏNQULİYEVLƏR AİLƏSİ də belələrindən biri idi.
Hazırda ehtiyatda olan mayor ETİBAR HƏSƏNQULYEV o zaman yaşca uşaq olsa da qardaşları VÜQAR VƏ İMAN HƏSƏNQULİYEVLƏ birgə 713 saylı taborun sıralarında düşmənə qarşı döyüşüb. Məsələlərə münasibətdə çox vaxt konstruktiv mövqe tutan Etibar Həsənquliyevin də Hoçaz döyüşləriylə bağlı səslənən fikirlərə yanaşma tərzi öz səngər yoldaşlarının fikirlərindən fərqli deyil.
" Hoçaz dağının düşməndən azad edilməsi və ən əsası qorunub saxlanmasında iştirak edən bölmələrin əsas hərəkətverici qüvvəsi 713 saylı tabor olmuşdur!
Qəhrəmanlar unudulmur, qəhrəman şəhidlərimizin müqəddəs ruhları şad olsun!
Hoçaz dağı uğrunda döyüşə 701 artilleriya batereyaları (top və minaatan), 711, 712-nin qərərgah rəisi, 713, 714, Laçın polisinin 1 bölüyü, qəhrəmanımız Oqtay Güləliyevin komandirliyi, Cingiz Abbasovun rəhbərliyi və polkovnik Akif Səlimovun əmr və göstərişləri əsasında qatılıb!
713-ün 1-ci bölüyü Hoçaz kəndinin qabağından İsgəndərov Rəhmanın rəhbərliyi altında, digərləri arxadan və cinahlardan döyüşə giriblər.
Elşad qardaşımızında ruhu şad olsun!!!
Hoçaz dağını almaqdan çox onu qoruyub saxlamaq lazım idi. Bu məsuliyyəti 713-ün azsaylı qəhrəmanları öz çiyinlərinə götürdülər və kişi kimi, mərdi- mərdanə dağı müdafiə etdilər, çoxsaylı düşmən qüvvələrini darmadağın edərək geri oturtdular. Hoçaz dağının şanlı tarixi budur!!!
Bircə şeyi də nəzərə çatdırmaq yerinə düşərdi ki o döyüşlərdə ekipirovkasına görə ən hazırlıqlı batalyon 711 idi. Onlar da vaxtından əvvəl getdilər, səhv etmirəmsə, şəhid və yaralıları da qalmışdı!!!
Çox təəssüf ki, o vaxt döyüş meydanını tərk edən, geri çəkilən və yaxud da qaçan qüvvələr bu gündə etdikləri hərəkətin fərqində deyillər. Ancaq tarix tarixiliyində qalır, qəhrəmanlar unudulmur, şəhidlərimizin müqəddəs ruhları şad olsun!!!
Laçın rayonunun Hoçaz dağının və kəndinin düşməndən azad olunmasında, eləcə də müdafiəsinin təşkilində sonadək rəşadət göstərərək döyüşənlərin, şəhid olanların, şikəst olanların haqqlarına girmək Vətənə xəyanətə bərabərdir. Belə həssas mövzularda hər bir kəs son dərəcə diqqətli olmalıdır!!!
Haqqı və ədaləti deməkdən çəkinməyin CƏNABLAR!!!
ARDINCA O ZAMAN 713 SAYLI TABORUN 1-Cİ BÖLÜYÜNÜN KOMANDİRİNİN MÜAVİNİ OLMUŞ CABBAR ALIYEVİN MÜNASİBƏTİNƏ BAXAQ:

"713 SAYLI TABOR TƏK QALDI, ANCAQ GERİ ÇƏKİLMƏDİ"
"1992-ci il sentyabr ayının 19-da, səhər tezdən Hoçaz yüksəkliyinə hücum oldu.
Bu hücumda 713-ün 2-ci və 3-cü rotası, Laçın polisi , 714, 711-ci batalyonların rotaları iştirak edirdilər. 713-ün 1-ci rotası batalyon komandirinin müavini, baş leytenant İsgəndərov Rəhmanın komandanlığıyla biz arxadan Hoçaz qayasına Sus istiqamətindən gələn yolda x. kvadratda düşmənə gələn koməyin qarşısını kəsmək üçün o koordinat üzrə irəlilədik. 1-ci rota burada 19 və 20 sentyabrda 1 düşmən kalonunu ,1 BMP -1 tamamilə məhv etdilər.
Soyuqbulaq istiqamətindən olan hücum effektli olmadı.19 sentyabrda 713 -dən, Minkənd kəndindən Bəhlul yaralandı və mayor Əhmədovun sürücüsü Bəhmən yaralıları çıxaran vaxt El yolunda minaya düşdü və şəhid oldu. Həmin vaxt Laçın polisindən 2 nəfər də yaralanmışdı. Hoçaz yüksəkliyinin həmin istiqamətdən alınması çox çətin idi.
Sonra Laçın polisindən Elşad Qarayev başda olmaqla kəşfiyyata getdilər və zəif nöqtəni müəyyənləşdirdilər. 2 oktyabrda 713-ün 1-ci rotası Laçın polisi ilə həmin istiqamətdən hücum etdilər və Hoçaz yüksəkliyi alındı. Həmin vaxt düşmən səngərdən çıxıb qaçanda digər qüvvələr də Soyuqbulaq istiqamətindən hücuma keçdilər. Əmr yüksəkliyi alıb orada möhkəmlənmək idi . Ordu müdafiəni möhkəmləndirərkən Laçın polisi Sus istiqamətində irəli getdi və mühasirəyə düşdü, ancaq bir müddət (dəqiq yadımda deyil) sonra hamısı sağ salamat gəlib çıxdılar
Sonra düşmən yüksəkliyi geri qaytarmaq üçün hücumlara başladılar. Oktyabr ayının 7-də 713-ün komandiri mayor Süleyman Əhmədov və qərərgah rəisinin müavini baş leytenant Rüstəmov Mehdi şəhid oldular.
Hoçaz dağının müdafiəsini 713-ün komandir müavini, baş leytenant İsgəndərov Rəhman idarə edirdi.
Hücumun qarşısını alan əsas qüvvələr 713 ilə Laçın polisi idi. Sonra 713 də tək qaldı, ancaq bir addım geri çəkilmədi.
QƏŞƏM RZAYEV də 713 saylı taborun qəhrəman döyüşçülərindən biridir. HOÇAZ FATEHLƏRİNDƏNDİR. HOÇAZ kəndi və Hoçaz yüksəkliyi uğrunda gedən bütün döyüşlərin ən xırda detallarına qədır canlı şahididir. Onun da bu məsələyə münasibətdə öz mövqeyi var. Biz də Qəşəm bəyin məsələyə münasibətini qısaca təqdim edirik

"713 HANSI ƏRAZİNİ DÜŞMƏNDƏN AZAD EDİBSƏ ORANI QORUYUB SAXLAMAĞI DA BACARIB"
"Təəssüflər olsun ki, vaxt məhdudiyyəti baxımından mən sosial şəbəkə üzərindən yayımlanan yazılara, o cümlədən 713-lə bağlı səsləndirilən yanlış informasiyalara öz mövqeyimi çatdıra bilmirəm. Ancaq qürurla vurğulamaq yerinə düşər ki, 713 saylı tabor həm Laçın, həm də Ağdərədə öz sözünü demiş bir qüvvə olub. Bu günlərdə Laçın rayonunu keçmiş polis taborunun komandiri olmuş Çingiz Abbasovun Hoçaz döyüşüylə bağlı səsləndirdiyi fikrə münasibətdə döyüş yoldaşlarım Alməmmədov Füzulinin, Alıyev Cabbarın, Etibar Həsənquliyevin yönləndirdikləri cavabla mən də tam şərikəm. 713 o tabordur ki, hansı ərazini düşməndən azad edibsə oranı qoruyub saxlamağı da bacarıb, düşmənə təhvil v
erməyib. Mən heç kimin xidmətini başqaları kimi nə kiçiltmək, nə də mənimsəmək amacında deyləm Ancaq danılmaz faktdır ki, HOÇAZ DÖYÜŞLƏRİNDƏ 713 saylı tabor qədər heç kim əziyyət çəkməyib - həm oranın aınmasında, həm də qorunub saxlanılmasında, qorunmasında. Çingiz Abbasov kimlərinsə ağzından eşitdiyi ifadələrlə danışırsa biz hadisələrin içində olan döyüşçü kimi danışırıq. Bizim bununla bağlı müəyyən çəkilişlərimiz olub və youtuba da yerləşdirmişik. İnşallah Ağdərə və Hoçaz döyüşləriylə bağlı çəkilişlərimizin davamı gəlir. Bax o çəkilişlərdə biz öz sözümüzü apaydın demişik"....
713 SAYLI TABORUN DA, LAÇIN POLİSİNİN VƏ DİGƏR KÖHNƏ DÖYÜŞÇÜLƏRİN DƏ TİMSALINDA TORPAQLARIMIZIN AZADLIĞI UĞRUNDA ƏLİNƏ SİLAH ALIB BİRCƏ SAAT BELƏ SƏNGƏRDƏ DURAN HƏR KƏS QƏHRƏMANDIR. KÖHNƏ DÖYÜŞÇÜLƏRİN TİMSALINDA CANFƏDAİLƏR ORDUSUNUN HAQLARINN DANILMASI, ONLARIN VƏTƏN QARŞINDA XİDMƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏMƏSİ DÖVLƏTƏ DƏ, DÖVLƏTÇİLİYƏ DƏ, MİLLƏTÇİLİYƏ DƏ XƏYANƏTDİR!
İGİD TEYMURLU
TV 713. az

















