MƏTBU SİĞƏ
İGİD TEYMURLU
VƏ "BAKİRƏLİYİ"Nİ İTİRƏN JURNALİSTİKA
Azərbaycan mətbuatındakı bütün BÜTLƏR sındırılmalıdır - kişiliyindən, qadınlığından asılı olmayaraq...
Çünki o BÜTLƏR heç yonulub iqtidarla müxalifətin müqəddəs suyuna salınmamışdan kötüklükləri bəlli idi. Və dərd orasındadır ki, bütlərin gerçək kötüklükləri müəyyən zaman ötəndən sonra elə onlara müqəddəslik donu geyindirənlərin özləri tərəfindən də bu və ya digər şəkildə faş edilir. Dünən söylədiklərinə bu gün türürənlər, dünən tüpürdüklərini bu gün yalayanlar efir qəhrəmanlarına çevriliblər, mətbuata ayrılan pul-para da bunların arasında bölüşdürülməkdə.
Mollakratiya rejimi "siğə" adı altında əxlaqsızlığı dünyaya yaydığı kimi bizdə də MƏTBU siğənin işığında bugünkü jurnalistika öz bakirəliyini itirməkdən həzz alır!!!
Əfəndilər, yetmədimi mətbuatı 3-5 nəfərin monopoliyasında dizin-dizin süründürməyiniz?
Bu dahi kimi dəyərləndirdiyiniz saqqallı-saqqalsız personayların, badamgözlülərin mətbuata gətirdikləri "uğur, yeniliik" axı nədən ibarətdir ki, bizlər bu uğurdan bixəbərik?
Fərqindəsinizmi?!
Məhz yurnalistikanın "birinciləri"nin sayəsində Azərbaycan mənəviyyatı para hesabına zorlandı!!!
Məhz jurnalistikanın 'birinciləri"nin sayəsində mətbuatda atın qabağına ət, itin qabağına ot qoyuldu!!!
Məhz jurnalistikanın "birinciləri"nin sayəsində mətbuatda dəvələrin ipi eşşək quyruğuna bağlanıldı!!!
Məhz jurnalistikanın "birinciləri"nin sayəsində iqtidar da, müxalifət də mətbuatımızı Mətbu At sandılar, bu Atı ƏHDİ kəsilənədək minib çapdılar və yenə də çapmaqdadılar!!
Məhz yurnalistikanın "birinciləri"nin sayəsində eybəcər cəmiyyət kodeksi arzu olunan yaşam tərzimizə çevrildi!
Məhz yurnalistikanın "birinciləri"nin sayəsində mətbu şəbəkələşmə özünün pik nöqtəsinə çatdı, mətbuat ağa sözünün quluna çevrildi!
Məhz yurnalistikanın "birinciləri"nin sayəsində heç bir potensialı olmayan papanın gül balaları hansısa "şedevr yaratdılar", hansısa nominasiyada qos-qoca yazarları qatdalayıb ciblərinə qoydular!
Və bununla da yalan bizi ayaqladı, ayaqlar altında qaldıq!!!
Azərbaycan yurnalistikasının "birincilər"i zamanın özünə də hiyləgərlik donu biçdilər. Bu hiyləgərlik donu cırılmalı, bütlər sındırılmalıdır!!!