[b]SABİR RÜSTƏMXANLI -79![/b]
Sabir Rüstəmxanlı son dövr ( həm də sovet dönəminin ən azından son 20 ilinin) Azərbaycan publisistikası və bütövlükdə ictimai-siyasi sferasının Canlı Kitabıdır, Canlı Tarixidir! Dövlətçiliyimizin, Millətçiliyimizin, ədəbiyyatımızın və bütövlükdə Gələcəyimizin qarantı naminə Onu vərəq-vərəq oxumaq ən azından gəncliyin, yetişən nəslin boyun borcudur...
Rüstəmxanlı ədəbi və siyasi düşüncələri, dünyaya baxışıyla 50 milyonluq Azərbaycan türkünün deyil, bütövlükdə 400 milyonu adlayıb keçən Türk İrqinin Ağsaqqallarından, Ağsaçlılarından Biridir. Rüstəmxanlı zamanı adlayıb keçən deyil, zamanı içindən keçirən Adam, milli kontekstdə zamanın sinəmizə vurduğu yaralara yaradıcılığıyla məlhəm olan Xəzinədir.
Özümüzü aldatmayaq, Biz MİLLƏT OLARAQ RÜSTƏMXANLI VƏ RÜSTƏMXANLI KATEQORİYASINDA OLAN AYDINLARIMIZIN GERÇƏK ÇƏKİSİNİ HƏLƏ DƏ DÜZGÜN QİYMƏTLƏNDİRMƏMİŞİK - YA QORXUDAN, YA MƏNƏM-MƏNƏMLİKDƏN, YA DA MİLLİ TƏƏSSÜBKEŞLİK HİSSİMİZİN OLMAMASINDAN.
RÜSTƏMXANLI VƏ RÜSTƏMXANLI KATEQORİYASINDA OLANLARIMIZ topa tutulanda etibarlı limanlara çəkilib, susmuşuq, məntiqlə özlüyümüzün tapdalanmasına qol qoymuşuq.
Rüstəmxanlını oxumadan Onu topa tutanlara çəpik çalanlarımız, seyirçi mpvqedə dayananlarımızın çoxu elə Rüstəmxanlının sayəsində adam olanlardır.
Rüstəmxanlını topa tutmaq istəyən kəs, heç onu Onu oxuma. Yetər ki, təkcə yazdığı əsərlərin adlarını nəzərdən keçir. Elə o adlarda Rüstəmxanlı Dünyasını görəcəksən...
Rüstəmxanlını topa tutmaq istəyən kəs, heç onu dinləmə. Rüsəmxanlını öz aləmində topa tutmaq üçün get Milli Məslisin stenoqramalarında Onun çıxışlarına, təkliflərinə qulaq as. Elə o çıxışlarda Rüstəmxanlı Dünyasını görəcəksən...
Rüstəmxanlını topa tutmaq istəyən kəs, bu məsələdə sən kütlə psixologiyasına söykənmə. Nəinki Azərbaycanın ssy-seçmə Aydınlarının, bütövlükdə Türk Dünyasının Ağsaqqallarından, Böyüklərindən Sabir Rüstəmxanlını sor. Elə o cavablarda Rüstəmxanlı Dünyasını görəcəksən...
Sən Rüstəmxanlı Dünyasını bu dövlətin, bu millətin hər dağında, hər daşında, hər kəsəyində, hər kəndində, hər şəhərində, hər evində, hər bağında, hər sevincində, hər qəmində və övkəndən, hikkəndən, səni səndən alan təkəbbüründən qurtulsan Özündə görəcəksən.
Rüstəmxanlının içində bir Azərbaycan yaşayır. RÜSTƏMXANLININ İÇİNDƏ BİR TURAN YAŞAYIR. Sınırlarımız düşmən tərəfindən pozulsa da, sınırlarımız müasir dünyanın qaniçən prinsipləriylə dar çərçıvəyə salınsa da amma RÜSTƏMXANLI DÜNYASINDA AZƏRBAYCAN BÜTÖVDÜR - ORADA DƏRBƏND DƏ VAR, İRƏVAN DA VAR, ZƏNGƏZUR DA VAR, TƏBRİZ DƏ VAR, HƏMƏDAN DA VAR, BORÇALI DA VAR, QARAYAZI DA VAR. ORADA ŞAH BABAMIZ XƏTAİNİN QURDUĞU 2 MİLYON 800 MİN KVADRAT KİLOMETRLİK BİR YURD VAR, BİR OBA VAR.
RÜSTƏMXANLINI OXU Kİ, MİLLƏTİMİZİN "ÖMÜR KİTABI"NI VƏRƏQLƏYİB OĞURLANMIŞ "GƏNCƏ QAPISI" AXTARIŞIYLA "QAN YADDAŞI"N CUŞƏ GƏLSİN, ÖZÜNƏ SAHİB ÇIXASAN!
RÜSTƏMXANLINI OXU Kİ, HADİNİN SÖZ BAZARINDA "ŞAİR VƏ ŞEİR"İN TALEYİNİN NƏDƏN İBARƏT OLMASINA ŞAHİDLİK EDƏCƏN!
RÜSTƏMXANLIN OXU Kİ, "ATA YURDU"NU, "XƏTAİ YURDU"NU TANIYASAN!
RÜSTƏMXANLIN OXU Kİ, "DİFAİ FƏDAİLƏRİ"MİZİN MÜBARİZƏSİNDƏN QÜRUR DUYASAN!
RÜSTƏMXANLIN OXU Kİ, BÜTÖV TÜRK DÜNYASINI HƏDƏF GÖTÜRƏN "SUNAMİ" TƏHLÜKƏSİNDƏN XƏBƏRDAR OLASAN...
Çox...çox....çox təəssüflər olsun ki, Onun yazdığı əsərlər dövlət səviyyəsində tədrisimizdə demək olar ki, öz yerini tapmayıb. Bu gün o əsərlər tədris müəssisələrimizdə dərsliklərə salınmalıdır, oxunmalıdır. Sabir Rüstəmxanlıya görə yox e, millətimizin, dövlətimizin sabahının sağlam təməllər üzərində qurulmasına görə....
Dövlət Baba bu dövlətin varoluşunda bütün varlığıyla mübarizə aparan FƏDAİLƏRİ yaşatmalıdır. Bu Adamlar Tarix yaradıblar. Dövlət və millət olaraq TARİXİMİZƏ sahib çıxmalıyıq.
O TARİX RÜSTƏMXANLI VƏ RÜSTƏMXAMLI KATEQORİYASINDA OLAN AYDINLARIMIZ, ONLARIN ƏDƏBİ VƏ İCTİMAİ-SİYASİ FƏALİYYƏTLƏRİDİR. RÜSTƏMXANLININ ƏSƏRLƏRİ DƏ ONUN SİMASIDIR...
KİMLİYİMİZƏ SAHİB ÇIXMAQ AMACIYLA
TANRI SƏNİ QORUSUN, SABİR BƏY RÜSTƏMXANLI!

Sayğılarla İGİD TEYMURLU



















