NƏ GÜNƏ QOYDULAR SƏNİ, YARDIMLI?

Aktual / Mədəniyyət / Manset / Ölkə 12-sen, 15:159 tv713 35 0








QABİL QARAXANLI






Ucqar deyə-deyə səni sildilər,
Səni bu ölkəyə ögey bildilər,
Kimə pay verdilər, kimə böldülər?
Nə günə qoydular səni, Yardımlı?
***
Dağın var, daşın var, uca qayan var,
Ovcunu yalayıb qarnı doyan Var,
İtirib-tapan Var? Səni sayan var?
Nə günə qoydular səni, Yardımlı?
***
İdarə, müəssisə bağlanır, gedir,
Gələn "arıq" gəlir, "yağlanır" gedir,
Bağlanır kitabın, bağlanır, gedir,
Nə günə qoydular səni, Yardımlı?
***
Dağılmış yolların viranə yolu,
Bircə küçən vardır, bir ana yolu,
Burdanmı çəkirik Turana yolu?
Nə günə qoydular səni, Yardımlı?
***
"Region" yarandı, döndün "filial"a,
Dönmüsən alınıb_satılan mala,
Yoxdur ağlayanın:qurban,can bala,
Nə günə qoydular səni, Yardımlı?
***
Daha görsənməyir millət vəkili,
Reqlament xətrinə "gillət" şəkili,
Bu qədər əziyyət, zillət çəkili?
Nə günə qoydular səni, Yardımlı?
****
Yazıq ahılıma, gəncimə yazıq,
Yazıq, dərd daşıyan "dinc"imə yazıq,
Gözləri kor olmuş "öncüm"ə yazıq,
Nə günə qoydular səni, Yardımlı?

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr