Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin toplantısı keçirilib

Aktual / Siyasət / Cəmiyyət / Manset 28-sen, 11:539 tv713 13 0




Bu gün Uşaq Dövlət Filarmoniyasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin toplantısı keçirilib.

Tədbirdə dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Şəhidlərimizin Ruhu bir dəqiqəlik sükutla yad edilib.




Toplantıda VHP sədri Sabir Rüstəmxanlı iclasın gündəliyilə bağlı məlumat verdi. VHP sədrinin müavini Samir Əsədli, VHP-ni Milli Məclisdə təmsil edən millət vəkillərindən Fəzail İbrahimli, Tənzilə Rüstəmxanlı, Siyasi büro və Ali Məclisin üzvləri, rayon təşkilatları və üzvləri iştirak ediblər.




VHP sədri Sabir Rüstəmxanlı giriş nitqi ilə çıxış edib. O, öz çıxışında VHP-nin yaranma tarixi və ötən müddət ərzindəki siyasi kursuna xronoloji ardıcıllıqla toxunmuş, Azərbaycanın siyasi məkanında VHP-nin xüsusu yeri olduğunu bildirib: " O çətin dönəmlərdə yeni ideoloji xəttə ehtiyac var idi. VHP hələ 33 il bundan öncə məhz o çətin dönəmdə özünün təsis qurultayında vurğulamışdı ki, nicatımız vətəndaş həmrəyliyindədir. Tarix özü də sübut etdi ki, siyasi partiya olaraq 33 il bundan öncə qədəm qoyduğumuz yol bizi uğura aparan yol olub, Vətən Müharibəsində qazandığımız uğur da bunun sübutudur".

Cəmiyyətimizdə baş alıb gedən neqativlərə toxunan VHP sədri bütün bunların da keçəri xarakter daşıdığını bildirdi və bunun üçün də həmrəyliyimizin yeganə yol olduğunu bildirdi.

Tədbirdə çıxış edən VHP Siyasi Şurasının üzvü, millət vəkili Fəzail İbrahimli 1992-ci ildən üzü bu yana geostrateji məkanda baş verən proseslər, bu proseslərə münasibətdə Azərbaycanın düşünülmüş çevik, məqsədyönlü siyasətinin xronikası sessiya iştirakçılarının diqqətinə çatdırmışdır: "Mən fəxr edirəm ki, bu illər ərzində geostrateji məkanda baş verən proseslər fonunda VHP hər zaman dövlətçiliyimizin, millətçiliyimizin yanında olub. Bütün nədənlərə baxmayaraq VHP heç zaman yolundan sapmayıb"..

VHP Siyasi Şurasının üzvü, professor İbrahim Quliyev öz çıxışında toplantı iştirakçılarına vətəndaş həmrəyliyi ideyasının mahiyyətini ən kiçik detallarına qədər çatdırmaqla yanaşı bu ideyanın partiyadaxili nəsil əvəzlənməsilə inkişafda olduğunu müsbət hal kimi dəyərləndirdi.

18 azsaylı xalqın VHP-nin rəhbər strukturlarında təmsil olunduğunu bildirən VHP sədrinin müavini Samir Əsədli təşkilatın fəaliyyətindən ətraflı şəkildə danışıb, quruma yeni üzvlərin qəbulunun davam etdiyini bildirdi.

Millət vəkili Tənzilə Rüstəmxanlı da VHP-nin ilkin dönəmlərdə təşkilatlanmasındakı çətinlikləri dilə gətirib, özünün də bu siyasi qurumun pərdəarxası qurucularından olduğunu bildirdi: "VHP yeganə siyasi qurumdur ki, bir nəfər də olsun bu partiyadan dövlətçiliyimizə qarşı çıxan olmayıb".
VHP-dən millət vəkili seçilən Rafael Hüseynovun bu tədbirdə iştirak etməməsinə öz iradını bildirən Tənzilə xanım təhsil sektorumuzdakı neqativlərə də toxundu.

Rayon təşkilatları sədrlərinin hesabatları dinlənildikdən sonra səsvermə keçirildi. Siyasi Şura və Ali Məclisin yeni üzvlər seçildi.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr