Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

Aktual / Siyasət / Dünya / Manset 13-okt, 22:059 tv713 12 0




Rusiya Prezidenti Vladimir Putinin 1999-cu ildə baş nazir olarkən Krım və Ukraynaya münasibətlə bağlı çıxışı sosial şəbəkələrin Rusiya seqmentində yenidən gündəmə gəlib.

Tv713.az xəbər verir ki, 1999-cu il oktyabrın 9-da efirə gedən “Moskva-Kiyev” telekörpüsü zamanı jurnalist Aleksandr Lyubimovun Rusiyanın Ukraynaya mümkün iddiaları – istər Krım, istər qaz, istərsə də iqtisadi maraqları ilə bağlı sualını cavablandıran Putin deyib:

“Əvvəla, biz Krımı almaq istəmirik. Bu, tamamilə axmaqlıqdır. Əgər biz kimdənsə nəyisə almağa başlasaq, onlar bizdən nəyisə mütləq alacaqlar”.

Putin bu cür addımların bütün postsovet regionunda sabitliyi pozacağını bildirib:

“Əgər biz keçmiş SSRİ-də belə bir bölgüyə başlasaq, heç vaxt ondan qurtula bilməyəcəyik. Rusiya Federasiyası ərazisində 400 mübahisəli ərazi var. İstəyirəm ki, hamı bunu bilsin. Mənim fikrimcə, ən böyük problem Rusiyanın ağır imperiya mirasıdır. Nəyəsə görə hamı hesab edir ki, Rusiya imperiya kimi qalıb və ona da hələ də imperiya kimi yanaşırlar. Bu isə çoxdan elə deyil”.



Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr