İGİD TEMURLU
ONA ƏN AZI 30 İL ÖMÜR ARZULAYIRAM...
Bizdə adətdi, yıxılana balta vururlar. Elə indiki kimi. Vaxtilə Ramiz Mehdiyevin uzatdığı qabın dibini yalayan bir qisim "media generalları" indi həmin qabı virtual olaraq Ramiz Mehdiyevin başına keçirmək üçün bir yarışa giriblər. "Kapam karışıyo"...Özləri bilərlər. Amma mən Ramiz Mehdiyevə ən azından bir 30 il ömür arzulayıram ki...
"İstiqlal", "Şərəf", "Şöhrət", Heydər Əliyev ordenləri alasan və dövlətə də "xəyanət" edəsən!!!!!????
"Kapam karışıyo"...
Özün Təhlükəsizlik Şurasının üzvü olasan, həm də özün dövlət üçün ən böyük təhlükə olasan!!!!!????
"Kapam karışıyo"...
Özün heç bir dövlət qurumunda işləməyəsən, haqqında ittihamlar səsləndirilə, cunayət işi başlanıla və hələ də Təhlükəsizlik Şurasının üzvü olasan!!!???
"Kapam karışıyo"...
Özün Korrupsiyaya qarşı Mübarizə Komissiyasının başçısı olasan, həm də özün dövlət içində ən böyük korrupsioner olasan!!!???
"Kapam karışıyo"...
Özün saysız-hesabsız daşınmaz əmlakın sahibi olasan, bu əmlakların siyahısı cəmiyyətə təqdim edilə, ancaq bu əmlakların özəlləşdirilməsində, sənə pay-püşk edilməsində iştirak edənlər haqqında bir kəlmə də danışılmaya!!!???
"Kapam karışıyo"...
Adam millətimizin, dövlətimizin taleyilə qumar oynayıb və oynamaqda. Düppədüz. Öyləsə və öylədir də - biri bu, bəs onun ortaqları kim!!!???
"Kapam karışıyo"...
"Ev dustaqlığı" bu adama neyniyəcək ki? Zatən onun evinin bir ucu Novxanıda, o biri ucu da Kremldə - yenə də gəzişmələrini edib, yenə kefin çəkəcək. "Ev dustaqlığı" Mehdiyevə həbsxana hücrələrində çürütdüklərinin taleyini yaşadacaqmı!!!???
Kapam karışıyo"...
İndi ona balta vurmaq lazım deyil, əksinə ömür arzulayın. Dediyim kimi mən Ramiz Mehdiyevə ən azından bir 30 il ömür arzulayıram ki, bu millətə yaşatdıqlarını İlahi Ədalət və əlahəzrət qanunlarımız da ona və onun qarşısında başmaq cütdəyən "media generalları"na, müti məmur və siyasətçilərə də yaşatsın.



















