40 GÜNLÜYÜNDƏ BİŞƏN "YAZIÇI" VƏ MUĞAMIMIZ
Azərbaycanın broyler ədəbiyyatında
dil – ölçü vahididir.
Kim daha çox uzadırsa,
“irəlidə” sayılır.
Şərif Ağayar bu yarışın sprinterlərindəndir.
Dilini hara gəldi uzatdı,
nəyə gəldi toxundurdu —
rezin kimi dartıldı,
amma dartıldıqca
məna nazildi,
səs köpük kimi üzdə qaldı.
Mövzular tükəndi,
ideyalar soyudu,
indi növbə çatdı muğama —
xalqın minillik yaddaşına.
Çünki broyler estetikasında
toxunulmaz anlayışı yoxdur:
hər şey vitrindir,
hər şey üzlükdür.
Bunlar hazır məhsuldur:
üstünə bir az maz çəkilir,
içinə nə gəldi vurulur.
Bir söyüş, bir qarğış –
vəssalam,
40 günlüklərində “bişmiş yazıçı”.
Şərif Ağayarın ədəbi fakturası da elə budur:
dad var,
amma qida yox.
Parıltı var,
amma istilik yox.
Virtual görüntüsü də bunu deyir —
filtrli cəsarət,
paketlənmiş “fikir”.
Mənəvi dəyərlərə dil uzatmağı
cəsarət sayırlar.
Halbuki bu,
sükuta daş atmaq kimidir:
səs çıxar,
amma iz qalmaz.
Televiziyalar “yazıçı” bişirir,
söz isə bişmir.
Broyler sözlər tez qızarır,
tez satılır,
tez də unudulur.
Günün birində, Şərif Ağayar,
dilin də yorulacaq
fırlanmaqdan,
uydurmaqdan,
boşluğa toxunmaqdan.
Muğam isə qalacaq.
Ədəbiyyat dəyişər,
adlar dəyişər,
ekranlar sönər…
amma yaddaş —
yaddaş broyler deyil.
İGİD TEYMURLU
Tv713.az















.jpg)



