ƏLİSA NİCAT HƏYATININ FƏLSƏFƏSİ

Manset / Yazarlar 03-dek, 18:049 tv713 9 0
ƏLİSA NİCAT HƏYATININ FƏLSƏFƏSİ



İGİD TEYMURLU



VƏ MƏNƏVİ ƏLİLLİYİMİZ




ƏLİSA NİCAT FAKTORU VƏ ƏLİSA NİCAT MÖVZUSU onun özünün açıqlamaları və ona olan münasibətlər fonunda cəmiyyətimizin spesifikası, Azərbaycan ziyalısının fakturası həm Dövlət Babanın kimliyinə, həm də mənəvi əlilliyimizə bir ayna tutdu...

Məsələyə elə bugünkü tarixin işığından baxmağa başlayaq. Bu gün - 3 dekabr tarixi həm də AUTİZM SİNDROMLU SAĞLAMLIĞI MƏHDUD Uşaqların da timsalında əlilləri müdafiə günüdür.

Doğulandan bir ağrı, bir acıyla baş-başadırlar bu uşaqlar. Bu uşaqların valideyinlərinin nələr yaşadıqlarını bir özləri, bir də onları yaradan Allah bilir. Digər ölkələrlə müqayisədə Azərbaycanda sağlamlığı məhdud uşaqlara dövlət yanaşması arasında paralellər apanda adam insan olaraq bu məmləkətdə doğulmasına nifrət edir, övladının problemləri qarşılığında çarəsizlik vəziyyətinə salındığına görə gözlərindən gilələnən yaşları daşa çevirib tövbə, tövbə Allahın Özünə doğru atmaq istəyir....

Dövlət BABA, bu dövlətin ziyalı təbəqəsi olan ƏLİSA Nicatlar və humanizmi yerdə yaymaqda maraqlı olan insan cildindəki mələklər bunu görmürlərmi?!..

Qeyri-rəsmi statistikaya görə bu gün Azərbaycanda doğulan hər 7 uşaqdan biri AUTİZM SİNDROMLU OLARAQ DOĞULUR. Münasibətlər göstərir ki, dövlətin və dövlətin ziyalılarının deyəsən bundan xəbəri yox. Statistika Komitəsi Azərbaycanda eşşəklərin statistikasını aparır, lətifəsi o uşaqlardan uzaq olsun, AUTİZM sindromluların statistikasını aparmaqda heç kimin yadına düşmür!!!

Bu, dəhşətdir!

Bu, fəlakətdir!

HALBUKİ ONLAR DA BU VƏTƏNİN QAZİLƏRİDİR, DÖVLƏT BABA!

HALBUKİ ONLAR DA BU VƏTƏNİN GƏLƏCƏK ƏLİSA NİCATLARIDIR, DÖVLƏT BABA!

GERÇƏKDƏ BU QAZİLƏRİNƏ, GERÇƏKDƏ HƏM İNDİNİN, HƏM DƏ GƏLƏCƏYİN ƏLİSA NİCATLARINA SAHİB ÇIXMAQ, ONLARIN PROBLEMLƏRİNİ QARŞILAMAQ, ONLARIN REABİLİTASİYA OLUNMALARINI TƏŞKİL ETMƏK SƏNİN BOYUN BORCUN, ONLARIN DA KONSTİTUSİON HÜQUQLARIDIR, DÖVLƏT BABA!...

AMMA əvəzində nəyin şahidi oluruq. GƏLƏCƏYİMİZİN fədailəri və onları yetişdirən ziyalı dərdləriylə baş-başa...

80 illik ömrünü gücü qədərində xalqın maariflənməsi yolunda qoyan bir ziyalı yolsuzluğun qurbanı olur - ən azından insana insan olaraq qiymət verməməni özündə əks etdirən yolsuzluğun!!!

Ömrünü borc-xərcin içində keçirən bir ziyalı ahıl yaşında ələbaxımlılığın əsirinə çevrilir!!!

Ələbaxımlılıq vəziyyətdən çıxış yolu kimi təlqin edilir, qarşı tərəfdəsə "güclü dövlət" eyforiyası.....

"Güclü dövlət"in ziyalısı şaxtada necə dönür, kommunal xərcləri ödəməyə nədən pulu çatmır? Yaxud, "güclü dövlət"in AUTİZM SİNDROMLU vətəndaşı nədən dərdləriylə baş-başa qalmalıdır?

"Güclü dövlət" dövlət məmurlarının harın yaşayışı, yağ-bal içində üzmələrilə deyil, vətəndaşın yüksək yaşayış səviyyəsilə ölçülür - yəni, ƏLİSANİCATLAR VƏ AUTİSTLƏRİN YAŞAYIŞ SƏVİYYƏSİLƏ!!!

Bax bu yaşayış səviyyəsini ictimailəşdirdiyinə görə hər şeydən öncə ŞAHBAZ XUDUOĞLUna təşəkkürlər

"KİTAB BABA" olaraq Şahbaz Xuduoğlunun atdığı bir çox addımlar cəmiyyətimizdə hisin, pasın, tozun içində qalan nəsnələrə aydınlıq gətirib və gətirməkdədir.

Əlisa Nicat mövzusu da bu qəbildən oldu.

Azərbaycanda tapdalanan mənəvi prinsiplər, ziyalı və ziyanlı təbəqənin paralel olaraq öz "həqiqətləri" uğrunda apardıqları uzunmüddətli mübarizə, "xalqın adamı" olmaq və xalqın adından istifadə etmənin görüntüləri, məhkum və hakim elitanın qəlsəmələri arasında özünə yuva tapan infuzor yığnağı, yalançı millətçilik, özündənmüştəbehlik, aldadılan Dövlət BABA, dövlətin güvəncindən məhrum olanların dövlətin uğrunda can qoyan fədailərə olan diqqətsizliyi, faktoloji olaraq Dövlət Babanın öz vətəndaşına sahib çıxa bilməməsinin görüntüsü, millətin tamlığı, millətin bütövlüyü, gərəkən anda sözdə və əməldə vətəndaş həmrəyliyinin gerçək təqdimatı və daha nələr, nələr faş oldu ƏLİSA Nicat mövzusunda...

Öncə baxaq görək kimdir ƏLİSA Nicat və başqa Əlisanicatlara kim baxmalıdır, yaxud kim baxmır?

Əlisa Nicat yazıçıdır, filosofdur, dəyərli kitablar müəllifidir. Onun yazdığı kitablar sayəsində oxucu kütləsi maariflənib(mi?), dünyagörüşü artıb(mı?). Onun məddahlığa qol qoymaması cəmiyyətdə bir örnək olub(mu?)...

Xub...

AMMA VƏ LAKİN...elə bu cəmiyyətin özündə yüzlərlə problem var ki, bu günün özündə də diqqətdən kənardadır. Və bu diqqətsizliyin başında dayananlardan biri də ƏLİSA Nicatdır. Mövcud hökumətin problemin həllində birbaşa hüquqi cavabdehliyi varsa, Əlisalar da bu prosesdə mənəvi yük daşıyıcılarıdır. Məsələ burasındadır ki, vecsiz hökumət necə ki, problemin həllində yetərli fəaliyyət göstərməyib, elə Əlisalar da mənəvi müstəvidə öyləcə davranıblar.

Bir var içdə olan problemi hansısa yoldan keçən çarıqlı ƏLİSA qabarda ( hansı ki, belə yanaşmanın özü də demokratik ənənələrlə kökündən uyuşmur, amma neyləmək ki, mövzumuz Azərbaycan gerçəkliyidir - müəllif), bir də var ki, "dünyaca məşhur, yüz kitab müəllifi Əlisa"! Hansı səs daha yüksəkdən gələcək? Əlbəttə ki, "dünyaca məşhur"un səsi...

Öyləsə baxaq: "tapdalanan haqqımız, talanan Azərbaycan"la bağlı ƏLİSA NİCATın hayqırtısı hansı tribunalardam eşidilib. Varmı belə örnək? Bildiyim qədərində yoxdur.

Əfəndilər, elədirsə, onda bu "yüz kitab müəllifi" ilə ürəyi də əlinin içi kimi qabar-qabar olan qul bazarında dayanan fəhlə arasında nə fərq var? Zatən o fəhlə də cəmiyyətə dözümün, səbrin, namərd körpüsündən keçməmənin fəlsəfəsilə bağlı nəsnələri öz əməliylə çatdırmadadır. Və həm də ƏLİSA Nicat kimi cəmiyyəti əzən, cəmiyyəti mütiləşdirən, cəmiyyəti talayan problemlərə münasibətdə seyirçi mövqe tutmaqda!!!

Onda sual olunur: nədən "dünyaca məşhur filosof, yazıçı Əlisa Nicat" diqqət mərkəzindədir, ancaq ürəyi də qabarlı olan Əlisaları heç kim yada salmır?

Dövlət büdcəsinin formalaşmasında qabarlı əllərilə çıxış edən neftçi Əlisalar 45 il dənizdə işləməsinə baxmayaraq demək olar ki, elə ƏLİSA Nicatlar qədərində müavinət alır və elə ƏLİSA Nicat kimi ahıl yaşında bir qarnı ac, bir qarnı tox, borcun, xərcin içində gününü çürütməkdədir.

AMMA nədənsə düçar olduğu zülm baxımından elə əzbərdən söylədiyimiz "DÜNYACA MƏŞHUR" BAX BU FƏHLƏLƏR HƏM YERDƏKİ ALLAHLARIN, HƏM DƏ YERDƏKİ HUMANİST BƏNDƏLƏRİN GÖZÜNDƏN ÇOX İRAQDADILAR. HALBUKİ AC BƏNDƏLƏR, XƏSTƏ İNSANLAR BÖYRÜMÜZDƏ, LAP BİR ADDIMLIĞIMIZDADIR!

BƏYLƏR VƏ XANIMLAR, BİZ İNSAN KAPİTALINA ÖNƏM VERİRİKSƏ, YURDUMUZUN ƏLİSALARI ARASINDA FƏRQ QOYMAMALIYIQ!

Aşığı desəm, ƏLİSA NİCATın mətbuata verdiyi son müsahibədə fərd olaraq məni qane etməyən və bəlkə də müəyyən mənada ona qarşı adamda ikrah doğuran məqam da yox deyildi. Bəlkə də bunu yaşın görüntüsü hesab etmək olar, ancaq ortada "DÜNYACA məşhur filosof, yazıçı, ziyalı" və yaşlandıqca kamilləşən insan obrazı varsa, onda həmin səhvlər adamda xəyal qırıqlığı yaradır. Eyni məsələyə münasibətdə fəhlə Əlisaların daha müdrik mövqe sərgiləmələri fonunda onlara olan diqqətsizlikdənsə adam utanc hissi keçirir...

Bu məmləkətdə utanan bizləri utandıran Bizdən olmayan bizlərdir. ƏLİSA NİCAT FAKTORU, ƏLİSA NİCAT HƏYATININ FƏLSƏFƏSİ həm də fərd, dövlət, millət olaraq mənəvi əlilliyimizə ayna tutdu.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr