GÖRÜNMƏYƏN “SAVAŞ”

Aktual / Cəmiyyət / Təhsil / Səhiyyə / Manset / Ölkə 20-may, 23:559 tv713 20 0





İGİD TEYMURLU


İÇİMDƏ ÖLDÜRÜLƏN ARZULAR...



Autizmli övlad böyüdən ailələrin həyatı çox vaxt cəmiyyətin görmədiyi, dövlətin isə eşitmədiyi səssiz bir savaşın içində keçir...

Bu savaşın nə səngəri görünür, nə də yaraları...
Amma hər gün minlərlə ata içində bir az da çökür, minlərlə ana gecələr yastığını göz yaşlarıyla isladır...

Çünki autizm təkcə bir uşağın fərqliliyi deyil...
Bu, bir ailənin yavaş-yavaş ömrünü əritməsidir...
Bir vaxtlar övladıyla bağlı böyük xəyallar quran valideynlərin arzularını içində səssizcə dəfn etməsidir...

Onlar da hər ata-ana kimi xəyal qurmuşdular...
Bir gün oğullarının idman zalında qalib gələcəyini...
Əsgər formasında qarşılarında dayanacağını...
Toyunda qol götürüb oynayacaqlarını...

Ancaq həyat bir gün gəlib bütün o arzuların səsini boğdu...

İndi həmin valideynlər övladlarına həyatın ən adi qaydalarını öyrətmək üçün illərini verir...

Çünki autizmli uşaqların çoxunun ağlı var...

Dərki var...

Hətta bəzi sahələrdə yaşıdlarından daha savadlıdırlar...

Bəzən elə suallar verirlər ki, insan heyrətə gəlir...
Bəzən elə düşünürlər ki, sağlam hesab olunan uşaqlar o səviyyəyə çata bilmir...

Amma...

O uşaqların əlləri də yerindədir...

Ayaqları da...

Ancaq özünəxidmətin ən sadə qaydalarını belə mənimsəmək onlar üçün ağır bir savaşa çevrilir...

Bir qaşığı düzgün tutmaq...

Bir düyməni bağlamaq...

Bir stəkanı tökmədən qaldırmaq...

Başqa ailələr üçün adi görünən bu anlar autizmli uşağın valideyni üçün bəzən dünyanın ən böyük möcüzəsinə çevrilir...

Çünki o bacarıqlar aylarla, illərlə çəkilən əzabın nəticəsində qazanılır...

Bu ailələrin ən böyük ağrılarından biri də görünməmələridir...

Cəmiyyət çox vaxt yalnız uşağın fərqliliyini görür...

Heç kim o ananın neçə gecə yatmadığını görmür...

Heç kim o atanın neçə dəfə gizlincə ağladığını bilmir...

Kişilər çox vaxt küçədə ağlamırlar...

Onlar sadəcə içəridən dağılırlar...

Bəzən qohumlar, tanışlar soruşurlar: — “Niyə ev almırsınız?”

— “Niyə maşın almırsınız?”
— “Bu qədər işləyib qazandığınız pul hara gedir?”

Halbuki bir autizmli uşağın aylıq reabilitasiyası bəzən orta statistik ailənin bütün qazancını udur...

Üstünə yol xərci...

Üstünə xüsusi qidalanma...

Üstünə bitməyən terapiyalar...

Bu uşaqların çoxu hər yeməyi yeyə bilmir...

Biri yalnız müəyyən yeməkləri qəbul edir...

Biri qoxuya görə yeməkdən imtina edir...

Biri günlərlə ac qalır, amma yenə yemir...

Biri bütün şəhəri gəzməklə ələk-vələk eləyir...

Valideyn isə gecənin bir yarısı küçələri dolaşır ki, uşağın öyrəşdiyi yeməyi tapa bilsin...

Çünki tapmasa...

Saatlarla davam edən əsəb krizləri başlayır...

Uşaq özünü yerə çırpır...

Başını divara vurur...

Ana ağlayır...

Ata isə övladını sakitləşdirməyə çalışarkən içində bir az da ölür...

Bacıların fikirdən əsəbləri pozulur, saçlarl ağarır...

Ən ağır tərəfi isə budur: Autizmli uşaqlar üçün fasilə çox təhlükəlidir...

Beş ay reabilitasiyaya gedib, maddi sıxıntıya görə beş ay evdə qalmaq — aylarla qurulan inkişafın dağılması deməkdir...

Bir söz unudulur...

Bir davranış itirilir...

Bir addım irəli gedən uşaq yenidən geriyə düşür...

Valideyn isə çarəsizcə baxır...

Ən dəhşətlisi də budur ki, bu ailələrin səsi çox vaxt dövlət tərəfindən eşidilmir...

Kağız üzərində proqramlar var...

Layihələr var...

Statistikalar var...

Amma gecə uşağının terapiya pulunu tapa bilməyən atanın cibində o proqramlardan bir qəpik də yoxdur...

Bir ana marketdə uşağının xüsusi yeməyinin qiymətinə baxıb gizlincə ağlayırsa...

Bir ata uşağının reabilitasiyası yarımçıq qalmasın deyə borcdan-borca düşürsə...

Deməli, burada sadəcə maddi yox, vicdani bir problem də var...

Çünki autizm təkcə tibbi məsələ deyil...

Bu, hər gün səssizcə çökən ailələrin faciəsidir...
Bu, ömrünü övladının bircə addım inkişafına fəda edən insanların həyatıdır...

Bu, görünməyən qəhrəmanlıqların, gizli göz yaşlarının, içində boğulan fəryadların hekayəsidir...

Və bütün bunların içində ən ağır qorxu illər keçdikcə daha da böyüyür...

Çünki uşaqlar böyüyür...

Boyları uzanır...

Çiyinləri enlənir...

Səsləri qalınlaşır...

Amma içlərindəki köməksiz uşaq dəyişmir...

Valideyn isə hər gecə eyni qorxuyla yaşayır:

“Sabah biz olmayanda bu uşaqlara nə olacaq?..”
Autizmli övlad böyüdən ailələri içəridən öldürən əsas ağrı məhz budur...

Nə kasıblıq...

Nə yorğunluq...

Nə borc...

Ən böyük ağrı — özündən sonra övladının taleyindən qorxmaqdır...

Və bu ölkədə minlərlə ailə hər gün görünməyən bir savaşın içində yaşayır...

Səssiz...

Tək...

Eşidilmədən...

İçində öldürülən arzuların yasını tuta-tuta...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr