
29 iyul 1992-ci ildə 713 saylı taborun 2-ci bölüyü Şəhid Vaqif Quliyevin komandanlığı altında sayca üstün düşmənə qarşı cəsarətli sızma əməliyyatı həyata keçirdi. Məhdud qüvvə ilə Hoçaz kəndi istiqamətində hücuma keçən bölük qəfil zərbə ilə düşmənin müdafiəsini yararaq ona ciddi itkilər yetirdi.







Düşmənin əlavə canlı qüvvə və texnika ilə döyüş bölgəsinə cəlb olunduğunu nəzərə alan bölük, şəxsi heyətin tam mühasirəyə düşməsinin qarşısını almaq məqsədilə mövqelərini dəyişmək qərarı verdi. Geriçəkilmə də ağır döyüş şəraitində, son nəfəsədək müqavimət göstərilərək həyata keçirildi.
Bu əməliyyat 713 saylı taborun 2-ci bölüyünə ağır itkilər bahasına başa gəldi. Bölüyün yeddi igid döyüşçüsü Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı.
Onların qanı Hoçaz uğrunda aparılan mübarizənin qəhrəmanlıq salnaməsinə əbədi həkk olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!















