MAQATE-yə şərt qoyuldu

Aktual / Siyasət / Dünya / Manset 19-noy, 02:589 tv713 0 0





Rusiya, Çin və İran nüvə obyektlərində MAQATE-nin yoxlamalarının əvvəlki qaydada bərpa olunması üçün Tehrana qarşı gələcəkdə hərbi hücumların həyata keçirilməyəcəyinə dair zəmanət verilməsini zəruri şərt hesab edir.

Tv713.az xəbər verir ki, bu barədə üç ölkənin MAQATE-nin Rəhbərlər Şurasının sessiyasında Rusiya nümayəndə heyəti tərəfindən səsləndirilən birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, hərbi əməliyyatlar tam dayandırılmadan, yeni hücum təhlükələri aradan qaldırılmadan və belə hücumların təkrarlanmayacağına dair etibarlı zəmanətlər verilmədən İranda yoxlamaların əvvəlki qaydada bərpası mümkün deyil.

Üç ölkənin mövqeyinə görə, MAQATE-nin yoxlamaların dərhal və qeyd-şərtsiz bərpasını tələb etməsi, mövcud hərbi təhdidləri və obyektiv maneələri nəzərə almaması agentliyin İrandakı fəaliyyətinin tam bərpasına kömək etmir.

Bəyanatda vurğulanır ki, MAQATE-nin təminatları altında olan İranın nüvə obyektlərinə hərbi hücumlar və yeni zərbələr endirilməsi ilə bağlı davam edən təhdidlər ölkədə yoxlamaların normal qaydada aparılmasını xeyli çətinləşdirib.

Moskva, Pekin və Tehran mövcud fikir ayrılıqlarının həlli üçün qarşılıqlı hörmətə əsaslanan dialoq və diplomatiyanı yeganə real və işlək yol hesab etdiklərini bildiriblər.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr