Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür

Aktual / Siyasət / Manset / Tarix 10-noy, 11:159 tv713 1 0




Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür.

Tv713.az xatırladır ki, Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

1896-cı ildə hərbi liseydə təhsil alan Atatürk Birinci Dünya müharibəsi və Türkiyənin İstiqlaliyyət müharibəsində göstərdiyi fəaliyyətlə böyük nüfuz qazanıb.

O, 1919-cu ildə başlatdığı milli mübarizəyə rəhbərlik edərək Türkiyənin müstəqilliyinin əldə olunmasında mühüm rol oynayıb.

Mustafa Kamal Atatürk tarixə Qazi Mustafa Kamal Paşa adı ilə də düşüb. Belə ki, 1921-ci il avqustun 23-dən sentyabrın 13-dək davam edən Sakarya meydan müharibəsində Türkiyə ordusunun qələbə qazanmasından sonra, sentyabrın 19-da Türkiyə Böyük Millət Məclisi ona "Qazi" fəxri adı və marşal rütbəsi verib.

1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edildikdən sonra Mustafa Kamal Atatürk dövlət başçısı seçilib.

O, prezidentliyi dövründə Türkiyənin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni həyatında genişmiqyaslı islahatlar həyata keçirib. Təhsil sisteminin yenilənməsi, əlifba islahatı, qadınlara siyasi hüquqların verilməsi və dünyəvi dövlət quruculuğu Atatürkün həyata keçirdiyi əsas dəyişikliklər sırasında yer alıb.

1934-cü ildə isə ona qanunla "Atatürk" soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib. Qeyd edək ki, bu qadağa hələ də qüvvədədir.

1937-ci ildən səhhətində problemlər yaranan Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda yerləşən Dolmabahçe sarayında vəfat edib.

1953-cü ildə onun nəşi Ankarada yerləşən Anıtqəbirə köçürülüb. Hər il onun vəfat etdiyi gün Türkiyədə anım mərasimləri keçirilir. Vəfat etdiyi saatda - 09:05-də bir dəqiqəlik sükut elan olunur.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr