TƏBİB-dən üç yaşlı uşağın koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Aktual / Manset 17-iyn, 16:209 xebertv 180 0
TƏBİB-dən üç yaşlı uşağın koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA


“Bəzi saytlarda Azərbaycanda üç yaşlı uşağın koronavirusa yoluxması ilə bağlı məlumatlar yayılıb. TƏBİB ayrı-ayrılıqda koronavirusa yoluxan şəxslərlə bağlı araşdırma aparmır”.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, insanlar arasında koronavirusa yoluxmasına dair məlumatlar ola bilər:

“M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında, digər pandemiya xəstəxanalarında da koronavirusa yoluxan 2017-ci il və başqa təvəllüdlü şəxslər ola bilər. Yoluxma ilə bağlı yaş məhdudiyyətlərinin olmadığına dair dəfələrlə məlumat verilib. Bu, yenilik deyil.

Həmin şəxslərin ailə üzvlərinin karantinə alınması məsələsinə gəlincə, birmənalı şəkildə elan etmişik ki, əgər vətəndaşdan COVID-19-a qarşı test götürülübsə və nəticələri müsbət çıxıbsa, həmin şəxsin müalicəsinə dərhal başlanılır. Ailə yaxınları, eləcə də yaxın ünsiyyətdə olduğu şəxslərdən koronavirusa görə test götürülür. Testin cavabları məlum olana qədər isə həmin şəxslər ev şəraitində izolyasiya edilirlər”.

Xatırladaq ki, bu gün bəzi media orqanlarında üç yaşlı uşağın koronavirusa yoluxduğu ilə bağlı məlumatlar yayılıb.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr