Lotu Qulinin qardaşını tacdan məhrum ediblər?
Bu yaxınlarda Rusiya KİV-ləri Türkiyədə qətlə yetirilən Lotu Qulinin ölümündən sonra qardaşı Namik Səlifovun bir qrup nüfuzlu oğru tərəfindən tacdan məhrum edilməsinə dair qərar verilməsi (oğru statusundan məhrumetmə - red.) barədə məlumatlar yayıblar.
Məlumatda deyilir ki, Şakro Molodoy başda olmaqla iyirmi tanınmış kriminal avtoritet Namik Səlifovu artıq qanuni oğru hesab etməmək üçün (oğrular yığıncağının qərarı - red.) bütün oğru dünyasına "proqon" göndəriblər.
Lakin, tv713.az Virtualaz.org-a istinadən məlumat verir ki, bu yeni müraciət deyil və bir il əvvəl göndərilib. Lotu Quli ilə digər kriminal generallar arasındakı ziddiyyətlər rəqibləri həm Namik Səlifovu, həm də Qulini oğru titulundan məhrum etməyə çalışıblar. Lakin bu cəhd, sözlə verilən qərarın Lotu Quliyə sadiq kriminal avtoritetlər tərəfindən tanınmaması səbəbindən uğursuz olub.
Namik Səlifovun qanuni oğru statusundan məhrum edilməsi məsələsi Lotu Qulinin kriminal imperiyasının varisi elan edildikdən dərhal sonra aktuallaşıb.
Təqribən, kriminal aləmə göndərilən mətnin altından Şakro Molodoy, Oleq Şişkan, Edik Asatryan, Dato Krasnodarski, Hacı Beyləqanski, Zaur Naxçıvanski, Roma Kürd və Hüseyn Slepoy da daxil olmaqla ən məşhur avtoritetlər tərəfindən imzalandığı diqqət çəkir. Onların bir çoxu Lotu Quli ilə onun nəzarət etdiyi sahələrin bölüşdürülməsi səbəbindən ziddiyyətli qarşıdurmada idilər.
Onların arasında son illərdə Səlifov qardaşları tərəfindən tacdan məhrum edilmiş bir neçə oğru da var. Bunlardan media materiallarından məlum olduğu kimi: Uqlava Georgiy, Albert Rıjıy, Quram Kvejoviç, Badri Kutaisskiydir.
tv713.az