DİQQƏT MƏRKƏZƏ: Vətən Savaşında 713 Həqiqətləri - 2

Şahidlər və Şəhidlər 28-avq, 05:509 tv713 865 0


İSGƏNDƏROV RƏHMAN KÖÇƏRİ OĞLU








1967-ci il 6 sentyabrda Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.

Ali təhsillidir.

1974-1984-cü illər arasında Kəlbəcər rayonu, Qılınclı kənd orta məktəbində oxuyub.
Elə həmin il Bakı Ali Hərbi Ümumqoşun məktəbinə daxil olub.

1984-1988-ci illərdə təhsil müddətini başa vurduqdan sonra leytenant rütbəsi alıb. Karpat hərbi dairəsindəki 51-ci briqadanın 170-ci alayında taqım komandiri vəzifəsində çalışıb.

1992-ci ilin may ayından etibarən komandir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. Xidmətinə 713 saylı taborun birinci bölüyünün komandiri kimi başlayan İsgəndərov Rəhman sonradan tabor komandirinin döyüş hazırlığı üzrə müavini olub. Xidmət etdiyi taborun komandiri mayor Süleyman Əhmədov döyüşdə qəhrəmancasına Şəhid olduqdan sonra tabor komandiri vəzifəsini icra etmək İsgəndərov Rəhmana həvalə olunub.

Laçın, Kəlbəcər, Ağdərə, Füzuli və Tərtər rayonları istiqamətlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib, bir çox qəhrəmanlıqlar göstərib.

1993-cü ildə 701 saylı briqadanın kəşfiyyat xidmətinin rəisi, 1994-cü ildə 776 saylı hərbi hissədə əməliyyat kəşfiyyat bölməsinin rəisi olub.

1997-ci ildə Təlim Tədric Mərkəzində ÖCC –mə Dəyərləndirmə Bölməsinin rəisi olub.

1997-ci ildən polkovnik leytenantdır.

2003-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Qospitalında qərargah rəisi olub.

Ailəlidir. üç oğlan övladı var.

Prezident təqaüdçüsüdür, ikinci qrup əlildir.





RZAQULİYEV FÜZULİ ƏDƏB OĞLU




5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub. 1968-ci ildə Ağdərə rayonu, Xatınbəyli kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

1976-1978-ci illər arasında Ağdərə rayonu, Manili kəndində tam orta təhsilini başa vurub. 1978-1980-ci illər arasında Karl Marks adına üzümçülük sovxozunda işləyib.

Ali təhsillidir.

1980-1982-ci illər arasında Qərbi Sibirdə, Tomsk şəhərində sovet ordusunda piyada qoşun hissələrində həqiqi hərbi xidmətdə olub.
Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra 1982-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub.

1986-cı ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Dağlıq Qarabağ bölgəsinə göndərilir. Təyinatla 2 il orta məktəbdə hərbi rəhbər işlədikdən sonra Bakıya qayıdır.

1989-cu ildə 135 nömrəli məktəbdə işləyib. Az müddətdən sonra Bakı Kommersiya Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji fəaliyyətlə paralel olaraq o dövrdə baş qaldıran azadlıq hərəkatının, cərəyan edən ictimai-siyasi proseslərin aktiv iştirakçısı olub.

1991-ci ildə milli ordu quruculuğuna start verilən zaman Füzuli Rzaquliyev Şıxov briqadasına yazılan ilk könüllü zabitlərdən biri olur. O zamankı Şaumyankənd istiqamətində aparılan hərbi əməliyyat zamanı qazanılan qələbədə Füzuli Rzaquliyevin xüsusi xidməti olub. Döyüşdə qazanılan belə uğurlar sonradan hərbi rəhbərliyi batalyonlar formalaşdırmağa sövq edir.

1992-ci il 25 yanvarda Bakıda formalaşdırılan batalyonun tərkibində Füzuli Rzaquliyev də Şuşaya yollanır. Daşaltı əməliyyatının iştirakçısı olub. Bu əməliyyat zamanı ağır yaralanıb. Şuşanın müdafiəsində iştirak edib. Şuşanın işğalından sonra Bakıya qayıdıb.

Bakıya qayıdandan sonra 701 nömrəli briqadanın tərkibinə daxil olur. Bu hərbi birləşmənin tərkibində bölük komandiri kimi Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağdərənin bir çox kəndlərinin, Narıncların erməni işğalçılarından azad edilməsində iştirak edib. Bu dönəmdə 701 nömrəli briqadanın tərkibində mayor Süleyman Əhmədovun komandanlığı altında 713 saylı tabor yaradılır. Füzuli Rzaquliyev mayor Süleyman Əhmədovun təklifilə yeni yaranan 713 saylı taborun qərargah rəisi təyin olunur. Hərbi hissənin qərargah rəisi kimi Füzuli Rzaquliyev Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda, bir çox kəndlərin azad edilməsində, strateji əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyinin alınmasında birbaşa iştirak edib. Ağdərə rayonundakı Vəng əməliyyatından sonra Daşaltıda aldığı yara daha da şiddətləndiyindən hərbi qospitala göndərilir. Müalicə aldıqdan sonra yenidən 713 saylı tabora qayıdır.

Bir müddətdən sonra Hacıkənddə 701 nömrəli briqadadan kapitan rütbəsilə ordudan tərxis olunur.

Atəşkəs əldə olunduqdan sonra köhnə döyüşçülərin iştirakıyla veteranlar birliyinin yaranmasında yaxından iştirak edib buna nail olurlar. Bir müddət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini olub. AVMVİB sədri Altay Məmmədov 2003-cü ildə başqa işə keçdiyinə görə istefa verir və həmin ildən bu günədək Füzuli Rzaquliyev AVMVİB-nin sədridir.

Qarabağ müharibəsinin 2020-ci ilin 27 sentabrında başlanan və 44 gün davam edən növbəti fazasında Füzuli Rzaquliyev yenidən cəbhəyə yollanıb, öz övladı ilə birgə torpaqlarımızın düşməndən azad edilməsində iştirak edib

Ailəlidir, iki oğlu, bir qızı var.

Rzaquliyev Füzuli ikinci qrup müharibə əlilidir.




HƏSƏNQULİYEV ETİBAR MEHTİQULU OĞLU





1976-cı il fevral ayının 29-da Laçın rayonunun Pircahan kəndində anadan olub.

1983-cü ildə Pircahan kənd orta məktəbinə daxil olub, 1992-ci ildə Laçın rayonu ermənilər tərəfindən işğal olunana qədər həmin məktəbdə oxuyub.

Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi azyaşlı Etibar Həsənquliyevin də qardaşı Vüqar və İmanla birgə silaha sarılmasına səbəb olur. 1992-ci ilin iyul ayından oktyabr ayının sonunadək Laçın, Kəlbəcər və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib. 713 saylı taborun tərkibində Rəhman İsgəndərovun komandiri olduğu birinci bölükdə xidmət edib.

1993-cü ildə Laçın rayon 28 nömrəli orta məktəbini bitirib. 1994-cü ildən əmək fəaliyyətinə başlayıb. Bakı şəhərində yerləşən 2 nömrəli Taxıl Məhsulları Kombinatında və digər sahələrdə çalışıb.

Ali təhsillidir.

1995-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2000-ci ildə ATU-nu və Müdafiə Nazirliyinin hərbi hazırlıq ixtisası üzrə kursunu bitirərək leytenant rütbəsi alıb.

2000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit olaraq xidmətə başlayıb. Xidmətə başlayarkən tağım komandiri, az müddət keçdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilib.

2002-ci ildə Müdafiə Nazirliyinin akademik kurslarına, az müddətdən sonra peşəkarlar siyahısına daxil olub. Müdafiə Nazirliyi sıralarında 2004-cü ilədək xidmət edib. Xidmətini sonadək Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində Kərməçataq- Buzqov və Batabat döyüş bölgələrində keçirib.

Xidməti zamanı düşmən tərəfindən iki dəfə güllə yarası alıb.

2005-ci ildən Dövlət Sərhəd Xidməti və Sərhəd Qoşunları sıralarında xidmət edib. Xidməti müddəti əsasən Rusiya Federasiyası ilə dövlət sərhəddində keçib.

Ailəlidir, bir oğlu, bir qızı var.

2016-cı ildə kəşfiyyat xidməti zamanı əsgərlərini təhlükəli yerdən çıxararkən onurğası iki yerdən sınıb. Sərhəd qoşunlarında müxtəlif vəzifələrdə xidmət etməklə 2018-ci il avqust ayınadək öz vəzifə borcunu yerinə yetirib.

2018-ci il avqust ayından Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşüb, ikinci qrup əlildir.

Ehtiyatda olan mayordur.




ALIYEV CABBAR ASLAN OĞLU





15 iyul 1963-cü ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1970-1980-ci illərdə Mişni kənd orta məktəbində oxuyub.

1980-ci ildə Bakı politexnik texnikumuna daxil olub.

1981-1983-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətini Ukraynada keçib. Əfqanıstana göndəriləcək tank birləşmələri daxilində mexanik-sürücü kimi kurs keçib. Sonradan SSRİ-nin Qərb qoşunlarına göndərilib, Karpatətrafı hərbi dairədə xüsusi təyinatlı motoatıcı alayda baş mexanik sürücü kimi xidmət edib.

Hərbi xidmətdən sonra Bakı politexnik texnikumundan çıxıb Bakı Baş Tikinti İdarəsində işləyib. Komsomolçu kimi Saratov şəhərinə işləməyə göndərilib. Saratov şəhərindən qayıtdıqdan sonra Sənaye Tikinti Nazirliyinin 4 nömrəli tikinti trestində işləyib.

Ali təhsillidir.

1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub, 1990-cı ildə həmin fakültəni bitirib. Təyinatla Laçın rayonunun Mişni kənd orta məktəbinə göndərilib.

1992-ci il Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalından sonra könüllü olaraq yeni yaradılan 713 saylı tabora daxil olub. 713 saylı taborun birinci bölüyündə bölmə komandiri, sonra birinci bölüyün komandir müavini, bir müddətdən sonra da birinci bölüyün komandiri olub.

713 saylı tabor ləğv edildikdən sonra Laçın rayon polis şöbəsində post patrul batalyonunda daxili əmrlə bölük komandiri olub. Füzuli bölgəsində olub.

1996-cı il dekabr ayında LRPŞ-dən öz ərizəsiylə tərxis olunub.

Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində 7 saylı Laçın orta məktəbində 1997-ci ildən hərbi rəhbər kimi işləməyə başlayıb. Paralel olaraq həm də 2005-ci ildən H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda işə daxil olub.

2016-cı ildən 7 saylı Laçın orta məktəbindəki pedaqoji fəaliyyətindən könüllü olaraq uzaqlaşıb.

Ailəlidir, 2 oğlu var.

Hal hazırda H.Əliyev adına BDÖZ-da quraşdırıcı işləyir.





MUSTAFAYEV ƏDALƏT ŞURA OĞLU





1 dekabr 1968-ci ildə Laçın rayonunun İmanlar kəndində anadan olub.

1975-ci ildə Şuşa şəhərində səkkizillik məktəbin birinci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirib.

1983-1985-ci illərdə texniki peşə məktəbində oxuyub.

1985-ci ildə Riqa şəhərində hərbi məktəbə daxil olub, 1990-cı ildə bu hərbi məktəbi bitirəndən sonra Bakıya gəlib. “Salyanski kazarma” deyilən hərbi hissədə 6 ay təlim keçib.

9 noyabr 1991-ci ildən 701 nömrəli briqadaya daxil olan 711 nömrəli hərbi hissənin tərkibində torpaqlarımızın Ermənistanın işğalçı ordusundan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlarda tağım komandiri kimi iştirak edib.

1992-ci il 26 yanvarda Daşaltı əməliyyatı zamanı ağır yaralanıb. Şuşa şəhərində yerli ərazi özünümudafiə batalyonunda bölük komandiri vəzifəsində olub.
Şuşanın işğalından sonra yeni yaradılan 713 saylı taborun tərkibində olan ikinci bölüyün komandiri Şəhid olandan sonra Ədalət Mustafayev bu bölüyün komandiri olub.

1993-cu ilə qədər ön cəbhədə olub.

1993-cu ildən 1999-cu ilə qədər Müdafiə Nazirliyinin döyüş hazırlığı idarəsində təlimatçı vəzifəsində işləyib.

1999-cu ildə müdafiə nazirinin əmri ilə ordudan tərxis olunub.

1999-cu ildən 2007-ci ilə qədər özəl bizneslə məşğul olub.

2007-ci ildən “Azəryol” Açıq Səhmdar Cəmiyyəti idarəsində nəzarətçi vəzifəsində çalışıb.

2014-cű ildə səhhəti ilə əlaqədar olaraq işdən azad olunub.

Ailəlidir, iki oğlu var.

Mustafayev Ədalət ikinci qrup müharibə əlili, Prezident təqaüdçüsüdür.





NƏSİBOV BUDAQ KAMAL OĞLU






1961-ci il noyabr ayının 1-də Laçın rayonunun Alpovud kəndində anadan olub.

İbtidai təhsilini Alpovud kəndində alan Nəsibov Budaq sonradan Qoşasu kənd orta məktəbinə daxil olub, 1979-cu ildə həmin kənddə orta təhsilini başa vurur.

1979-cu ildə Ceyranbatan qəsəbəsində 147 saylı peşə məktəbinin geologiya kursunda oxuyub.
1980 –1982-ci illərdə sovet ordusu sıralarında İrkutsk, Çita və Arxangelskidə mühəndis istehkam hərbi birləşməsində həqiqi hərbi xidmətdə olub.
Əsgəri xidmətini başa vurduqdan sonra 1982-1983-cü illərdə Qoşasu kəndində kolxozda işləyib.

Ali təhsillidir.
1983-1987-ci illərdə o zamankı Lenin adına APİ-nin hərbi təlim və bədən tərbiyəsi fakültəsində oxuyub.

Ali təhsilini başa vurduqdan sonra 1987-ci ildə Laçın rayonunun Ağcakənd natamam orta məktəbinə rus dili və bədən tərbiyəsi müəllimi təyin edilib.
1989-1992-ci illər arasında həmin məktəbə direktor müavini kimi fəaliyyət göstərib.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra məcburi köçkün olaraq Ağcabədi rayonundakı Qoşasu qış yatağında məskunlaşıb.

1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır. Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda bölük komandiri kimi iştirak edib.

Müharibədən sonra Ağcabədi rayonunda Qoşasu qış yatağında təşkil olunmuş Qoşasu orta məktəbinə direktor təyin olunub.
1993-cü ildə Abşeron rayon Pirəkəşkül hərbi şəhərciyinə köçüb . Pirəkəşkül qəsəbəsində Laçın rayonu H.Qorçuyev adına məktəbi təşkil etmiş və həmin məktəbə direktor təyin olunub.

1997-ci ildə öz ərizəsiylə direktor vəzifəsindən azad edilərək həmin məktəbdə hərbi təlim və bədən tərbiyəsi müəllimi təyin edilib.

Ailəlidir, bir oğlu, iki qızı var.

Nəsibov Budaq hazırda Abşeron rayonu, Pirəkəşkül hərbi şəhərciyində ev 98, mənzil 4-də yaşayır.




SƏMƏDOV ARİF KƏRİM OĞLU


DİQQƏT MƏRKƏZƏ: Vətən Savaşında 713 Həqiqətləri - 2

28 dekabr 1969-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1977-ci ildə həmin kəndin tam orta məktəbinin birinci sinfinə gedib, 1987-ci ildə həmin məktəbdə onillik təhsilini başa vurub.

1988-1990-cı illərdə Murmanskda sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti başlayandan sonra Səmədov Arif də 1992-ci ildə könüllü olaraq 713 saylı taborun şəxsi heyətinin sıralarına qoşulub. Bu taborun nəzdində olan Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün əsgəri olaraq bir çox hərbi əməliyyatlarda iştirak edib.

Qardaşı Səmədov Səməd Kərim oğlu 1993-cü ildə itkin düşənə qədər döyüşlərdə iştirak edib.

Ailəlidir, iki oğlu var.

Müharibədən sonra indiyə qədər xırda ticarətlə məşğuldur.




TANRIVERDİYEV İNTİQAM YUNUS OĞLU







26 avqust 1971-ci ildə Lacın rayonunun Mığıdərə kəndində doğulub.

Orta məktəbi doğma kəndlərində bitirdikdən sonra Bakıya gəlib.

Orta təhsillidir.

Bir müddət Bünyad Sərdarov adına maşınqayırma zavodunda işləyib.

1989-cu ildə indiki Səbail rayonundan sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb. 1991-ci ildə sovet ordusundan tərxis olunandan sonra Sumqayıt trikotaj fabrikində işə duzəlib.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini görən İntiqam Tanrıverdiyev 1992-ci ilin iyun ayında könullu olaraq 713 saylı taborun şəxsi heyətinin sıralarına yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.

Ordudan tərxis olunduqdan sonra ticarətlə məşğul olub, tikinti materialları dükanında işləyib.

Ailəlidir, bir oğlu var.

2004-cü ildən 2013-cü ilə qədər kompüter texnologiyası sistemində fəaliyyət göstərib. Sonradan bir neçə il taksi fəaliyyətilə məşğul olub.


2018-ci ildən işsizdir.





RZAYEV QƏŞƏM AMAN OĞLU







8 fevral 1968-ci ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub.

1975-1985-ci illərdə Astanlı kənd orta məktəbində oxuyub.

1986-1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 6 ay Moskva ətrafında olan Çilino qəsəbəsində yerləşən hərbi hissədə kəşfiyyat üzrə təlim alaraq serjant rütbəsi ilə Monqolustana göndərilib. 1 il 6 ay orada xidmət edib.

Ali təhsillidir.

1989-1994-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. Tələbə vaxtı 1992-ci ildə könüllü şəkildə hərbi birləşməyə yazılaraq Ermənistanın işğalçı ordusuna qarşı döyüşüb. 713 saylı taborun birinci bölüyünün nəzdində Laçın və Ağdərə rayonları istiqamətində gedən qanlı döyüşlərdə 1992-ci ilin noyabr ayına qədər iştirak edib.

1993-cü ilin may ayından sentyabrın axırına qədər 701 saylı hərbi hissənin kəşfiyyat rotasında tağım komandiri kimi Murovdağ istiqamətində gedən döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olub.

1994-1996-cı illərdə Bakıda özəl aptekdə əzcaçı kimi işləyib.

1996-1999-cu illərdə Hərbi Hava hücumundan müdafiə qüvvələrinin poliklinikasında aptek müdiri vəzifəsində zabit kimi xidmət edib.

1999-cu ildən 2001-ci ilə qədər özəl şirkətdə aptek müdiri kimi fəaliyyət göstərib.

Ailəlidir, 3 oğlu var.

2001-ci ildən Zeytun-62 və 2006-cı ildən Zeytun-367 apteklərində aptek müdiri kimi çalışır.





NOVRUZOV XASAY OQTAY OĞLU






Novruzov Xasay Oqtay oğlu 1972-ci il fevral ayının 11-də Bakı şəhərində anadan olub.

1979-1989-cu illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra Suraxanı rayonu qaz idarəsində çilingər vəzifəsində işləyib. İşləyə-işləyə Bakı Neft və Kimya texnikumunun axşam şöbəsində təhsilini davam etdirib.

1990- cı ildə sovet ordusunda həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra erməni separatçılarına qarşı mübarizə aparmaq üçün könüllü olaraq yeni formalaşan 713 saylı tabora daxil olub.

Bu tabora daxil olan Şəhid Vaqif Quliyevin komandiri olduğu 2-ci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv ediləndən sonra Novruzov Xasay DİN-in tərkibində olan XTPD-də işləyib. Yenidən Azərbaycan Respublikasının Ermənistanla həmsərhəd rayonlarında və Yuxarı Qarabağda erməni təcavüzkarlarına qarşı döyüş əməliyyatlarında, Ağdərə rayonunun bir sıra kəndlərinin düşməndən azad olunmasında iştirak edib. Döyüşlərdə fərqləndiyinə görə AR DİN-in XTPD-nin komandirinin 22 noyabr 1992- ci il tarixli 49 saylı əmri ilə mükafatlandırılıb.

Bir müddətdən sonra Azərbaycan Respublikası DİN-in Baş Mühafizə xidmətinə daxil olub.

Hal-hazırda da həmin idarədə xidmət edir.

Ailəlidir, 1 oğlu var.

Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi ev 1, mənzil 8-də yaşayır.





ALMƏMMƏDOV FÜZULİ BAXŞEYİŞ OĞLU





5 avqust 1968-ci ildə Lacın rayonunun Hətəmlər kəndində anadan olub.

1975-ci ildə Laçın rayonunun Hətəmlər kənd natamam orta məktəbinin birinci sinfinə daxil olub, 1982-ci ildə həmin məktəbi başa vurub. Sonrakı təhsilini Laçın rayonunun Daşlı kənd tam orta məktəbində davam etdirib. 1984-cü ildə orta məktəbi başa vurub.

1986-1988-ci illərdə sovet ordusu sıralarında Komi MSSR və Arxanğelsk vilayətində həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1988-1990-cı illərdə öz şəxsi təsərrüfatı ilə məşğul olub.

1990-cı ildə BM Kredit texnikumunun Xoçalı filialına daxil olub.

Təhsil dövrü erməni separatizminin baş qaldırdığı dövrlərə təsadüf edib.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini görən Alməmmədov Füzuli 1992-ci ilin iyul ayında könüllü olaraq 713 saylı tabora daxil olub. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Bu tabor ləğv edildikdən sonra 714 nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində keçirilən hərbi əməliyyatlarda iştirak edib.

1993-cü ilin iyun ayından etibarən Qubadlı briqadasında könüllü olaraq döyüşüb. 1996-cı ildə ordudan tərxis olunub.

1996-cı ildən 2015- ci ilə qədər özəl fəaliyyətlə məşğul olub.

Ailəlidir, iki övladı var.

2015- dən köckün qəsəbəsi olan Şəki rayonunda, Çələbixanada Şuşa rayonuna məxsus klubda işləyir.





BAĞIROV MEHRAB XUBİŞ OĞLU






1968-ci il sentyabr ayının 3-də Yardımlı rayonu Qabaqdibi kəndində anadan olub.

1975-ci ildə həmin kəndin səkkizillik məktəbinin I sinfinə daxil olub, 1985-ci ildə qəsəbə 2 saylı orta məktəbi bitirib.

1985-ci ildə Çelyabinsk Ali tank qoşunları komandirləri məktəbinə daxil olmuş, lakin xoşu gəlmədiyi üçün öz ərizəsiylə məktəbi tərk edərək Bakiya qayıdıb.

Ali təhsillidir.

1986-cı ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1993-cü ildə İqtisadiyyat Universitetini bitirib. İxtisasca iqtisadçı auditordur.

1986-1988-ci illərdə sovet ordusunda HMQ-lərində Moskvada 6 ay oxuyandan sonra şimal istiqamətində həqiqi hərbi xidmətdə olub.

Qiyabi oxuyaraq 1985-1989-cu illərdə Bakıda avtobazada çilingər, 1989-1999-cu illərdə MİK-da mühasib, 1999-2000-ci illərdə Müdafiə Nazirliyinin Baş Evlər idarəsində iqtisadçı, 2000-2019-cu illərdə Bakı Metropoliteni baş idarəsində smeta üzrə mühəndis, sonra ekspert kimi çalışıb.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini görən Bağırov Mehrab da digər soydaşlarımız kimi Vətənin müdafiəsinə qalxır. 1992-ildə 713 saylı taborun tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölükdə qumbaraatan və taborun maliyyə xidmətinin rəisi olub.

Ailəlidir, bir qızı, bir oğlu var.

2019-cu ilin aprel ayının 1-dən Bakı Metrolayihə İnstitutunda smeta üzrə mütəxəssis kimi çalışır.




ABDULƏZİMOV ABBAS İSMAYIL OĞLU







7 dekabr 1964-cü ildə Lacın rayonunun Ağcayazı kəndində anadan olub.
1971-1981-ci illərdə Laçın rayonu, Vağazin kənd orta məktəbində oxuyub.

1983-1985-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

1992-ci ilə qədər meşə idarəsində sürücü, daha sonra Aqcayazı kəndində olan mağazada işləyib.
1992-ci ildə 811 saylı özünümudafiə batalyonunda xidmət edib. Tağım komandiri hazırda Lacın rayonu, Ardıclı-Aqcayazı ərazi numayəndəsi olan Əli Cabbarov olub.

1992-ci ilin iyun ayının 1-dən oktyabra qədər 713 saylı taborda xidmət etmiş, şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən qanlı döyuşlərdə işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşüb.

1994-cü ildən 2000-ci ilə qədər Bakı şəhər, Xətai rayon mənzil kommunal təsərrüfatı birliyində sürücü işləyib.

Ailəlidir, üç övladı, bir nəvəsi var.

2000-ci ildə xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxıb. İkinci qrup əlildir.





ƏLİXANOV NOFƏL ŞURA OĞLU




12 fevral 1963-cü ildə Ağstafa şəhərində anadan olub.

1970-1980-ci illərdə Ağstafa şəhərində yerləşən 24 saylı orta məktəbdə oxuyub.

Orta təhsillidir.

1980-1982-ci ildə Bakı şəhəri, Sabuncu rayonunda yerləşən 88 nömrəli texniki peşə məktəbində oxuyub.

1982-84-cü ildə Belarusiyanın Minsk və Qrodnu şəhərlərində həqiqi hərbi xidmətdə olub.

1984-cü il may-oktyabr aylarında Ağstafanın Bõyük-Kəsik dəmir yolu stansiyasında DPP vəzifəsində calışıb.

1984-1987-ci illərdə “Xəzərneftqazflot’-da sərnişin gəmisində bosman işləyib.

Bundan sonra Bakı soyuducular zavodunun plastik kütlə sexində elektrik-elektroncu kimi işə düzəlib.

1992-1993-cü illərdə işğalçı Ermənistana qarşı Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib. 713 sayll taborun tərkibində olan birinci bölükdə bõlmə komandiri olub.

Ailəlidir, bir qızı, bir oğlu, 6 nəvəsi var.

Müharibədən sonra fəaliyyətini yenə də soyuducular zavodunda davam etdirib. 2012-ci ildə soyuducular zavodundan cıxıb ayrı-ayrı sahələrdə işləyib.

Əlixanov Nofəl Şura oğlu hazırda “Real”MMC tikinti şirkətində calışır.




BƏNDƏLİYEV FƏXRİ SAYBALI OĞLU





12 aprel 1973-cü ildə Laçın rayonunun Pırcahan kəndində anadan olub.

1980-1990-cı illərdə Pircahan kəndindəki indiki Bəhmən Səfərəliyev adına orta məktəbdə oxuyub.

Orta təhsillidir.

1990-cı ildə Rüstəmzadə adına Bakı energetika kollecinə qəbul olub.

1991-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Ölkəmizdə baş qaldıran separatizmə dəstək verən Ermənistanın tərəf olaraq birbaşa işğalçılıq siyasətini görən Bəndəliyev Fəxri 1992-ci ilin mart ayından 811 nömrəli hərbi hissəyə daxil olub. Bir müddət həmin hərbi hissə ilə birgə döyüşdükdən sonra Bakı şəhərində yeni yaranan 713 saylı tabora könüllü olaraq yazılıb. Üçüncü bölüyün tərkibində döyüş əməliyyatlarında iştirak edib.

Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatların iştirakçısı olub.


Ordudan 1996-cı ilin iyun ayında tərxis olunduqdan sonra təhsilini davam etdirərək 1997-ci ildə kolleci bitirib.

Ailəlidir, bir oğlu, bir qızı var.

Müharibədən sonra indiyədək ictimai iaşə müəssisələrində işləyib.

Prezident təqaüdçüsüdür.








TEYMURLU İGİD TAPDIQ OĞLU







31 avqust 1968-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub.

1975-1985-ci illər arasında Yardımlı rayonu, Alçabulaq kənd orta məktəbində oxuyub.

Ali təhsillidir.

1985-ci ildə M.Əliyev adına ADMİU-na daxil olub.

1987-1989-cu illər arasında Uzaq Şərq hərbi dairəsində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 6 ay tank qoşunları hərbi hissəsində xüsusi kurs keçib, sürücü-mexanikdir. Sonradan Ussuriysk şəhərində, Kamen-Rıbalovda və Duxovckoyda motoatıcı diviziyada piyada qoşun hissəsində qumbaraatan olub.

1989-cu ildə hərbi xidmətdən tərxis olunandan sonra təhsilini davam etdirib. Paralel olaraq o dövrün bütün ictimai-siyasi proseslərinin ən aktiv iştirakçılarından biri olub. Təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində dövrün aparıcı siyasi qüvvəsi olan Xalq Cəbhəsinin dayaq dəstəsini yaradanlardan olub.

1991-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayon mədəniyyət şöbəsinə göndərilib. Həmin rayonda mədəniyyət şöbəsində 5 ay bədii rəhbər kimi fəaliyyət göstərib.

1992-ci ilin yanvarından 1992-ci ilin may ayına qədər Azərbaycan televiziyasında ədəbi-bədii proqramlar studiyasında rejissor asissenti kimi çalışıb.

Azərbaycan topraqlarının Ermənistan tərəfindən işğal edilməsindən sonra Teymurlu İgid 1992-ci il aprelin axırında Müdafiə Nazirliyinə müraciət edərək könüllü şəkildə orduya getməsini bildirsə də, buna müsbət cavab almayıb. İkinci dəfə mayın əvvəlində Müdafiə Nazirliyinə müraciət edəndə bu struktur qarşısında toparlanan könüllülərin dəstəyilə yeni formalaşan 713 saylı tabora daxil olub.

713 saylı tabora daxil olan, Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Ordudan tərxis olunandan sonra 1992-1996-cı illərdə qısa müddətlərdə tikinti sektorlarında fəhlə kimi işləyib. Paralel olaraq ara-sıra ölkə mətbuatında publisistik yazılarla çıxış edib.

1997-ci ildən etibarən Azərbaycanın mətbu sferasında ayrı-ayrı qəzetlərdə ştatdankənar müxbir, müxbir, parlament müxbiri, şöbə redaktoru kimi fəaliyyət göstərib.

Ailəlidir, iki qızı, bir oğlu var.

2006-cı ildən ARDNŞ “Neft Daşları” NQÇİ-də operator işləyir və bununla paralel şəkildə jurnalistika fəaliyyətini də davam etdirir.

Hal-hazırda "Tv 713. az" informasiya portalının təsisçisi və baş redaktoru , həm də paralel olaraq "Versus.az" saytında siyasət şöbəsinin redaktorudur.




RƏHİMOV MÜŞFİQ MƏHİŞ OĞLU





16 aprel 1970-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1977-ci ildə Bəhmən Səfərəliyev adına Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub.

1985-ci ildə Şuşa şəhərində yerləşən texniki peşə məktəbinə qəbul olub.

Orta təhsillidir.

1988-ci ildə Laçın rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. Xidmətini Polşada piyada qoşun hissələrində davam etdirən Müşfiq sonradan qalan 3 ayı Moskva şəhərində başa vurur. SSRİ dağılmazdan öncə hərbi xidmətini başa vurub 1990-cı ildə doğma kəndlərinə qayıdır.

1990-cı ildə erməni separatizminin baş qaldırdığını görən Müşfiq özünümüdafiə batalyonuna yazılır.

1992-ci il 18 mayda Laçın işğal olunandan sonra Bakıda yeni yaradılan 713 sayll tabora könüllü olaraq sıralarına daxil olur. 713 saylı taborun nəzdində Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor dağılandan sonra Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin tərkibində döyüşüb. Bir müddət sonra sərhəd qoşunlarında xidmət edib.


Müharibədən sonrakı dövrlərdə özəl biznes fəaliyyətilə məşğul olub.

Ailəlidir, iki qızı, bir oğlu var.

Hal-hazırda Laçın rayonu 35 nömrəli tam orta məktəbində kitabxanaçı vəzifəsində işləyir. Paralel olaraq Müşfiq Rəhimov həm də "Tv 713.az" saytında baş redaktorun müavini və telerepartyor kimi fəaliyyət göstərir.

Rəhimov Müşfiq Məhiş oğlu hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-131 A, mənzil 3-də yaşayır.





SƏFƏRƏLİYEV ƏBİL SƏFİYAR OĞLU




Səfərəliyev Əbil Səfiyar oğlu 18 oktyabr 1963-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1971-1981-ci illərdə Pircahan kənd orta məktəbində oxuyub.

Ali təhsillidir. .

1981-1986-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda oxuyub.

1986-1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

1988-1991-ci illərdə Laçın rayonunda müxtəlif idarələrdə iş icraçısı kimi fəaliyyət göstərib.

Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonunun işğalından sonra Bakı şəhərində məskunlaşıb.

1992-ci ildə yeni formalaşan 713 saylı tabora könüllü olaraq yazılır. Budaq Nəsibovun komandiri olduğu 3-cü bölüyün tərkibində xidmət edib.

713 saylı taborda tağım komandiri və gənclər arasında iş üzrə təlimatçı vəzifələrində çalışıb.

Ailəlidir, 2 oğlu, 1 qızı var.

1993-cü ildən 1996-ci ilə kimi Tramvay-Trolleybus İdarəsində iş icraçısı, 1997-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib.






RƏHİMOV CAMAL LÜTVÜ OĞLU








Rəhimov Camal Lütvü oğlu 19 avqust 1969- cu ildə Oğuz (Vartaşen ) rayon Baş Daşağıl kəndində anadan olub.

1976- 1986- ci il tarixlərdə Baş Daşağıl kənd orta məktəbində orta təhsil alıb.

Ali təhsillidir.

1987- cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə Kredit fakultəsinə daxil olub.

1988- 1989- cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Krasnoyarsk diyarının Kansk səhərində Strateji Təyinatlı Raket Qoşunlarında atıcı mexanik kimi xidmət edib.

1992-ci ilin ilin may ayından həmin ilin sentyabr ayınadək Qarabağ müharibəsində könüllü iştirak edib.

Lacın rayonunun erməni işğalçılarindan azad edilməsi uğrunda gedən döyüşlərdə 701- ci briqadaya daxil olan 713 saylı taborda Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində siravi əsgər kimi döyüşub.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə İqtisad fakultəsini bitirib.

1993- 1997- ci illərdə Aqrar Sənaye Bankının Öğuz şöbəsində iqtisadçı, 1999- 2002- ci illərdə Oğuz Sukanal idarəsində baş mühasib, 2002- 2010 - cu illərdə Oğuz rayon Baytarlıq İdarəsində baş mühasib, 2010- 2011- ci illərdə "Azqazservis" MMC Oğuz rayon idarəsinin rəisi, 2013- 2014 - cü illərdə "Lerik Broyler" MMC - də baş mühasib vəzifələrində işləyib.

Ailəlidir. 2 övladı var.

2015 - ci ildən hal hazıradək Aqrar Kredit SKT nin Şəki Filialının Oğuz rayon nümayəndəsi vəzifəsində işləyir.

Hal hazırda Oğuz rayonunun Baş Daşağıl kəndində yaşayır.






ƏHMƏDOV AZƏR SƏMƏD OĞLU





3 iyun 1971-ci ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub.

1978-ci ildə Ərdəşəvi kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.

Ali təhsillidir.

1988-ci ildə Bakı Dövlət Universitetinin geologiya fakultəsinə qəbul olub.

1989-cu ildən Xalq Cəbhəsinə üzv olub, Azərbaycanın müstəqilliyi uğrunda gedən ictimai-siyasi proseslərdə aktiv iştirak edib.

1989-cu ilin sonlarında Bayram Bayramovun sədrlyi ilə yaranan Qarabağa Xalq Yardımı Komitəsinə qoşulub. 1990-cı ildə həmin Komitənin könüllülərdən ibarət tələbə dəstəsi ilə ermənilərin atəş nöqtələrilə daim təhlükə altında olan rayonlara ezam olunub. Xocalı rayonunun Meşəli kəndində və digər kəndlərimizin müdafiəsində iştirak edib.

Təhsil aldığı ali məktəbdə hərbi kafedra olduğu üçün həqiqi hərbi xidmətə çağrılmayıb.

1992-ci il 18 mayda Laçın rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra yenidən könüllülər dəstəsinə qoşulub və 713 saylı taborun komendant bölüyündə Laçın və Kəlbəcər rayonları ərazisində döyüş əməliyyatlarında iştirak edib. 713 saylı tabor ləğv olunduqdan sonra 811 nömrəli hərbi hissədə və 701 saylı hərbi hissədə qulluq edib.

1994-cu ildə qara və ağ ciyərində yaranan xəstəliklərlə əlaqədar olaraq Bakı şəhərinə müalicəyə göndərilib. BDU-nu 1994-cü ildə bitirsə də, səhhətilə əlaqədar olaraq öz ixtisası üzrə işləyə bilməyib.

1997-ci ildə müalicə aldıqdan sonra Azərbaycan Neft Emalı Zavodunda sahə ustası kimi işə düzəlib.

1999-cu ildə öz ərizəsilə BNEZ-dən işdən çıxıb Xəzər Dəniz Gəmiçilik İdarəsində mühafizə işində işləyib.
Ailəlidir, iki oğlu var.

2001-ci ildə yenə öz ərizəsilə işdən çıxaraq “Azərsu” ASC-də çilingər işinə düzəlib və indiyədək də orada işləyir.





İSAYEV MƏMMƏD İSA OĞLU





26 iyul 1970-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.

1977-ci ildə Vağazin kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1987-ci ildə Vağazin kənd tam orta məktəbini bitiribdir.

Orta təhsillidir.

1987-ci ildə Rostov vilayətinin Novoçerkaksski şəhərində SPTU-55 nömrəli peşə məktəbinə daxil olub, 1988-ci ildə həmin məktəbi bitirib. Bu təhsillə paralel olaraq sürücülük məktəbində də oxuyub.

1988-1990-cı illərdə sovet qoşunlarının tərkibində Almaniyada həqiqi hərbi xidmətdə olub.

1991-ci ildən 1994-cü ilə qədər Bakı şəhərində “Azneft ÜTT 1”-də sürücü işləyib.

Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini görən İsayev Məmməd də digər həmkəndliləri kimi Vətənin müdafiəsinə qalxır.

1992-ci ildə vətənin müdafiəsi üçün 713 saylı tabora könüllü olaraq qoşularaq şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Ailəlidir, bir oğlu, bir qızı var.

Ordudan tərxis olunduqdan sonra 1995-ci ildən Bakı şəhərində sərnişindaşıma müəssisələrində mexanik-çilingər vəzifəsində çalışır.





ƏHMƏDOV QÜDRƏT İZZƏT ÖĞLU




25 iyul 1972-ci il ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub. Orta təhsilini qonşu Ərdəşəvi kəndində alıb.

Sovet ordusu sıralarına 1991-ci ildə çağırılan Qüdrət bir il Belarusiyanın Mozır şəhərində xidmət etdikdən sonra məlum hadisələrlə bağlı olaraq doğma yurda qayıdır.

Orta təhsillidir.

1992-ci il 8 mayda Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işgalından sonra Əhmədov Qüdrət may ayının 14-də Bakıya dönür. Bir aydan sonra könüllü olaraq yeni formalaşan 713 saylı tabora daxil olur. 713 saylı taborun nəzdində olan komendant bölüyündə xidmətə başlayır.

Ərikli, Picənis, Vagazin, Ərdəsəvi, Pircahan, Təzəkənd və digər ərazilərin ermənilərdən təmizlənməsi əməliyyatlarında iştirak etmiş, eyni zamanda Sarıbaba və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında öz hərbçi yoldaşlarıyla çiyin-çiyinə yurdumuzun müdafiəsində olub.

Sonuncu döyuş yolu Kəlbəcərdə, 1994-cü ilin yanvarın 17-də qış əməliyyatından keçib.

Ailəlidir, üç uşagı, bir nəvəsi var.

Müharibədən sonra bu günə qədər daş ustası kimi fəaliyyət göstərir.

Öz işini daş ustası kimi davam etdirir.








HƏSƏNOV İQBAL ƏŞRƏF OĞLU







Həsənov İqbal Əşrəf oglu 1974-cü il 19 fevralda Lacın şəhərində anadan olub.

1981-ci ildə Lacın şəhər 1 saylı orta məktəbin 1- ci sinfinə daxil olub, 1988-ci ildə Lacın şəhər 127 saylı ORT peşə məktəbində traktor və avtomobilin istismarı üzrə təhsilini davam etdirib.

Erməni separatçıları tərəfindən 1992-ci ildə Laçın rayonu işğal edildiyindən Həsənov İqbal təhsilini tam başa vura bilməyib, doğma yurdun müdafiəsi uğrunda haqq savaşına qoşulub.

Bu məqsədlə o, könüllü olaraq 1992-ci ildə yeni yaranan 713 saylı tabora daxil olur. Həmin taborun tərkibində olan Şəhid Vaqif Quliyevin komandanlığı altında 2-ci bölüyün nəzdində Laçın rayonunun kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Hocaz dagı ugrunda gedən döyüşdə yaralanıb. Müalicə olunduqdan sonra İqbalın döyüş yolu başqa hərbi hissələrdən keçib.

1996- cı ilin iyulunda ordudan tərxis olunub.

Ordudan tərxis olunduqdan sonra Bakı şəhərində ayrı-ayrı ticarət obyektlərində satıcı, 2001-ci ildən şirkətdə sürücü kimi işləyib.

Ailəlidir.

2017- ci ildən plastik qapı və pəncərə topdansatış magazasında anbardar işləyir.

Xırdalan şəhəri, S. Vurgun kucəsi ev 27-də yaşayır.









YUSUBOV YUSİF BƏDRƏDDİN OĞLU








10 sentyabr 1968-ci ildə Bakı şəhərində anadan olub.

1975-1985-ci illərdə Bakı şəhəri, Nəsimi rayonundakı 240 saylı orta məktəbdə təhsil alıb.

1986-1988 - ci illərdə sovet ordusu sıralarında xidmət edib.

Orta təhsillidir.

1990-1993-cü illərdə Bakı Yüngül Sənaye Texnikumunda oxuyub.

1992-ci ildə Laçın istiqamətində Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi birləşmələrinə qarşı aparılan döyüşlərə qatılıb. 713 saylı tabora daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində bir çox hərbi əməliyyatlarda iştirak edib.

1993-cü ildən daxili işlər orqanlarında çalışıb. Əvvəlcə bələdiyyə polisində xidmət edib.

1993-1994-cü illərdə dövlət obyektlərinin mühafizə polisində manqa komandiri, sonradan Nərimanov rayonunda manqa komandiri olub.

Ailəlidir, bir oğlu, bir qızı var.

2018-ci ildən təqaüdçüdür.





MİRZƏYEV ETİBAR CABBAR OĞLU





30 may 1969-cu ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub.

1976-cı ildə elə həmin kənddə orta məktəbin birinci sinfinə daxil olub 1986-cı ildə məktəbi bitirib.

1987-ci ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. 1989-cu ildə hərbi xidməti başa vurandan sonra 1991-ci ildə Xəzər Dəniz Neft Donanması idarəsində matros vəzifəsində çalışıb.

Orta təhsillidir.

1992-ci ilin may ayında 701 nömrəli briqadanın tərkibində 713 saylı tabora könüllü olaraq daxil olub. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölükdə xidmət edib. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı birləşmələrinin geri oturdulmasında iştirak edib.

Müharibədən sonra yenidən öz işinə başlayıb. Xəzər Dəniz Neft Donanmasında matros kimi fəaliyyət göstərib.

1995-ci ildə Bakı Dənizçilik Peşə məktəbini bitirib.

Ailəlidir, iki qızı , bir oğlu var.

1997-2000-ci illər arasında Xəzər Gəmiçilik İdarəsində motorçu kimi işləyib.

Hazırda Binə ticarət mərkəzində kafedə işləyir.





ŞÜKÜROV RAFİQ KƏRİM OĞLU





11 iyun 1960-cı ildə Bakı şəhərində doğulub.

1967-ci ildə Laçın rayonu, şəhid Bəhman Səfərəliyev adına Pircahan kənd orta məktəbinə daxil olub, 1977-ci ildə həmin məktəbi bitirib.

1977-1978-ci illərdə Bakı şəhərində 12 saylı Texniki Peşə məktəbində oxuyub. Məktəbi bitirəndən sonra bir ay Bakı şəhərində öz ixtisasına uyğun olaraq məişət avadanlığı təmiri üzrə işləyib.
1978-1980-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

1981-ci ildən öz ixtisası üzrə Bakı şəhərində işləməyə başlayıb.

1992-ci ildə rus və erməni birləşmələrinin iştirakıyla törədilən Xocalı soyqırımından sonra könüllü olaraq orduya getmək üçün Nəsimi hərbi komissarlığına 3 dəfə müraciət etsə də, müsbət cavab almayıb.

Şuşa və Laçının işğalından sonra Bakı şəhərində könüllülərin iştirakıyla yeni yaradılan qərargaha müraciət edib və həmin ilin iyul ayının əvvəllərində könüllü olaraq Kəlbəcərdən Laçın istiqamətinə yola düşüb.

Piçənis kəndində 713 saylı taborun tərkibinə qatılaraq üçüncü bölükdə xidmət edib. Laçın və Ağdərə rayonlarında Ermənistan silahlı birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib.

1992-ci ilin oktyabr ayında əmrlə ordudan tərxis olunub.

Ailəlidir, iki oğlu, iki nəvəsi var.

Şükürov Rafiq Kərim oğlu hazırda Müşfiq yeni yaşayış massivində yaşayır.






AĞAKİŞİYEV NƏSİMİ QAYTARAN OĞLU





5 mart 1973-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1980-ci ildə Pircahan kənd orta məktəbində birinci sinfə getmiş, 1990-cı ildə həmin məktəbi bitirib.
Füzuli rayonunda sürücülük məktəbini bitirib.

Orta təhsillidir.

1991-ci ilin iyun ayında Rusiyanın Leninqrad şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Məlum hadisələrlə əlaqədar olaraq əsgəri xidmətdən yarımçıq qayıdan Nəsimi Laçın rayonunda təzə yaranan 811 nömrəli hərbi hissəyə yazılıb, həmin hərbi hissədə sürücü kimi xidmət edib.

1992-ci ilin may ayının 15-nə kimi 811 nömrəli hərbi hissənin tərkibində olub.

Ermənistan tərəfindən Laçın rayonu işğal olunduqdan sonra pərakəndə düşmüş 811 nömrəli hərbi hissəni tərk edib, ailəvi olaraq Ağcabədi rayonunun pambıq zavodunda məskunlaşıblar.

Bundan bir ay sonra 713 nömrəli hərbi hissədə könüllü olaraq xidmət etmək üçün qeydiyyata düşüb.

Kəlbəcərdən kecməklə Laçın istiqamətində bir çox kəndlərin erməni işğalçılarından təmizlənməsində iştirak edib.
713 saylı taborun tərkibində üçüncü bölüyün əsgəri kimi Laçın və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv ediləndən sonra müəyyən müddət işsiz olub.

Ailəlidir, iki övladı var.

1993-cü ildən indiyə kimi yük maşınında sürücü kimi çalışır.

Hazırda da yük maşınında sürücü işləyir.






PAŞAYEV AZƏR ATAKİŞİ OĞLU





16 fevral 1963-cü ildə Laçın rayonu, Hoçaz kəndində anadan olub.

1970-ci ildə Hoçaz kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 5-ci sinifdən Laçın rayon 1 saylı orta məktəbdə oxuyub. 1980-cı ildə həmin məktəbin 10-cu sinifini bitirib.

Orta təhsillidir.

1981-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Keçmiş SSRİ- nin Sibir vilayətinin Çita şəhərində hərbi xidmətdə qulluq edib.

1983-cü ildə ordu sıralarından tərxis olunandan sonra vətənə dönüb. Həmin vaxtdan 1990-cı ilədək Azərbaycanda və SSRİ-nin müxtəlif şəhərlərində işləyib.

1990-cı ildən məlum hadisələrlə əlaqədar Laçın rayonunda özünümüdafiə dəstələrində düşmənə qarşı döyüşüb. Ermənistan silahlı birləşmələri Laçın rayonunu işğal edəndən sonra Paşayev Azər 1992-ci ildə Azərbaycan Müdafiə nazirliyinin 701-ci briqadasının 713
saylı taborunun komendant bölüyündə könüllü olaraq döyüşüb.

Ailəlidir, 1 oğlu, 1 qızı var.

Müharibədən sonra Bakı şəhərində müxtəlif işlərdə işləyib, daha çox biznes fəaliyyətilə məşğul olub.

Hal hazırda işləmir.






PAŞAYEV DAŞQIN ATAKİŞİ OĞLU








7 aprel 1970-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Laçın rayonunun Hoçaz kəndindəndir.

1977-1987-ci illərdə Hoçaz kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirəndən sonra 1988-ci ildə sovet ordusu sıralarına çağırılıb. Xidmətini Orenburq vilayətində çəkib.

Ürəyində qüsur olduğuna görə vaxtından əvvəl əsgəri xidmətdən azad edilib.

Ali təhsillidir.

Paşayev Daşqın Hoçaz kəndindəki özünümüdafiə dəstəsinin üzvlərindən olub.

1992-ci il 18 mayda Laçın işğal olunandan sonra Bakıya gəlib. Bakıda yeni formalaşan 713 saylı tabora daxil olub. Baş sürücü mexanik kimi birinci bölüyün tərkibində ermənilərə qarşı aparılan bütün döyüş əməliyyatlarında iştirak edib.

1994-cü il 8 avqustda Bakı Dövlət Universitetinin yataqxanasında azərbaycanlı tələbə qızlara münasibətdə qeyri-etik davranış nümayiş etdirən əcnəbi vətəndaşı qətlə yetirdiyinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasıyla həbs edilib.

1998-ci ilin avqust ayında həbsxanadan çıxandan sonra Rusiyaya yollanıb, Vladivostok şəhərində yaşayıb.

2000-2005-ci illərdə Vladivostoikda Uzaq Şərq universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Ailəlidir, bir qızı, bir oğlu var.

Paşayev Daşqın bir müddət Rusiyada işlədikdən sonra 2010-cu ildə Azərbaycana qayıdıb.

Hazırda işləmir, özünün heyvandarlıq və kənd təsərrüfatı sahəsində xüsusi biznesi var.




ALXANOV ASƏF DAVUD OĞLU





1 noyabr 1967-ci ildə Laçın rayonunun Hətəmlər kəndində anadan olub.

1974-1984-cü illərdə Laçın rayonu, Daşlıkənd orta məktəbində oxuyub.

1985-1987-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində yaşayır.

Ali təhsillidir.

1987-1991-ci fərdi fəaliyyətlə məşğul olub.

1991-ci ildə indiki Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsinə qəbul olub.

1992-ci ilin may ayında könüllü olaraq 713 saylı tabora yazılıb. May ayından 1992-ci ilin dekabrına qədər Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Müharibədən sonra institutda təhsilini davam etdirib 1996-cı ildə başa vurub.

1996-cı ildən sonra özəl fəaliyyətlə məşğul olub.

Ailəlidir, bir qızı, bir oğlu var.

Alxanov Asəf hazırda tikinti sektorunda çalışır, iş icraçısıdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar