MÜDAFİƏ NAZİRLİYİ CƏMİYYƏTİ FACİƏVİ SƏRSƏMLİYƏ SÜRÜKLƏYİR
İGİD TEYMURLU YAZIR
713 SAYLI HƏRBİ HİSSƏ DÖYÜŞÇÜLƏRİNİN TAPDALANAN HAQLARI BUNU DEYİR
Şah İsmayıl zamanından ta bu günədək 33 dəfədən də artıq kiçilən Azərbaycan bu gün “sivil, demokratik” adlandırdığımız dünyada DƏRDLƏRİYLƏ baş-başa qalıb. Çoxdan idi ki, xaricdən ixrac olunan “demokratiya, söz özgürlüyü” adı altında qarşılıqlı yardım prinsipiylə DƏRDLƏRİMİZə çarə bulacaq kimi görünənlərsə öz havalarını çalmaqda idi. Təəssüflər olsun ki, cəmiyyətiizin əksər qüvvələri də bu səsin həzin sədaları altında qol götürüb şıdırğı oynamaqda idi. Və günün birində düşmənləri möhtac eliyən türkün qüdrəti Vətən Savaşında öz sözünü dedi. Baxmayaraq ki, zaman-zaman bizlərə şüuraltı olaraq “balacayıq, gücsüzük” ifadəsini yeritməyə çalışırdılar. Müdafiə Nazirliyi də keçmiş döyüşüçlərə öz "balacalıqları"nı göstərməkdə israrlıdır.
“XƏYANƏTLƏR” FONUNDA “BİZ BALACAYIQ, BİZ GÜCSÜZÜK” ESKİZİ
Dəliliyi demokratiya donunda görən paranoik siyasətbazlarla işim yox, ancaq hörmət bəslədiyim və daim məmləkətimizin sabahı naminə yazılarından nəsə öyrəndiyim elm adamlarının, qələm sahiblərinin müəyyən məsələlərə yanaşmalarındakı Robespyersayağı davranışları adama təsir edir. Bu gün həmin siyasətbazların cəmiyyəti hansısa İrana, Amerikaya, Rusiyaya, Fransaya tapınma meylləri üzərində kökləmə cəhdləri o qəbildəndir…
İllərdir ki, yurd sevdalılar bu “kökləmə cəhd”lərini ürək ağrısıyla yada saldığımız itkilərimizdən olan “ŞUŞA XƏYANƏTİ”, “LAÇIN XƏYANƏTİ” ilə bağlı yazdıqları yazıların əsas leytmotivi olaraq göstərsələr də, siyasətbazlarımızsa hələ də millətə xitabən “ABŞ-la, Rusiya ilə, Fransa ilə qoz-qoz oynamaq təhlükəlidir” mesayını cəmiyyətə ünvanlamaqla aparılacaq mübarizədə yenə də şüuraltı olaraq “hələ balacayıq” deyirlər…
Ancaq bütövlükdə Qarabağ uğrunda gedən 30 illik mübarizəmiz göstərib ki, biz qətiyyən “balaca və gücsüz” deyilik, əksinə, Ruhumuzda olan Qüdrət rusun, farsın, fransızın timsalında bizi istəməyənləri bir yerə cəm etmişdi və indi də edib...
Qardaşım, bizimki artıq qoz-qoz oynmaqdan keçib. Və zatən ərz elədim ki, onsuz da tarixən götürəndə biz balacalaşmışıq. Və “sivil” dediyiniz dünya öz “demokratiya” bizi ilə yenə də Azərbaycanımızı “balacalaşdırmaq”da zatən israrlıdır.
Bu mənada biz də iqtidardan, müxalifətdən olanımıza bir gözlə baxmalı, Şəhidlərimiz, Əlillərimiz, Veteranlarımız arasında bölgü aparmamalı, hər kəsə Azərbaycanın gözüylə baxmaqla Böyüklüyümüzü qorumalıyıq!
713 SAYLI HƏRBİ HİSSƏNİN ŞƏHİDLƏRİNİN TİMSALINDA NİGARAN RUHLARIN SÖYLƏDİKLƏRİ
İllər uzunudur ki, bir-birimizə başqa gözlə baxdığımlzdan Laçının Pircahan körpüsündən o yana adlaya bilməmişdik...
Elə ol səbəbdən idi ki, Pircahan, Hoçaz kəndindəki qalaya sığınıb gavurlara qarşı antiterror əməliyyatını başlaya bilmirdik….
Elə ol səbəbdən idi ki, düşmən tapdağı altında qalan məbədlərimizə sığına bilmirdik…
Elə ol səbəbdən idi ki, mən hələ də 713 saylı hərbi hissənin Şəhidlərinin timsalında yurd uğrunda canını fəda edən Nigaran Ruhların ittihamları qarşısında diligödək idim...
Bizim bundan o yana “balacalaşmağa”, bundan o yana gözləməyə təhəmmülümüz yox . 713 saylı hərbi hissənin döyüşçüləri hər zaman “ya Qarabağ, ya ölüm: başqa yolu yox artıq!” söylədi və bu Yolun yolçusu olmağı özlərinə şərəf bildi. Bunun nəticəsi idi ki, Vətən Savaşında Ali Baş Komandanın çağırışına dərhal hay verdilər...Və bu gün də “Qarabağ Azərbaycandır!” çağırışını özləri üçün həm də İrəvana, Borçalıya, Dərbəndə, Təbrizə çağırış kimi qəbul edirlər.
ŞUŞAYA GEDƏN YOL LAÇINDAN KEÇİRSƏ….
Xüsusilə indiki anlamda pul-para, güc haradadırsa, haqq da ora sayılır. Vətən Savaşında Azərbaycan Əsgərinin bütün dünyanı mat qoyma mərhələsinə qədər hər şeydə günahkar olaraq özümüzü görmüş və həm də hər zaman günahkarları özümüz ört-basdır etmişik. Heç şübhəsiz ki, baş verən olaylarda içərimizdən olan ayrı-ayrı şəxslərin günahı olub. Sadə məntiqdən də bu, görünür..
Şuşaya gedən yol Laçından keçirsə və Laçın da bizim əlimizdədirsə, onda Şuşa nədən demək olar ki, mühasirədə qalmış ermənilərə təslim olur?..
Nədən erməni 18 mayda Laçına girirsə, Qubadlının Qayğı qəsəbəsindəki qüvvələr genişmiqyaslı hərbi əməliyyatlara başlamır?..
Nədən çox şeylərə cavab verməli olan Rəhim Qazıyevin, Leyla Yunusun, Elbrus Orucovun, Nəcməddin Sadıqovun, Dadaş Rzayevin, rəhmətlik Zadir Rzayevin, rəhmətlik Tahir Süleymanovun, rəhmətlik Bəxtiyar Cavadovun, Arif Paşanın, Şuşa rayon icra başçısının, icma rəhbərinin sirr dolu gəmiləri bu zaman qədər “etibarlı limanlar”a yan alıb dayanıb?..
Və Şuşaya gedən yol Laçından keçirsə, kimsə Laçının güzəştə gedilə biləcəyindən, düşmən qüvvələr üçün hansısa koridorundan danışmasın…
Ötən həmin zaman çərçivəsində bu adamların, bu hərbçilərin, bu siyasi fiqurların daha çox üzdə olmaları sonradan həmin kəslərin dolayısı yolla həm də qınaq obyektinə çevrilməsi prosesinə stimul verib. Ancaq heç şübhəsiz ki, adları sadalanan bu kəslərin Laçın və Şuşa olaylarıyla bağlı bildikləri, bilib demədikləri həqiqətlər var. Artıq bəziləri o həqiqətləri özləriylə birgə qəbir evinə aparıblar. Həqiqətlərimiz də beləcə kömülməkdə və bizlər də öz dərdimizə dəlicəsinə oynamaqdayıq. O zamanın gerçəkliyi və bu günün susqunluğundan məsələyə yanaşanda bir çox müəmmalı suallar ortaya çıxır ki, bütün bunlar da araşdırılmalıdır.
RƏHİM QAZIYEVİN ETİRAFINDAN DOĞAN NƏSNƏLƏR
Digər bir tərəfdən, unutmaq lazım deyil ki, o dövrün ictimai-siyasi prosesləri fonunda Ayaz Mütəllibov və Elçibəy hakimiyyətinin kürsü davası rus və erməni birləşmələrinə öz çirkin niyyətlərinin gerçəkləşdirmək üçün həm də münbit şərait yaratdı. Məhz bu baxımdan bir az sadəlövh, bir az təcrübəsiz, bir az hikkəli, bir az iddialı və bir az da qəzəbli olan kürsü həvəskarları Azərbaycanın ətrafında hörülən toru ya görmədilər, ya da sadəcə olaraq, korporativ maraqları hər şeyi üstələdiyindən bunu ümumiyyətlə görməz oldular. Təsadüfi deyil ki, o dövrdə müdafiə naziri olmuş Rəhim Qazıyevin özü də təsdiqləyir ki, “bizim ən böyük səhvimiz ətrafımızdakı erməniləri görməməyiniz olub”.
Bəli, bu adamlar ölkəni də, ordunu da sanki gözüyumulu halda idarə ediblər. “Ətraflarında at oynadan ermənilər”i görməyiblər. Hansısa Qraçovlara, hansısa Şerbaklara bel bağlayıblar. Sonradan Ağdərə əməliyyatında dövləti, dövlətinin vətəndaşını qoyub, düşmən cəbhədə dayanan Şerbakdan kömək istəməyin özü də bunu təsdiqləyib…
Bir müdafiə nazirinin könüllü hərbi birləşmə olaraq “713 saylı hərbi hissənin mövcudluğundan xəbərsizliyi“ barədə verdiyi mətbu açıqlamalar da bunu təsdiqləyib…
Sonuc nə oldu. Sonuc o oldu ki, Şuşa da, Laçın da, Ağdərə də, bütövlükdə Azərbaycan torpaqlarının 25 faizindən çoxu strateji və taktiki baxımdan düzgün plan əsasında hazırlanmayan döyüş nəticəsində gavurlara qaldı. Və bu, həmin erməni gavurlardır ki, zaman boyu rusun, farsın, fransızın, ingilisin siyasi fahişəsi rolunda çıxış ediblər. Nə yazıq ki, bizlər də “ətrafımızdakı erməniləri görməyən” siyasət dəllalarının səbatsızlıqları ucbatından erməni adlı fahişənin əsirləri idik...
EMOSİONAL PATRİOTİZMİN “GƏNC QVARDİYASI” VƏ ÖRNƏK OLACAQ GERÇƏK QƏHRƏMANLARIMIZ
Bütün bunlara rəğmən həmin dövrün Şəhidlərinin və Şahidlərinin keçdiyi döyüş yoluna nəzər salınmalı, o dövrün hərbi və siyasi müstəvisində oynanılan oyunlar dilə gətirilməli, tariximizi yaşatmaq üçün o tarixi yaşayanlar, ölümləriylə o tarixi yaşadanlar örnək olaraq cəmiyyətimizə təqdim olunmalıdır…
Bu Şəhidlərin o zamankı siyasi hakimiyyətlə heç bir əlaqəsi olmadığı halda Onları görməzdən gəlmək növbəti faciələrə qol qoymaqdana başqa bir şey deyil. Qarabağ müharibəsinin ilkin dövrlərində canına fəda etməyə hazır olan bugünkü əlillərə, bugünkü veteranlara münasibətdə aidiyyatı instansiyaların sanki düşmən mövqedə dayanması başadüşülən deyil.
Bu gün qazandığımız Qələbənin kökündə həm də o illərin qəhrəmanlıqları dayanır...
Dünənə daş atmayın ki, sabah daşlanmayasınız!
Sovet dönəmində A.Fadeyevin “Gənc qvardiya”sında “müharibə”, “almanlar”, “partizan hərəkatı”, “vətənini sevən cavan uşaqlar”, “onların azadlıq mübarizəsi və qəhrəmancasına ölümləri” barədə zaman-zaman bizlərə danışıb, bizləri onlara oxşamağa çağırıblar. Deyəsən biz hələ də o emosional patriotizmdən uzaqlaşa bilməmişik. Söz qəhrəmanları kimi davranırıq, emosiya qəhrəmanları kimi görünürük, öz gerçək qəhrəmanlarımızın döyüş yolundan xəbərsiz kimi davranırıq. Gerçək qəhrəmanlarımızı yetişən nəslə örnək olaraq tanıda bilməmişik, O qəhrəmanların uğrunda can qoyduqları yurd sevgisini gəncliyimizə tanıtmaqda sanki ortalıqda görünməz baryerlər var. Yurdumuzun azadlığı uğrunda can qoyan fədailər ordusunun apardıqları mücadilə geniş spektrdə işıqlandırılmayıb. Bu gün diriykən vətən itkisi qarşılığında ölü kimi gəzən döyüşçülərin iç dünyasının özəlliklərini yetişən nəslə təqdim edə bilməmişik. Zaman-zaman bizləri pis günə qoyan unutqanlıq qorxusu Demokl qılıncı kimi başımızın üstündədir…
Şəhidliyimizi, Əlilliyimizi zamanlara bölüb birinə sevgi, digərinə laqeyd baxmışıq. Nə qədər gec deyil, bu tendensiyaya son qoyulmalıdır.
1992-ci ildə qanlı döyüşlərdə olan qəhrəmanlarımıza hələ də veteran statusu verilmir. O dövrdə döyüşə atılan qəhrəmanı sənəd deyil, yurd düşündürürdü. Haradan biləydi ki, Müdafiə Nazirliyi min cür fırıldağın, min cür sərsəmliyin məkanına çevrilib və çevriləcək.
Bu, bir rəzalətdir. Döyüşçü hərbi hissənin siyahısına düşür, qanlı əməliyyatlarda iştirak edir, bununla bağlı hərbi biletində döyüşdüyü aylar qeyd edilir, veteran döyüşçü yoldaşları sağ, komandiri sağ, o zamankı yeməyi, içməyi, geyimiylə bağlı Müdafiə Nazirliyinin siyahısında adı var, ancaq...ancaq “veteran” deyil. Səbəb də odur ki, bunun hərbi biletində o zamankı Müdafiə Nazirliyinin hansısa yekəbaş, axmaq, səviyyəsiz bir kadrı düzgün qeydlər aparmayıb, çıxış əmrinin nömrəsi yox. Canınız çıxardı, yazardınız, günah sizin deyilmi? Adam özümü yazıb iştirakçılıqla bağlı tarixi!?
İndiki nazirlik də həmin səviyyəsizin qeydlərini təftiş etməklə onların özündən də artıq axmaq bir yol tutub. O zamankı qanunlara tüpürüb, indiki qanunlarla o dövrün addımlarına yanaşılır. Sən bu adam haqqında fikir bildirəndə nədən o zamankı qanunlara tüpürürsən, ay.....Necə olur ki, bu adamı rəhmətlik Ali Baş Komandan Heydər Əliyev “veteran” sayıb, torpaq verir, ev verir, ancaq Zakir Həsənovla Kərim Vəliyevin çetesi, çiçəyi burnunda olan məhkəmə hakimləri bunu əsassız sayır!?...
Siz rəhmətlik Heydər Əliyevdən çoxmu yurdsevər, çoxmu qanunpərəstsiniz?
UNUDULAN ŞƏHİDLİYİMİZ VƏ ŞƏHİDLƏRİMİZİN UNUTMADIQLARI
Bu gün döyüş əməliyyatları zamanı bombardmandan həlak olan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanlarımız ayrıca bir siyahıyla qeydə alınıb. Ancaq verilən məlumata görə “1991-1994-cü illər ərzində Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında 11 557 Azərbaycan hərbçisi şəhid olub”. Şəhidliyin Zirvəsinə ucalan bu İnsanlardan Azərbaycan gəncliyinin əksəriyyətinin xəbəri yox. Və bu o gənclikdir ki, Şəhidlərimiz onların uğrunda canlarını fəda edərək millətimizin, dövlətimizin sabahını, gələcəyini onlara etibar ediblər!
Kimə?
Zakir Həsənova, Kərim Vəliyevə!!!!!!!
Mən o Şəhidlərlə səngər yoldaşı olmuşamsa, onda bu kərimlər, zakirlər hansı üzlə Şəhidliyimizin önünə çıxırlar?
Eləcə də bütün qanunlara tüpürən məhkəmələr....
Öyləsə, qoy hər kəs özünə sual etsin görək: əcəba, mən hansı üzlə O Şəhidin qarşısına çıxacam!?
PİRCAHAN ŞƏHİDLƏRİNİN BAXIŞLARINDAKI DİKTƏ
Bu gün Şəhid və Şahidlərimizin arasında Azərbaycanımızın hər bölgəsindən, hər kəndindən olan gerçək qəhrəmanlarımız var. Onlar bir-bir yad edilməli və onlar bir-bir dinlənilməlidir.
Biz bu gün həmin qəhrəmanları yaşatmaq üçün onların uğrunda can qoyduqları elə, yurda, obaya sahib çıxmalıyıq ki, Şəhid qardaş və bacılarımızın Nigaran Ruhları, Şahid qardaş və bacılarımızın qövr edən yaraları bizim biganəliyimizə baxıb bizi qınamasınlar.
Bu mənada Vətən Savaşında qazanılan uğur bizi həm də nankor Vətən övladı olmaqdan xilas etdi. Amma hələ də o yurd yerlərinə vətəndaş olaraq ayaq basa bilməmiyimiz və bu prosesdə vətəndaşa qaranlıq qalan “iyrənc metod və vasitələrdən istifadə edilməsi” sadəcə olaraq, adamda təəssüf hissi doğurur.
Biz Bakının göbəyindəcə lal-dinməz oturub öz günümüzü sürdürmüşüksə, Daşbulağa, Pircan körpüsünə, Gavur qalasına, Hoçazdakı mağara-məbədə, Qorçudakı, Şəlvədəki, Cicimlidəki, Sonasardakı, Mirikdəki məbədlərə, Qaraqışlaqdakı, Piçənisdəki məscidlərə, birtağlı, ikitağlı körpülərimizə və saymaqla bitməyən yüzlərlə tarixi daş yaddaşımıza ölümləriylə sahib çıxan Nigaran Ruhlarımızsa ötən illər ərzində hər zaman Laçın səması üstündə qıy vurub, “hanı mənim kürəyimi söykədiyim dağ əzəmətli səngər yoldaşım!” deyə haray çəkib!!!
Bu gün həmin Şəhilərimizin “kürəyini söykədiyi dağ əzəmətli səngər yoldaşı”na Zakir Həsənovun, Kərim Vəliyevin çetesisə “veteran” statusu vermir!!! Arasan, bəlkə də o illərdə adı çəkilən bu şəxslər hansısa isti bucaqlarda xımır-xımır yatırdılar, indi də döyüşüçnün taleyini “həll” edib, Vətən Sevgisinə başaq baxış formalaşdırırlar.
BU İŞƏ BİRBAŞA ALİ BAŞ KOMANDAN SƏVİYYƏSİNDƏ ƏNCAM ÇƏKİLMƏZSƏ, BELƏ QRUPLAR MİLLƏTİN VƏTƏN SEVGİSİNİ TAMAM ÖLDÜRƏCƏKLƏR!!!
713 saylı hərbi hissənin Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olan 36 döyüşçüsü əməllərinə baxıb bizi tanımaq istəməyən Zakir Həsənovlara, Kərim Vəliyevlərə nə ad verər!?…
AİLƏ ETİKASI VƏ DÖVLƏTÇİLİK YANĞISINDA 713 SAYLI HƏRBİ HİSSƏ NÜMUNƏSİ
Nədən 3 igid oğlu düşmənə qarşı sinə gərən, ikisi döyüşdə qəhrəmancasına həlak olan Mehdiqulu Həsənquliyevin, 3 oğlunu yurd fədaisi olaraq döyüşə yollayan Çərkəz Səfərəliyevin ailə etikası, ailə əxlaqı, dövlətçilik yanğısı, el, oba sevgisi cəmiyyətimizə örnək olacaq səviyyədə, nümunə timsalında təqdim edilmir!?
Əvəzindəsə bu igidlərin səngər yoldaşlarına qarşı düşmən münasibət sərgilənir.
Nədən “veteran” statusuyla bağlı keçirilən məhkəmələrdə öz döyüşçü yoldaşıyla bağlı elə o döyüşlərdə 2 qardaşının ÖLÜMSÜZLÜYÜnə Şahidlik edənlərin, “Azərbaycan Bayrağı” ordenli komandirin dedikləri deyil, məhkəmənin özünü belə barmağına dolayan Zakir Həsənovun keçmiş döyüşçülərə az qala düşmən münasibət bəsləyən çetexanasının səlahiyyətlilərinin “ksivaları” əsas götürülür!?
Nədən keçirilən məhkəmələrdə məhz bu döyüşçülərin deyil, çete yığnağına çevrilən Müdafiə Nazirliyindən gələn hansısa məktuba istinad edilir?...
İfadəmə görə üzr istəyirəm, bir harınlığın nümunəsi deyilmi?
Nədən Həsənov Zakir deyilən nazir bu məslədə 713 saylı hərbi hissənin Döyüşçülərilə birgə görüş keçirmir!?
Zakir Həsənovla, Kərəm Vəliyev hələ də deyəsən fərqində deyillər ki, bu adamlar həm də Ali Baş Komandanın inanıb təyin etdiyi kəslərdir. Cənab Ali Baş Komandansa dəfələrlə vurğulayıb ki, “xalqın birinci xidmətçisi mən özüməm”!
Zakir Həsənov, Kərim Vəliyev, “xidmət” beləmi olur?
Siz özünüzü kim hesab edirsiniz?...
SÜMÜKLƏRİMİZİN QƏBİRDƏN ÇIXARILMA QORXUSU
O Şəhid və Şahid Baxışlarının Diktəsi bizlərə nə söyləyirdi, fərqində idinizmi!?
O Baxışların Diktəsində bu gün də Zakirlərin, kərimlərin addımları fonunda belə öz cavabını tapmayan suallar var.
Yurdun taleyilə bağlı suallara xalqımz, qəhrəman Oğullarımız, Ali Baş Komandanımızın Dəmir yumruğu bu və ya digər şəkildə aydınlıq gətirdi. Ancaq itirilən yurd yerlərimizin müdafiəsində iştirak edənlərə münasibətdə Zakir Həsənovların, Kərim Vəliyevlərin seyirçi davranış nümayiş etdirmələri başadüşülən deyil. Ancaq başadüşülən bir şey var: veteranların, əlillərin və Şəhidlərin taleyilə bağlı görmək və etmək istəmədiklərinizə görə gələcək nəsillərin sümüklərimizi qəbirdən çıxarıb dar ağaclarından asma mesajı var – Sizi Oliver Kromvellin aqibəti gözləyir!..
METE XAQANIN RUHU
Bizi görmək istəməyən, bizi tanımaq istəməyən, bizə biz “hələ balacayıq” deyənlərə Mete Xaqanımızdan bir misal çəkim. Ulu Xaqanımızın Çinə yürüşü zamanı türklərə nisbətdə çinlilərin dəhşətli sayda çox olduğunu görən vəziri “nə düşünürsən, əfəndim?” –deyə sual edir. Vəzirə cavabında Ulu Xaqanımız soyuqqanlı bir tərzdə “mən bu qədər çinlini hara basdıracağam?”- deyir…
Biz döyüşə gedəndə yurdumuzun azadlığı haqqında düşünmüşdük, hansısa veteran statusu haqqında yox, Zakir Həsənov və Kərim Vəliyev!
Sizlərin bu məsələyə münasibətdə yarıtmaz mövqedə dayanmağınızsa sizin kimliyinizin görüntüsüdür. Biz bu yurdun aşiqləriyik, sizlərsə yurdun aşiqlərinə qarşı sanki soyqırım siyasətinin müəllifləri. Nə qədər haqsızlıq etsəniz də, günü-gündən çoxalsanız da, bizdə olan DÖYÜŞ RUHUnu öldürə bilməyəcəksiniz. Bizm əməllərimizdə Mete Xaqanımızın Döyüş Ruhu var. O Ruhu, nə Rəhimlər, nə Məmmədrəfilər, nə Səfərlər, nə Həcməddinlər, nə Zakirlər, nə də Kərimlər öldürə bilməzlər və bilməyəcəklər. Sadəcə olaraq yetişən nəsil bu kimi halların şahidi olanda Vətənə olan Sevgisində çat yaranıq, adamı ağrıdan da odur... Amma bizim millət olaraq Böyüklüyümüz həm də Ağrılarımızda və Acılarımızdadır!
Sizlər bu ağrı-acıları yaşamırsınızsa, onda siz bizdən deyilsiniz?
Siz kimsiniz Zakir Həsənov və Kərim Vəliyev?
DAŞBULAQĞIN SUYUNA TAMARZI QALMAĞIN TƏMƏLİ
Biz nə “balaca”, nə də “zəif” deyilik. Ancaq Bizi Bizdən uzaqlaşdıran balacalağımız, Bizi öz Kimliyinizdən, Bizi öz Soyumuzdan, Bizi öz Kökümüzdən uzaqlaşdırmağa çalışan bizdən olmayanlar var.
Tez- tez söyləyərdik: Əgər bu gün dünya çapındakı strateyi mübarizəmiz konseptual şəkildə ortalığa qoyularsa, onda 7 türk dövləti (Türkiyə, Azərbaycan, Quzey Kipr, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) ilə yanaşı 40 milyonluq Güney Azərbaycan üstəgəl bügünkü Rusiya ərazisində olan daha 15 türk mənşəli cümhuriyyət, Doğu Türküstanı və bizə elə öz türklərimiz qədər daha sıcaq münasibətdə olan Pakistan timsallı islam ölkələrini bir yerə toplamağın tam zamanı!!
Xalqın birliyi ilə bu qüvvələrin Vətən Savaşında sadəcə olaraq, bizlərə mənəvi dəstək verməklə Hərb Saavaşında Azərbaycan əsgəri dünyanı mat qoydu.
BİZİ ÖZ SUYUMUZA TAMARZI QOYUBLAR, QANUNLAR VƏTƏNDAŞIN YAŞAYIŞ SƏVİYYƏSİNİN, RİFAHINI DÜZƏLTMƏK ÜÇÜN QƏBUL EDİLİR, BİR ÖMÜR BOYU HƏYATLA MÜBARİZƏ APARMAĞI ÜÇÜN YOX, AY ZAKİR HƏSƏNOVLA KƏRİM VƏLİYEV!
Neçə-neçə batalyonlar olub ki, indiyədək haqqı tanınmır.713 saylı hərbi hissə də bu qəbildəndir. Bu hərbi hissənin 150-yə qədər döyüşçüsü hələ də sağdır, ölməyiblər, dərdləriylə baş-başadırlar. Laçın və Ağdərənin azad edilməsində qəhrəmanlıqlar göstəriblər. İndi onların nə günahı var ki, o zamankı Cəbhə hakimiyyətinin siyasi və hərbi rəhbərliyinin səriştəsizliyi və geosiyasi məkanda baş verən məkrli oyunlar ucbatından əldə olunan uğurlar da heçə endi.
Siyasi hakimiyyətlər ötəridir, amma birliyimiz bizim varlığımızın təminatçısıdır.
Müdafiə Nazirliyinin onların problemlərinin həllində yarıtmaz mövqedə dayanması bütövlükdə həmin BİRLİYİMİZə vurulan zərbədir.
713 SAYLI HƏRBİ HİSSƏNİN ƏSGƏRİNİN “ULTİMATUMU”NDA GİZLƏNƏN HƏQİQƏTLƏR
30 ilə yaxın müddətdə 713 saylı hərbi hissənin keçmiş döyüşçüləri problemin həllində hər zaman müharibə variantına üstünlük vermiş, Ermənistanın arxasında duran qüvvələrin kimliyini maksimum səviyyədə cəmiyyətə təqdim etmişlər. Bu zaman kəsiyindəsə Müdafiə Nazirliyinin səfərləri, məmmədrəfiləri, nəcməddinləri , zakirləri biznes müharibəsinin iştirakçılaı kimi davranmışlar. Haqlarını dandığınız 713-ün döyüşçüləri Laçında və Ağdərədə əməliyyat düzənləyəndə siz harada idiniz, cənab Zakir Həsənov?...
Amma sizlər biznes imkanlarınızı inkişaf etdirməyə baş qoşanda 713-ün keçmiş döyüşçüləri arxa cəbhədə də cəmiyyətə bizi məhvə srürkləyən Rusiyanın, Amerikanın, Fransanın, İranın iç üzünü açıb göstərirdi. Cəmiyyətə bəyan edirdik ki;
amerikanlar qitənin kəşfindən sonra 400 il müddətdə 75 milyon hindunu qətl edib, onların tarixini yer üzündən silmək üçün “qırmızıdərililər”in müqəddəs sandıqları məkanın üstündə özlərinə bugünkü Ağ Evi ucaltmadılarmı?
Hinduların Nigaran Ruhları bu gün də Ağ Evin divarları altında inləmirmi!? Dominiki işğal edib30 min insanı qətlə yetirən, 1965-ci ilə kimi bu dövlətin daxili siyasətinə tüpürməklə öz kuklalarını həmin dövlətin başında oturdan, xarici borca görə Meksikada 20 min insanı qətlə yetirən, materikin kəşfindən sonra 400 ildə Afrikanın 90 milyon insanını məhv edən, 15 milyonunu kölə halına salan, Karib adalarının əhalisinin tam 90 faizini kölələşdirən, qaniçən Pinoçeti hakimiyyətə gətirməklə Çilidə yüz minlərlə adamı işgəncələrə məruz qoyduran, Cənubi Koreyanın işğalıyla 500 min adamı öldürüb, 600 min adamı yaralayan, ikinci dünya müharibəsi zamanında 1945-ci il 6-9 avqustda Xirosima və Naqasakiyə atdığı atom bombasıyla 400 min insanı məhv edən və indinin özünədək o yerlərin adamına həmin zərbənin dəhşətlərini yaşadan, öz mövqelərini Vyetnamda möhkəmləndirmək üçün 1955-1975-ci illərdə 1 milyon 500 min insanı “uf” demədən qətlə yetirən, 1956-1959-cu illərdə Kubada reyimin əliylə 60 min insanı məhv edən, dünyanın neft ehtiyatlarına yiyələnmək və türklərin ən qədim Şumer mədəniyyətlərinin tarixini yer üzündən silmək üçün İraqda 2 milyon 500 min insanı məhv edən məhv edən, Əfqanıstanın iqtisadiyyatını, bütün varlığını toza kömən, qoca Şərqin altını üstünə çevirən AMERİKA OLMAYIBMI!?
Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən, bütün multikultural dəyərlərə tüpürüb müsəlmançılığa qarşı səlib yürüşü aparan, Qəddafilərlə öpüşüb sonradan onu düşmən elan edən, erməniləri sivil dünyanın üzərinə qaldıran FRANSA OLMAYIBMI!?
Çarizm dövrünün soyqırımlarını, Oktyabr inqilabının dəhşətlərini heç dilə gətirmirəm, 1933-cü ildə Doğu Türküstan İslam Cümhuriyyətində, Ahıska türklərinə, çərkəzlərə, çeçenlərə, azərbaycanlılara qarşı törətdiyi soyqırım, millətlərin deportasiyası, Vilnüsdə, Tiflisdə, Azərbaycanda, Abxaziyada düzənlədiyi qanlı olayları, 20 Yanvar faciəsini, Umudlu, Qaradağlı, Xocalı soyqırımını törədən RUSİYA OLMAYIBMI!?..
Güney Azərbaycanda 40 milyon Azərbaycan türkünün haqqını, hüququnu tapdalayan, bu hüquqa tüpürən, erməniyə qardaş deyən, erməniylə birgə layihələr hazırlayan indiki İRAN OLMAYIBMI!?
Sizlər Qarabağ probleminin həllini bu dövlətlərdən gözləyəndə 713 saylı hərbi hissənin döyüşçüləri Rusiyaya üz tutub “erməni adlı itini Qarabağdan aç, apar” ultimatumunu verirdi....
Biz bir millət olaraq öz iç problemimizin həllini belə yırtıcı xislətlilərə həvalə etməklə əslində öz məhvimizə qol çəkmişdik. İtirilən yurd yerlərimizin fonunda bir-birimizi döyəcləməklə “vətəndaş” ola bilməməyimizin sirrini açanlar tək davranırdıq. Belə vətəndaşlıq eşqisə faciəvi sərsəmliyə gətirib çıxarır ki, bütün bunlar da bir yanlışdır. Belə yanlışlar bizi Şah İsmayıl dönəmindən üzü bu yana 33 dəfə kiçilməyimizə səbəb olub, əfəndilər. İndi də keçmiş döyüşçülərə münasibətdə yanlış mövqenin tutulması, problemlərinin həll edilməməsi cəmiyyəti faciəvi sərsəmliyə sürükləyir, öndə gedənsə Müdafiə nazirliyidir....