"SUNAMİ" təhlükəsilə bağlı RÜSTƏMXANLIDAN UYARI

Manset / Yazarlar 03-may, 02:509 tv713 121 0
"SUNAMİ" təhlükəsilə bağlı RÜSTƏMXANLIDAN UYARI

İGİD TEYMURLU



VAQİF BƏY PİRİYEVin münasibətinə SÖZARDI




Türk Dünyasının Ağsaçlılarından, Ağsaqqallarından Biri olan millət vəkili SABİR RÜSTƏMXANLInın " Milli nifrətin Din donu" yazısında günümüzün kiçik bir reallığı qələmə alınıb.

Görünən budur ki, buna münasibətdə Azərbaycanımızda sərgilənən fikir müxtəlifliyi əslində özgür düşüncənin deyil, daha çox müəyyən kontekstdə məlumatsızlığın və ideoloji terrorizmin dağıdıcı nəticəsinin sonucu olaraq ortaya çıxır.

Dərd orasındadır ki, bu konuda danışılanda az qalır ki, səni linç edələr, kafir elan edib səni yurddışı edələr.

Və yenə də görünən budur ki, təkcə İranda deyil, elə Səudiyyə Ərəbistanında oxuyub gələn dini təhsilli soydaşlarımız danışanda elə bilirsən ki, danışan sənin qandaşın, sənin yurddaşın deyil, onlara təhsil verən ölkənin emissarlarıdır..
Və elə fəlakət də bundadır.

Bu gün Ramazan bayramının qeyd edilməsi, orucun açılmasıyla bağlı fərqli tarixlərin təqdimatı dolanan kainatın sirlərindən daha çox sanki hansısa cübbəlinin fətvasının nəticəsi olaraq ortaya çıxır. Dinin dövlətdən ayrı olduğu cəmiyyətdə bir çox hallarda bu fətvalar az qala qınayan olmasa İlahi xarakter timsalında təqdim edilər. Millət çaş-baş salınır, ziddiyyətli fikirlər, aqressiv yanaşmalar ortaya çıxır. Üstəgəl harın məmur özbaşınalıqları, məmur yarıtmazlığı ucbatından üst-üstə yığılan problemlər, dövlət-vətəndaş münasibətlərinə zərbə vuran süni şəkildə yaradılan sosial narazılıqlar və şair, və sair....

Belə olan halda insanlara deyilən xoş sözün özü belə zəhər dadır. Sabir Rüstəmxanlının sosial şəbəkədə paylaşdığım "Milli nifrətin Din donu" adlı yazısına rəy bildirən dəyərli dostlardan olan VAQİF PİRİYEVin münasibətində də narahatlıq doğuran məqam olduğu üçün birbaşa Ona müraciətdə bulunmaq məcburiyyətində qaldım...

Bəri başdan onu da deyim ki, dəyərli Vaqif bəy, döyüşçü olaraq, jurnalist olaraq, kəsəsi, sıradan bir vətəndaş olaraq canımdan çox sevdiyim məmləkətdə ən çox haqqı tapdalanan insanlardan biriyəm. Sizin dediyiniz "yaxşı yaşsyanlar"dan deyiləm. Sizin də Rüstəmxanlıya münasibətdə sıcaq mövqedə olmağınız bəzi paylaşımlarınızdan bəllidir zatən. Bütün bunlar ayrı bir müstəvinin mövzusudur və o müstəvidə fərd olaraq sözümü ən yuxarı instansiyadan tutmuş ta aşağılara qədər hər kəsə bildirmişəm, bildirməkdə də israrlıyam...

Haqqında danışdığımız məlum yazıya bildirdiyiniz rəydə söhbət konkret hədəfdən gedirsə, onda qoy köməkçiləri, vəkilləri, sağında, solunda dolananlar susmaqlarında olsun, birbaşa olmasa da. Sizin dolayı yolla Sabir Rüstəmxanlıya yönəli iradınıza mən bir iki cümlə ilə cavab verim - baxmayaraq ki, Rüstəmxanlının buna ehtiyacı yox!

Buna yaranan ehtiyacsa, buna haqq verənsə Rüstəmxanlının həyatı boyu uğrunda can qoyduğu ideolojinin birbaşa milli özgürlüyümüzlə bağlı olması və fərd olaraq mənim də o YOLLA yürümək istəyimdir...

Milli iradə kontekstində Sabir Rüstəmxanlının həyatı və yaradıcılığı bütövlükdə cəmiyyətə bir örnəkdir. Kimsə bununla razılaşmaya bilər, ona görə də heç kimin inciməməsi şərtilə bəzi nüansları da vurğulamaq məcburiyyətindəyəm.

ÖTƏN ZAMAN KƏSİYİNDƏ bir çox siyasi fiqurlardan fərqli olaraq Onun rəhbərlik etdiyi qurumun yetkililəri Rüstəmxanlını bilərəkdən, ya da bilməyərəkdən qədərində cəmiyyətə təqdim edə bilməyiblər. Nəinki bunu etməyiblər, üstəlik Rüstəmxanlıya yönəli mətbu hücumlar zamanı sanki bunu görməzdən gələrək özlərini etibarlı sığınacağa veriblər. Dişlərini qıcayan dalğa ötəndən sonra sığınacaqda olanlar yenə də Rüstəmxanlıya serenada oxuyublar. Həm də Rüstəmxanlının demokratikliyindən sui istifadə edərək Onun yanında ola-ola içlərində başqasına sevgi bəsləyənlər də olub və var. Ol səbəbdən də el diliylə desək, özünü pis kişi etməyənlər Rüstəmxanlının siyasi fəaliyyətinin əsil mahiyyətini, əsil fəlsəfəsini geniş spektrə çatdıra bilməyiblər, əvəzində Rüstəmxanlı adının Böyüklüyündən kifayət qədər yararlanıblar. Bu da ayrı bir mövzudur.

Baş verənlərin fonunda son nəticədə demək olar ki, Rüstəmxanlının timsalında təkbaşına mübarizənin şahidi olmuşuq. Cəmiyyət də aparılan mübarizəni xırda detallarıyla görə bilməyib. Çünki bu, Rüstəmxanlı adından yararlanan komanda tərəfindən təqdim edilməyib, Rüstəmxanlı Özü də verdiyi cavablar da səviyyəsini qoruyub, alt qata enməyib. Bundan da həmlə qüvvələri sui istifadə ediblər.

Bu prosesin gedişatında Rüstəmxanlı ona vız gələn dalğaları adlayıb keçsə də ancaq o dalğalar da Rüstəmxanlı adlı dənizin sahilinə çırpılmış, bu və ya digər şəkildə öz izini buraxmışdır....

RÜSTƏMXANLININ BÜTÖV AZƏRBAYCAN İDEALI bütün zamanlarda rus, fars şovinizminin əsas diqqət mərkəzində olub. Pyotrun bədnam "Vəsiyyətnaməsi"ndə də bizim birliyimizi pozmaq üçün din faktorundan, məzhəb ayrıseçkiliyindən dağıdıcı vasitə kimi istifadə edilməsi əsas amillərdən biri kimi vurğulanıb.

ƏN ACINAQLISI BUDUR Kİ, bugünkü Rusiya imperiyası vəsiyyət edilən din faktorundan gizli silah kimi istifadə etdiyi halda mollakratiya rejimi bunu açıq müstəviyə çıxarmaqdan belə çəkinmir. Bu yolda dini mərasimlərin keçirilməsi, buna münasibətin özü də vasitələrdən biri kimi seçilir. Ayrı-ayrı zamanlarda oynanılan fətva oyunu da bu qəbildəndir.

İNDİKİ HALDA "orucun bir gündə keçirilməsi" məsələsi də müəyyən mənada fikir ayrılığı görüntüsünün tərkib hissələrindəndir....

Mollakratiya rejiminin bax bu gün görmədikləri Ay kimi hər kəsə bəllidir ki, dövlətçilik və millətçilik konusunda Sabir Rüstəmxanlı hər zaman öndə olub. Və bu yöndə sinəsini qabağa verənlərin çoxu Rüstəmxanlıdan öyrəniblər. Milli Məclisdə təmsil olunduğu 30 ilə yaxın bir müddətdə Rüstəmxanlı hər zaman sözünü ən azından publisistik dillə deyib ona qarşı ola biləcək "hücumları" zərərsizləşdirib, BİR NÖV ÖZÜNÜ AÇIQ MƏTNLİ SİYASİ JESTLƏRLƏ DEYİL, LABİRİNTDƏN ÇIXIŞ MƏQSƏDİLƏ TUTALĞAC QİSMİNDƏ BU TİP SİYASİ JESTLƏRLƏ EYNİ ÇƏKİYƏ MALİK PUBLİSİSTİK ÇIXIŞLARLA ÖZÜNÜ SIĞORTALAYA BİLİB.

ÇOX ZAMAN ÇOXLARININ VURĞULADIĞI "YARDIMLI ÜÇÜN HEÇ NƏ ETMƏYİB" ATMACASININ CAVABI YARDIMLILARIN ARZULADIQLARI DİRÇƏLİŞ UĞRUNDA İLK OLARAQ ÖZLƏRİNİN BOYUN YÜKÜ OLAN HEÇ NƏYİ ETMƏDİKLƏRİDİR.(bu mövzu böyük olduğu üçün onun detallarına toxunmuram).. Sizin təbirinizcə desək, "susanlar"dan olmayıb Rüstəmxanlı - MM-in stenoqramları buna şahidlik edir...

Amma görünən dağın da ərz etdikləri var. Ərz edilən budur ki, həm Rüstəmxanlı, həm də indki deputat üçün Yardımlı deyəsən ancaq Viləşin sağ sahili anlamında olub, Viləşin sol sahilinin nə Rüstəmxanlıya, nə də indiki professora deyəsən aidiyyatı olmayıb sanki - buna da batıb gedən Yardımlının reallıqları şahidlik edir.. Bu da ayrı bir mövzunun söhbəti olduğu üçün ətraflı və detallı şəkildə buna da toxunmuram...

Axı niyə "bir gün artıq oruc" olmalıdır?mövzusu....Sizin mollakratiya rejiminin siyasətinə, Rüstəmxanlının fəaliyyətinə münasibətiniz qismən də olsa yaxşı mənada bəllidir və alqışlanasıdır. Ancaq Sizin bəlli mövzunu bir yana qoyub məmur özbaşınalığını diqqət mərkəzinə gətirməyiniz və dolayı yolla "susqunluq"da sandığınız Rüstəmxanlını hədəf olaraq göstərməyiniz məncə düzgün deyil.

Siyasi hakimiyyətlər ötəridir, o dediyiniz və əməllərindən bu gün zarə gəldiyimiz məmurlar "göstərən saətdə dövrani-fələk bir inqilab" zülümləriylə birgə yerə kömüləcəklər. Yığdıqları paralar da köməklərinə gəlməyəcək, etdikləri zülm, problemlərimizə münasibətdə sayğısızlıqları ucbatından urvatlı ölüm belə həmin məmurlara nəsib olmayacaq. Və bu hansısa Nostradamysluq deyil, İlahi Ədalətin hökmüdür...

Beyinlərin yuyulması, milli özünüdərkin arxa plana keçirilməsilə ideoloji terrorla dövlətçiliyimizin, millətçiliyimizin hədəf götürülməsinin bədəli ağırdır. Bu mənada Rüstəmxanlı Zamanı içindən keçirir, "Dərdə əyilmə!" deyir, dövlətimizi, millətimizi "Sunami" təhlükəsindən qorumağa çalışır. Belə olan halda Sizin timsalınızda dövrün eybəcərlikləri, dövrün zülmünə görə dolayı yolla Söz Adamını "susqunluq"da günahlandırmaq düzgün deyil. Hansı ki, bu Söz Adamının yazdığı kitabların təkcə adlarına diqqət kəsildikdə görürsən ki, dövrün bütün eybəcərlikləri o kitablarda publisistik dillə izhar edilib...

Maraqlıdır, milyard yarımdan çox müsəlmanın içində bir ağıllısı elə Sistaniylə onun buyruq qulu olan İran rejimi oldu!? İran adlanan riyakarlar məskəni Allahın əmrlərini belə əxlaqsız siyasətin predmetinə çevirib. Və bu əxlaqsızlığa Rüstəmxanlının diliylə desək "din donu" geyindirirlər. Məşədi istehsalı, təsbeh, möhür ixracıyla Azərbaycanı "fəth" edən İran rejimi ümumiyyətlə islam dünyasının üz qarasıdır. Şamaı rəsədxanasının müşahidələrini bir yana qoyub mollakratiya rejiminin zümzüməsiylə uyumaq da o üz qarasının görüntüsüdür. Rüstəmxanlı da güzgüdə bizi bizə göstərir, güzgünü sındırmağa cəhd etməyək...

Dediyiniz "hər şey" də əla deyil. Bununla bağlı Rüstəmxanlı MM tribunasından səthi də olsa dəfələrlə məsələ qaldırıb.. Onun cavabdehlik missiyasının sınırları bura qədərdir, ondan o yana hökumətin vəzifəsidir...

Bir məqamı da deyim."Zəhmətkeş məktubları"nı, hər şeyin əla olduğunu yuxarı instansiyalara bildirən elə problemlərin məngənəsində inləyən Toplumun özüdür, Rüstəmxanlı deyil ki! Kənddə ekoloji fəlakət yaşana-yaşana Toplumun heç bir şikayət ərizəsi yoxdursa Rüstəmxanlı durub mötəbər tribunadan hansı arqumentlərə söykənərək çıxış etməlidir ki?

Və sonluq kimi: indi nə olsun Türk Dünyasının Ağsaçlılarından, Ağsaqqallarından Biri olan millət vəkili SABİR RÜSTƏMXANLI ilə hələ də Viləşin sol sahilindəki Yardımlı seçicilərinin görmədikləri "ən gənc tarixçi professor"gilin kəndlərinin problemləri yavaş-yavaş aradan qalxır, digər kəndlərsə fəlakətin girdabında can verirlər. Sözarası deyirəm, "za to" bizim deputatlar "həmrəyliyin carçısı" və deyildiyi kimi "Azərbaycanda ən gənc tarixçi professor"dur...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar