QUYRUĞU VƏ YALI KƏSİLƏN MƏTBU AT

Manset / Yazarlar 22-iyl, 06:289 tv713 89 0


QUYRUĞU VƏ YALI KƏSİLƏN MƏTBU AT

İGİD TEYMURLU



DEMƏLİYƏM....





Bu gün 22 iyul - Milli Mətbuat Günüdür. Bayram münasibətilə bütün jurnalistləri təbrik edirəm. 147 il bundan öncə böyük Zərdabinin sayəsində fəaliyyətə başlayan "Əkinçi" nə yazıq ki, bu gün sanki geni dəyişmiş toxumlara da möhtac olub. Bayram günü olsa belə yenə bu zadlarla bağlı bəzi məqamları demək məcburiyyətindəyəm. Jurnalistin missiyası obyektivlikdirsə və obyektivlikdir də, onda nədən bugünkü "jurnalistika" Siz deyən kimi "malalayır"? Bu gün eybəcər cəmiyyət kodeksini millətin düşüncəsinə yeridən də, onu oturaq hala gətirən də elə jurnalistikada özünü "media generalları" adlandıran və onları paradan asılı vəziyyətə salanlardır. Yetər ki, bu ayinədə özünüzə və eybəcərliyi yaşam tərzinə çevirdiyiniz cəmiyyətə baxasınız. Amma hələ mən yüzdə birin yazıram haaa - bayram günü ovqatınız təlx olmasın deyə. Çapın başqa örüşdə otardığınız MƏTBU ATINIZı, çapın - istər yallama, istər yüyənli....

Axı necə olur ki, bir yandan parasızlıqdan ağlayan "baş redaktor" başqa bir yandan da 70-80 minlik maşında gəzir, amma onun rəhbərliyi altında işləyən sıravi jurnalist gününü peraşkiylə keçirib, küçələri piyada gəzməkdən ayaqqabılarının dabanı da əyilib, yeyilib gedir?

Və bu hal istər çap , istərsə də elektron KİV rəhbərlərinin tam əksəriyyətinə aiddir. Tənqid edilən məmurların iyrənc maraqlarını, dağıdıcı fikirlərini cəmiyyətə "həqiqətin özü" kimi sırıyan elə həmin "baş redaktor"lar, "malalayan" jurnalistlər deyilmi?!

Qozbel Mediçiləri cəmiyyətə gözəllik mücəssəməsi kimi təqdim edən elə həmin "baş redaktor"lar, "malalayan" jurnalistlər deyilmi Azərbaycan məkanında?..

Dünən söydüyünü, "bütün bəlalarımızın baisi" timsalında cəmiyyətə hədəf kimi göstərdiyini bu gün "250 illiyin adamı" kimi elə həmin cəmiyyətə təqdim edən jurnalistika deyilmi!?..

Jurnalistikanı öz "hakimiyyəti"ndən endirib siyasətin quyruğuna bağlayan, söyüş janrını mətbuata, ailəvi dostluğu belə tapdalamaqla əxlaqa söykənməməyi siyasətə gətirən "as jurnalistlər" deyilmi?...

Dünən yazılarında "hakimiyyətə qənim kəsilmək"lə rəhmətlik Elçibəyin, Sabir Rüstəmxanlının, Əli Kərimlinin, Isa Qəmbərin, Rəsul Quliyevin, Ilyas Ismayılovun, Ayaz Mütəllibovun, Etibar Məmmədovun bir nömrəli təbliğatçıları olanların tam əksəriyyəti bu gün "yaşadığı mühitin və zamanın yetişdirdiyi lider"in məddahlarına çevriliblər. Zatən burada liderin də bir suçu yox. Suç qarın niyyətli, mədə niyyətli jurnalistikanındır. O jurnalistika ki, hadisələrin və fərdlərin arxasınca sürünür. Sürünən jurnalistikanın cəmiyyətə nəsə verəcəyisə heç Bernard Şounun məzhəkələrində də yoxdur, xanımlar və bəylər!..

Bir qrupdan büt yaradıb jurnalistikanı monopoliyaya alanların guya ki, tənqid edilən məmurlar tərəfindən diktə qulu kimi sanılması gözlənilən idi və zatən özləri məcburiyyət üzündən buna yol verirlər. Həmin jurnalistlərlə harın məmur, hakimiyyətdən ikiəlli yapışanlar arasında heç bir fərq yoxdur...

QHT sektorunda kim qrant almaq istəyirdisə yolunu mütləq Leyla Yunusun, Arzu Abdullanın "magistralı"ndan salmalı idi. Eyni hal bugünkü Azərbaycan mətbuatında da oturuşub. Azərbaycan mətbuatı başdan başa şəbəkələşib. Şəbəkə mətbuatını yaradan da elə haqqında danışdığımız "üzdə olan jurnalistlər" və o jurnalistlərə yaşıl işıq yandıran hakimiyyətin, müxalifətin, hansısa sektaların nümayəndələridir. Kütləvi informasiya vasitələrinə dəstək ya bu qrup üzvlərinin, ya da onların "bığının" altından keçənlərin boyuna biçilib - harada para, harada ev, harada orden, medal varsa, orada 10-12 " media orqanı" var, vəssalam, şüttəmam...

Mətbuatla bağlı qurumlar (əslində mətbuatla bağlı olmayan qurumlardır bunlar) və mətbu "mütəxəssislər" də ancaq və ancaq sanki bu qruplaşmaların cangüdəni rolunda çıxış edir, Sözə və Qələmə tapınan müstəqil jurnalistlər və media orqanları da görməzdən gəlinir...

Sadəlövhlüyü də qoyaq bir yana. İndi deyirsiniz Toplumun istənilən bir üzvünün dərk etdiyi həqiqətləri idarəetmə pultunun arxasında oturanlar dərk etmirlər ki!?. Dərk edirlər, özü də o sıravi təbəqə nümayəndəsindən azı on qat artığına. Sadəcə olaraq, öz işlərini gördüklərindən bizə ələbaxan, gözüqıpıq, yaltaq, milli-mənəvi dəyərləri görməzdən gələn cəmiyyət formalaşdırmaq üçün beləcə ahəstə davranmaqdadılar. Vasitə kimi istifadə edilən "as jurnalistlər" də isti əllərin hənirtisindən xoşhallanan qulbeçə rolundadır.

Ötən əsrdə ikinci dəfə qazandığımız müstəqillik dövründən ta indiyə qədərki dövrü əlüstü təftiş edin. Götürün baxın dağ başına qaldırılan adlı jurnalistlərin bu illər ərzindəki mətbu fəaliyyətinə. Bu "əməkdar jurnalistlər"in, orden, medallı "qələm əhli"nin xidmətini qoyun ortalığa - görək millət və dövlət adına bunlar nə ediblər. Demirəm, bunların içərisində də haqq edənləri var, ancaq bu kateqoriyadan olanlar axı onlarladır və bəlkə də yüzlərlədir. Baxaq görək ki, bu "adlı, şanlı jurnalistlər"in bütövlüyümüz, birliyimiz, həmrəyliyimiz, millətçiliyimiz, dövlətçiliyimiz, düşmənə nifrət, dosta sevgi ruhunda nə qədər yazıları olub?. Bunlar nəyi və kimi təbliğ ediblər, maarifləndirmə istiqamətində hansı işləri aparıblar, prinsipiallıqları hansı mərtəbəyə qədər olub, "zamanın yetişdirdiyi lider" konusunda onların mövqeyi necə olub?. Bax onda kimlərin əlinin kimlərin cibindən çıxdığının da şahidi olacağıq..

1997-ci ildən Azərbaycan mətbuatındayam. Mətbuatla bağlı söylənilən moizələrin iç üzü və kimlərin əyilə-əyilə hansı qapıdan çıxmasının tam əksəriyyəti mənə bəlli. Əməllərim, yazılarım mənim kimliyim olub və bundan da qürur duymuşam, duymaqdayam. Mətbu sfera başda olmaqla heç zaman namərd körpüsündən keçib tülkü kölgəsində yatmadım - bu, mənə yetər! Dövlətim vətəndaş olaraq, jurnalist olaraq mənə münasibətdə babalıq vəzifəsini yerinə yetirmədi. Çörəyimi ağuya döndərən qəhbələrə, oğraşlara möhtaclıq qurtuluş yolu kimi göstərilsə də, bıkmadım - öncə Silahımla döyüşdə, sonra Qələmimlə Sözün Çəng Meydanında mücadilə apardım və aparmaqdayam.... İndi kim necə baş saxlayıb və saxlayır, bu da onların öz fakturası, bu da onların öz şəxsi işləridir, mənə nə!?

Bütün bunların fövqündə yetər ki, sizlər mətbuat adına yox, MƏTBU AT adına - minib çapdığınız MƏTBU AT eşqinə danışasınız! Zərdabi ənənələrini dilinizə belə gətirməyin ki, Zərdabinin goru çatdayar!

Əgər mətbuatla bağlı qurumlar il ərzində gerçək jurnalistikanın izləmirsə , yaxud izləyə bilmirsə, onda bunlar nə işlə məşğul olurlar? Yaxud, kiminsə soyunması, kiminsə kiminləsə yatağa girməsi, toyuq üstündə balta davası ilə bağlı verilən say hesabı informasiyalar axı bu cəmiyyətə nəyi bəxş edir ki, "işin keyfiyyəti" müzakirə ediləndə də belələrinə "mütəxəssislər" "hə" deyirlər!?..

Obyektivlik naminə bütün bunları söylədim. Və söylədiklərim yaşadığımız gerçəyin yüzdə biridir. Ki, "qare"lərdən kimsə deyilənlərə müqabil dişlərini sıxıb gözlərini bərəltməsin. Hər kəsə bəllidir ki, bu gün nəinki jurnalistikada, bütövlükdə Azərbaycanda mənəviyyatın bir loxma çörək üzündən para hesabına zorlanması prosesi gedir. Yetər ki, sındırdığınız güzgünün qırıntılarında özünüzə baxın. Bu da o güzgüdə mənim gördüklərimin yüzdən birisi idi. Biz piyada olsaq da, qəlbimdən gələn zadlar söyləyir ki, mətbuatın əhdini kəsən sizlər, Zərdabinin Ruhundan ayıbdır. Sizlər mətbuatdan yox, Mətbu Atdan danışın, çapın MƏTBU ATINIZı, çapın;- 147 ildən sonra yalı və quyruğu kəsilmiş MƏTBU ATINIZı!!!
BAYRAMIMIZ QUTLU OLSUN!...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr