GÜNEY AZƏRBAYCANDAKI QƏTLİAM VƏ SUSAN DÜNYA

Manset / Yazarlar 14-noy, 15:259 tv713 63 0
GÜNEY AZƏRBAYCANDAKI QƏTLİAM VƏ SUSAN DÜNYA



İGİD TEYMURLU




TƏBRİZ AZƏRBAYCANDIR!




İran adlanan ölkənin Güney Azərbaycanda türklərin qətliamına, türklərin assimilyasiyasına qol qoymaları 1979-cu il "islam inqilabı"ndan sonra daha qəddar, daha prinsipial və daha da məqsədyönlü bir forma alıb. İran-İraq müharibəsi zamanı türklərin planlı şəkildə məhv edilməsindən sonra bu günə qədər yaşanan dinc dövrdə Güney Azərbaycanda türklərin məskunlaşdıqları ərazilərdə sosial fəlakətin bilərəkdən həyata keçirilməsi sonucda əhalinin öz dədə-BABA YURD yerlərinin tərk etməsi və beləcə assimlyasiya prosesinin sürətlənməsinə qol qoyulub. Sonradan İranda inzibati ərazilərin türksüzləşdirilməsi məqsədilə atılan siyasi addımlar, bütövlükdə türklərin bütün hüquqlardan məhrum edilmələri fars rejiminin daha da quduzlaşdırdı. Və rəsmi Tehran gah Təbrizi, gah Ərdəbili, gah da Güney Azərbaycanın digər şəhərlərini qalmağa başladı. Quzeydə parlayan Günəşin şəfəqləri molla rejiminin gözünə sancıldı, unutmaq və unutdurmağa istədilər ki, TƏBRİZ AZƏRBAYCANDIR!..

"Azadlıq, Ədalət, Milli hökumət!", - deyə hayqıran Güney Azərbaycan türklərinin səsi çox təəssüf Kİ, dünya çapında nədənsə eşidilmir. Məsələyə münasibətdə dünya birliyinin loyal münasibəti də bu prosesi daha da dərinləşdirib və İran bu günkü öz quduzluğunu nümayiş etdirmədədir. 15 min nümayişçiyə edam cəzasının verilməsiylə bağlı səsləndirilən qərar da bunun görüntüsüdür...

QUZEY AZƏRBAYCAN GÜNEY AZƏRBAYCAN İLƏ BAĞLI DİPLOMATİYA MÜSTƏVİSİNDƏ ƏMƏLİ FƏALİYYƏTƏ KEÇMƏLİDİR!

Xaricdə fəaliyyət göstərən diplomatik korpus və nümayəndəliklərimiz, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız həm də Güney Azərbaycanın hayqıran səsi,danışan dili olmalıdır. Fars rejiminin türklərə münasibətdə qaniçən siyasəti demokratik vasitələrdən istifadə etməklə ən kiçik detallarına qədər dünya ictimaiyyətinə çatdırılmalıdır.

BÜTÜN İCTİMAİ-SİYASİ İNSTİTUTLARIN, MƏTBUATIMIZIN FƏALİYYƏTİNDƏ PRİORİTET GÜNEY AZƏRBAYCAN MÖVZUSU OLMALIDIR!

İqtidar müxalifət münasibətlərində 44 günlük müharibədə olduğu kimi ortaya bir nizam qoyulmalıdır. Sol, sağ, liberal, mərkəzçi təmayüllər üzərində fəaliyyətini quran müxalif qüvvəllər ödünyanın dörd bir yanında ilişgidə olduqları siyasi qüvvələrlə daim təmasda olmalı və onların diqqətini də fars rejiminin Güney Azərbaycanda həyata keçirdiyi qətliama yönləndirməlidir. Ölkənin bütün mətbu nəşrləri hər gününü Güney Azərbaycan mövzusuyla açmalı, faktlara söykənən materiallar bütün mümkün vasitələrdən istifadə etməklə dünya ictimaiyyətinə çatdırılmalıdır.

QURAN OXUMAQLA DONUZ DARIDAN ÇIXAN DEYİL - bunu Şuşada da gördük!

Dünya birliyi GÜNEY AZƏRBAYCANda törətdiyi barbarlığa görə fars rejiminə bədəl ödətdirməlidir - NECƏ Kİ, UKRAYNADA TÖRƏTDİYİ BARBARLIĞA GÖRƏ RUS FAŞİZMİNƏ ÖDƏDİR! Doğrudan da özgürlük, haqq, ədalət uğrunda aparılan mübarizə demokratik təsisatların diqqət mərkəzindədirsə, onda fars mollabaşılarına saqqalda feyz olmamanın faktoloji əsası ortaya qoyulmalıdır. Və onlara başa salınmalıdır Kİ, saqqalda feyz olsaydı, keçiyə Kəraməddin ağa deyilərdi.

YOX DÜNYA BİRLİYİ QARABAĞ MƏSƏLƏSİNDƏ OLDUĞU KİMİ YENƏ DƏ SUSACAQSA, ONDA SÖZ ARXASINDA 350 MİLYONUN DAYANDIĞI 50 MİLYON DƏMİR YUMRUĞUN OLMALI! Azərbaycan öz gücü hesabına yenə də beynəlxalq təşkilatların vəzifələrini yerinə yetirməli, əməldə öz soydaşına sahib çıxmasının formatını ortaya qoymalıdır!
Quzeydə parlayan Günəşin şəfəqlərinin Güneyi isidəcəyinə heç kimin şübhəsi olmasın!

#TƏBRİZAZƏRBAYCANDIR!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr