VAY BƏ, "NƏHLƏT MƏNİM ZƏNDİMƏ"

Manset / Yazarlar 03-mar, 16:369 tv713 34 0


İGİD TEYMURLU


SİZLƏRİ BƏYAN EDƏN DİLİNİZİ ALQIŞLAYIRAM...




Anadolu türklərinin sözü olmasın, "VAY BƏ!!??"...

Acı bir ölümün bioqrafiyası həm də bir çox ədəbi, dini, kulturoloji və siyasi interpretasiyalara ayna tutdu...

Elmin ziyasına doğru gedilmədi, elmin ziyası daşlandı və başqalarına görk olsun amacıyla bu daşlanma getdikcə daha kreativ formatlar aldı. Və beləcə elmin "ziyası" da, ziyalısı da özünü kölgədə günə verənlər tək davrandı - ölməkmi, yaşamaqmı dilemması qarşısında mağmuncasına boyun bükdü...

Oxuyub agah olacağımız və öyrənməli olduğumuz Gerçək Kəlmələr taxça mədəniyyəti, taxça səriştəsiylə qorundu, hifz olundu haqq olan qüvvətimiz sayəsində. Ancaq Gerçək Kəlmələr taxçalara hədiyyə edildiyi üçün meydan quranların deyil, mənən qıranların oldu, qüvvətin haqlığı sübut edilmədi...

Əvəzində Gerçək Kəlmələr gözümüzdən iraq, başımızın üstündə məxməri parçaya bükülü halda qaldı, üstünü toz basdı. Oxumadıq, halbuki o Gerçək İlahi Kəlmələrin birincisi "OXU"dur!..

Meydan fars və ərəb təxəyyülünün məhsulu olan "inanclar sistemi"nə verildi, bəsirət gözləri qapadıldı. Tarixi faktları söyləyəcək dillər dillərin söyləyə bilməyəcəyi faktların önündə yaşmaq tutdu. Danışmadı, susdu, danışanda da qarın psixologiyası ilə danışdı, zehniyyətlə yox. Mədə niyyətli zehinlər yuyuldu, özgə üsuluyla qüsullandı. Bir yandan Qurana ləbbeyk deyildi, bir yandan da Quranlar linç edildi. Millətçiliyə başqa don geyindirildi. Ümmətçilik çilikləndi. Özümüz olmadıq. Zaman-zaman özüm oldum, üzüm olmadı ki, gerçəyi söyləyim yanaşması sərgiləndi. Ərəbistandan, Irandan fırlanıb gələn növbə bizə gəlib çatanda çırağın yağı qurtardı. Yoldan irəli olan yoldaş, evdən irəli olan qardaş həqiqəti yoldan keçənə yumaq sarıtdıranların ideoloji konsepsiyaları sayəsində unutdurulmaqda. Kəsilən başın zülfü üçün ağlamağın yaşam tərzinə çevrilmə xoşbəxtliyini yaşamağın isterikasındayıq....

Bu kimi nəsnələri saymaqla bitəsi deyil. Bitən fikir bundan ibarətdir ki, xəmirin çiyi dərd gətirər, əfəndilər. Cida ilə qulaqlara pambıq tıxamağa çalışmayın. Müqəddəs Quran tək məsumun Allah (c.c) olduğunu buyurur, sizə xatir, məsum sandıqlarınızın soyundan gələn Əbülfəzl Abbas haqqı podiuma çıxardıqlarınız ayıbdır...

Sadalanan və sadalanmayan mövzularla bağlı fərd olaraq mən bəzi AYDINLARIMIZI, bəzi siyasətçilərimizi, ictimai, dini, siyasi, ədəbi və sosial cameənin digər sahələrində xüsusi çəkisi olan bir qisim dostları danışıqlarında və yazılarında tez-tez bəyan etdikləri kimi "...Azərbaycan İnsanına ən böyük önəm verən, ta bu günədək vətən taleyini düşünən kəslər", ağa ağ, qaraya qara deyən, əsən küləklərdən bizləri zamanında xəbərdar edən, varlığımıza susamışların şərindən dövlətimizi, millətimizi qurtarmağa çalışan ağ əbalı, göy qurşaqlı baba dərviş sanmışdım və sanırdım...

Rəhmətlik İbadulla dayımın SÖZü olmasın, "NƏHLƏT MƏNİM ZƏNDİMƏ"...

Bəzi AYDINLARIMIZI, bəzi siyasətçilərimizi, ictimai, dini, siyasi, ədəbi və sosial cameənin digər sahələrində xüsusi çəkisi olan bir qisim dostları da rus-fars-erməni triosunun türkə qarşı düşmən mövqedə dayanmasını, bununla bağlı ölkəmizdə sabitliyi pozmaq üçün bütün mümkün vasitələrdən yararlanma imkanlarını nəzərə alıb da, hər an buna qarşı adekvat reaksiya verəcəklərini sanmışdım və sanırdım...

Rəhmətlik İbadulla dayımın SÖZü olmasın, "NƏHLƏT MƏNİM ZƏNDİMƏ"...

Bəzi AYDINLARIMIZI, bəzi siyasətçilərimizi, ictimai, dini, siyasi, ədəbi və sosial cameənin digər sahələrində xüsusi çəkisi olan bir qisim dostları geostrateji məkanda baş verən prosesləri, zaman faktoru çərçivəsində müxtəlif üsul və metodlardan istifadə etməklə hazırlanan münbit şəraiti, Azərbaycana düşmən gözüylə baxanların məmləkətimiz üçün qurduqları hörümçək torunu bəsirət gözüylə gördüklərini sanmışdım və sanırdlm

Rəhmətlik İbadulla dayımın SÖZü olmasın, "NƏHLƏT MƏNİM ZƏNDİMƏ"...

Bəzi AYDINLARIMIZI, bəzi siyasətçilərimizi, ictimai, dini, siyasi, ədəbi və sosial cameənin digər sahələrində xüsusi çəkisi olan bir qisim dostları Bütöv Azərbaycan, Turan sevdalısı, dövlət və millət olaraq son amacımıza qədər yürüyəcək YOL ADAMLARI olaraq bunun qarşısını almaq üçün ortaya atılan ideolojiləri faş edəcək bilim adamı sanmışdım və sanırdım...

Yenə də rəhmətlik İbadulla dayımın SÖZü olmasın, "NƏHLƏT MƏNİM ZƏNDİMƏ"...

Həmin AYDINLAR, HƏMİN SİYASƏTÇİLƏR, HƏMİN İCTİMAİ, DİNİ, ƏDƏBİ, SİYASİ VƏ SOSİAL CAMEƏNİN digər sahələrində xüsusi çəkisi olan dostlar mənim zəndimdə yanıldığımı bir ölümün bioqrafiyasında apaydın bəyan etdilər...

Əfəndilər, doğrudanmı sizlər bunca illər ərzində ayaq açan yalanlar üzərində yeridiyinizi sanmısınız!? Bu, yerimək deyil! Bu, yalanların isterikasıdır! Ki, bir ölümün parıltısında bu isterika apaydın görünməkdə....

SÖZARDI: Zəndimə görə Özümü dönə-dönə qınayır və həm də zəndimin qarşılığında SİZLƏRİ BƏYAN EDƏN SİZİN DİLİNİZİ ALQIŞLAYIRAM.....

SÖZARDININ ÖZÜNƏ DƏ SÖZARDI: Dəli könlümdən çimən bir adamın misalını çəkmək keçdi, əxlaqıma müğayir olmadığı üçün zəndimə nəhlət deyib pozanı əlimə götürdüm. Ancaq məni aldadan zəndim həm də həqiqətlərin doğulması prosesində bir ƏBƏÇİ (sözün mənasını bilməyənlər Yardımlı kökənli dostlarına müraciət edə bilər) oldu. Televiziyalardan hansındasa belə bir veriliş var idi e, "TANIDIM SƏNİ"!

Anadolu türklərinin sözü olmasın, "VAY BƏ!!??"...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar