Mir Şahinin "XƏBƏRÇİ"liyi
VƏ KÖTÜKLÜYÜ GÖRÜNƏN, SİTAYİŞ EDİLƏN BÜTLƏR
Mətbuatın öz dili var - publisistika. Bugünkü mətbuatın "samozvanets generalları"nın 80 faizinin bu dildən xəbəri yoxdur. Qalır 20 faiz. Yazı kontekstində hədəfləri müəyyənləşdirmək potensialını hələlik kənara qoyaq, faktiki olaraq döyüşsüz əldə etdiyi zirvə baxımından mətbu generallardan biri də ŞAHİN AĞAYEV( MİR ŞAHİN)dir.
Mir Şahin vaxtilə yerin altını belə öyrənə-öyrənə "kanalizasiya lükü"ndən mətbu sferaya boylanıb çıxdı. Durduğunuz yerin altını da, üstünü də öyrəndi. Unutdu, onda Mir Şahinə və Vahidə uzanan əllər var idi "AZƏRBAYCAN"dan...
Şahin Ağayev özünə bir "MİR" formalaşdırdı. "Xəbərçi" kimi böyüdü, amma onu ictimai, mətbu sferada böyüdənləri sonradan ya yada salmadı, ya da el gözünə bu konuda addım atdı.
ANS abbreviatürası altında ÖZÜNÜ mətbu infuzorlardan gizləməyə çalışsa da, unutmuşdu ki, qəlsəmələr onundur.
AMMA VƏ LAKİN mətbu infuzorlar özünü suda balıq kimi hiss edən Mir Şahinin "qəlsəmələri" arasında məhrəmanə işini görməkdə idi. Adamın sanki özündən xəbəri yox idi. Ancaq hər kəsdən xəbər verir, hər kəs də onu özünə əsas XƏBƏRÇİ olaraq sanırdı...
ANS olaraq çox hündürlüyə tullandılar, çox uzununa hoppandılar. Zatən əl çalanları da çox oldu. Onlara elə gəldi ki, "Ən yeni tarix" yazırlar. Amma özləri "Ən yeni tarix"imizin lap elə deyəlim ki, rəhmətlik Seyidağa Mövsümlü adlı səhifəsini ya unutdular, ya da hansısa maraq naminə yaza bilmədilər. Acı bir reallığı unutdular ki, tarix hər zaman özündən sonra yazılıb.
"Döyüş alnınıza, alnımıza yazılıb!" - desələr də, Savaş Adamlarına haqq tanımadılar.
Mətbu kreslo, mətbu divana uzanan yolun dolanbac cığırlarıyla bağlı çox yazmaq olar, buna hacət yox!
Beləcə ANS kino diliylə desək, Nikolay kimi özü-özünə elədi...
Beləcə ANS-un hündürlüyünə, BOYUNA qamış tutuldu..
Bütün bu oyunlarda əsas personaj Mir Şahinlə Vahid Naxış, Seyfulla cütlüyü idi.
Beləcə üçü birində olan qazanın qapağı bağlandı...
Beləcə ANS-in sürəti yavaşıdıldı və lükə doğru yuvarladıldı...
Və həm də beləcə əvvəlki formatda bir az hoppanıb, bir az tullanandan sonra yollar ayrıldı. Özünün dediyi kimi, daha onun başının üstündə Seyfulla-Vahid cütlüyü yox idi. Mir Şahin REALlığı beləcə gərəkən tərəfə mesaj formasında ötürdü və "REAL"da öz aZADLIĞINA QOVUŞDU.
ZƏRURİ QEYD: çoxları Mir Şahini "hakimiyyətə işləmək"də suçlu bilir.
Əvvəla, sual olunur, bəs kimə işləməlidir, çoxları kimi rusa, farsa, erməniyə!?
VƏ ƏN ƏSASI: Adam ilk verilişdəcə vurğulamışdı ki, ANS-də sizlərə imkan yaratdım, əvəzində məni söydünüz, daşladınız. İndi də mən siz deyən kəslərə işləyəcəm və sizi biçəcəm.
Və bütün bunların fonunda ağına bozuna baxmadan çox adam onun ünvanına səviyyəsinə uyğun şəkildə mövqe sərgiləməkdə. Mir Şahin də öz işində, öz işinin başında....
"Mən"lə danışmaq mətbu prinsiplərə zidd olsa da, demək zorundayam: Mir Şahini mətbuatda ən çox tənqid edənlərdən biri də mənəm.
ANCAQ REALLIĞI DA DEMƏLİYİK. Mir Şahin son dövr publisistikamızın Birincisi olmasa da, Bir İncisidir. İndiki fövr jurnalistikamızın tarixinə əgər iki nəfərin adı düşəcəksə, onun biri Mir Şahindir. Razılaşmayan varsa Mir Şahinlə virtual və vizual dillə danışıb, alternativ olaraq öz potensialını ortaya qoysun.
Və həmin tənqidlərin içində onu da yazmışam ki, bəli, mətbuatın dili publisistik dildir. Bu gün Azərbaycan mətbuatında Mir Şahinlə publisistik dillə danışa biləcək "büt", "media generalı" yoxdur!
VƏ kötüklüklərini gördüyümüz bütlər SINDIRILMALI, o "mətbu generallar"ın rütbələri əllərindən alınmalıdır!
Çünki zaman-zaman bu "generallar" MƏTBU ATI yallama çapıb, sözü öz ucalığından endirərək siyasətin quyruğuna bağlayıblar.
Bütləşdirdiyiniz kəslərin rəhbərlik etdikləri mətbu orqanda gətirin mənə Zərdabi ənənələrinə söykənməklə dərc edilən bircə nömrə göstərin. Müxalifəti, yaxud hakimiyyəti söymək, "ötürülən materiallar", insan haqları, söz azadlığı və digər faktorlarla bağlı beynəlxalq təşkilatların hesabatları üzərindən özününküləşdirilən yazı dili ilə mətbuatın hansı inkişafına nail olmaq mümkündür, əfəndilər? Dünən müxalifəti, hakimiyyəti "söyən" bu gün onların dostu kimi davranır, onlardan aylıq para, qərargah, ev, orden, medal alır və hər zaman Mir Şahini söyənlər yenə də "oğlan" doğan qoyunlarının yelninə baxıb fərəhlənirlər!!!
Şəbəkələşməni, söyüş, qarğış janrını, tənqidi təhqir formatında təqdimetməni, yalan və riyanı, ikiüzlülüyü, xarici xəfiyyələrin koordinatorları kimi davranmanı, fəaliyyət göstərməni Azərbaycan mətbuatına Mir Şahin gətirib, yoxsa büt sandıqlarınız, əfəndilər?
Beləcə mətbu fəaliyyətin yalan üzərində qurulması mətbuatın yaşamını stumullaşdırıb. Və beləcə "generallar" "Lukoyl"un restoranında, sıravilərsə 28 maydakı peraşki budkalarında daimi qonaq olublar və olmaqdadılar.
Və beləcə leksikonumuzda söyüş janrı işlək status aldı. Söyüş söyməyə nə var ki. Bu da şəksizdir ki, söyüş söyən o söyüşün ikiqat qarşılığını özünə qəbul edənlərdəndir.
"Miri bu hakimiyyətə işləyir" deyənlər, mənə deyin görüm, Azərbaycanda özü-özünü maliyyələşdirə biləcək hansısa siyasi qurum, hansısa televiziya, hansısa digər KİV orqanı varmı?
Yoxdur beləsi!
Deməli ki, adıçəkilən qurumları ya hakimiyyət, ya da xaricin xəfiyyə orqanları maliyyələşdirir...
Onda sizin Mirinizi "bu hakimiyyət" xalqın puluyla maliyyələşdirirsə, qorxulu bir şey yox. Qorxulu olan xaricin xəfiyyə orqanları tərəfindən maliyyələşənlərdir ki, çoxu da bunlara üstünlük verir. Və burada faizlərin monitorinqinə ehtiyac yox. Yüz faizdir ki, cəmiyyətə bütün eybəcər kodeksləri sırıyan mətbuatın "qəlsəmələri" arasında gizlənən "samozvanets generallar"dır, söyülənsə yalnız Mir Şahin!? Hədəflərinizi düzgün müəyyənləşdirin, bəylər və xanımlar!
İGİD TEYMURLU
TV 713. az