SABİR RÜSTƏMXANLI NEFTÇALA ÜÇÜN NƏ EDİB?! (BİR HİSSƏ)

Aktual / Siyasət / Cəmiyyət / Manset 07-sen, 20:079 tv713 20 0






Neftçala xəbərləri (30.06.2020)
NEFTÇALADA SUSUZLUQ

Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb. Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb.Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb. Neçə müddətdir Neftçala camaatı su deyıb haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim, dincliyimiz yoxdur. Prezident administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlzmaq üçün səylərini əsirgəmirlər. Lakin həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir. Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvan-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, MM dəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz...
Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirdi. Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılmışdır. "Azərsu" səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənmişdir və bu iş iki ay ərzində tamamlanacaqdır... Görək bu iki ayı necə yaşayacağıq...

Sabir Rüstəmxanlı

*****

Neftçala xəbərləri (01.07.2020)
İŞSİZ QALAN NEFTÇALA NEFTÇİLƏRİ

Neftçala rayonunda məni ciddi şəkildə narahat edən məsələlərdən biri də 30 nəfər neftçinin işsiz qalmasıdır.
Pandemiya dövründə işçilərin ixtisarı və ya işdən çıxarılması ölkə rəhbərliyinin qərarı ilə yolverilməz olsa da Neftçalada fəaliyyət göstərən Qlobal Enerji Şirkəti 30 nəfər neftçini ixtisara salmışdır. Bəhanə neftın ucuzlaşması və şirkətin maliyyə durumunun ağırlığıdır... Neftçilər bir çox təşkilatlara müraciət etsələr də məsələ həll edilməmişdir. Bu barədə mən Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevlə danışdım, lakin o da məsələni həll edə biləcəyinə söz vermədi. "Özəl şirkətdir, işlərinə qarışa bilmirik." dedi. Halbuki, bu şirkət Azərbaycan ərazisində Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərməlidir.
İndiki şəraitdə 30 nəfər ailə başçısını işsiz qoymaq və hər cür sosial yardımdan kənarda saxlamaq olmaz! Bunun qarşısı alınmalı, neftçilər öz iş yerlərinə qaytarılmalıdırlar.

Sabir Rüstəmxanlı
*****

Neftçala xəbərləri (02.07.2020)
TƏBİƏTİN NİZAMINI POZMAQ OLMAZ!

Bu gün Neftçaladaydım. Rayon icra başçısı Mirhəsən Seyidovla görüşüb Kürün quruması, Xəzər suyunun çayı şorlaşdırması, koronovirusdan qorunmaq üçün görülən tədbirlər, əhalinin içməli su ilə təmin edilməsi üçün görülən tədbirlər barədə söhbət etdik. Neftçalaya su kəmərinin çəkilişi payızın ortalarına qədər uzanacaq. Bu arada camaata, hansı yolla olur-olsun, su verilməlidir. Su maşınları çatışmır. Neftçaladakı ağır durum "Azərsu" Səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovla MM - də keçirilən görüşdə də müzakirə edilmişdi. Bu barədə icra başçısını məlumatlandırdım. Mənim fikrimcə rayonu bu çətin vəziyyətdən çıxarmaq üçün kəsə yollardan biri tezlikıə müxtəlif bölgələrdə artezian quyularının qazılmasıdır. Başqa mühüm iş Kür çayının deltasında cənuba meyllənib Xəzərə tökülən ikinci qolunun bərpası və ya açılmasıdir. İndiki halda Kürün dənizə tokülən yatağı xəzriyə açıqdır və külək qalxan kimi çay yenə şor su ilə dolacaq. Bu, həmin bölgədə yaşayan ağsaqqallarıın fikridir...
Gün ərzində Neftçalalarla görüşdüm, sonra Kürün dənizə tokülən yerinə getdim. Bu böyük heyvandarlıq bölgəsində qızmar günün altında xırdabaşın, iri buynuzlu mal-qaranın çay yaxasına dağılıb vurnuxa-vurnuxa içməli su axtardığının şahidi oldum.
Sonra Həsənabad kəndində abadlaşdırmaq qərarına ğəldiyimiz Şəhidlər, Qəhrəmanlar parkında görülən işlərlə tanış olduq...
Və nəhayət, onu da qeyd edim ki,, heç yerdə təhlükəsizlik tədbirlərini unutmadıq...

Sabir Rüstəmxanlı, 02.07.2020

*****

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 61 saylı Neftçala seçki dairəsindən millət vəkili Sabir Rüstəmxanlı tərəfindən Neftçala rayonunda aztəminatlı ailələrə yardım edilib.
Yardım kampaniyası çərçivəsində Neftçala rayonu üzrə müəyyən olunmuş siyahı əsasında iki yüzdən artıq aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb.
Yüzdən çox ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib.
Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

*****

Neftçala xəbərləri (05.07.2020)
VAXT İTİRMƏK OLMAZ

Havalar istiləşdikcə Neftçalada içməli su məsələsi daha çiddi problemə çevrilir. Kürün Xəzərə tökülən yerində üzən qurgular işləyir, delta dərinləşdirilir, buna baxmayaraq şor su Kür boyu qalxmaqda davam edir və artıq Surra kəndinə çstmışdir. Deməli, bu işdə bir yanlışlıq var. Deltada cənub istiqamətli Bala Kürü bağlamaq düzgün olmayıb. Balıq mafiyasına görə çayın təbii istiqamətini dəyişmək olmazdı. Bunu yerli adamlar deyir. Kürü tanıyan, təcrübəli adamlsr... Mən də ötən yazımda buna işarə vürmuşdum. Doğrudur, yalandır? Qoy təcili komissiya yaradılsın, mütəxəssislər və yerli adamlar müzakirə eləsinlər, bir çıxış yolu tapılsın. Verilən təklif böyük xərc tələb eləmir...İndiki halda görülən işlər fəlakətin qarşısını almır, vəziyyəti daha da ağırlaşdırır...
O ki qaldı Neftçalaya çəkilən su kəmərinə, burda qərar birmənslı olmalıdır. Bu, Aralıq dənizi sahilinə neft, qaz kəmərləri çəkən ölkə üçün su içimi kimi bir işdir. Yay uzunu 80 min əhalini maşınla, ovuc-ovuc paylanan suyla təmin etmək olmaz.40 km -lik kəmər nədir ki?! Tlkinti təşkilatları cəlb edilsə, gecə- gündüz iş getsə on günə bitirmək olar...Gərək hökumətimiz Heftçalada vəziyyətin ciddiliyinə ciddi yanaşsın. Payızı gözləmək olmaz!

Sabir Rüstəmxanlı
*****

NEFTÇALA XƏBƏRLƏRİ (12.07.2020)

1. Görülən işlərdən...
Hər gün Neftçaladan mənə onlarla zəng gəlir. Rayonda camaatın çoxu mənim telefon nömrəmi bilir. Milli Məclisdə ən çox məktub alan millət vəkillərindən biri mənəm və o məktubların da əksəriyyəti Neftçaladan gəlir. Üstəlik rayondakı köməkçim hər gün camaatın arasındadır. Arada özüm gedirəm, imkan olmayanda Bakıdan, Vətəndaş Həmrəyliyi Partiyasındakı köməkçilərim gedirlər... Bəziləri “bunlar müxalifətdir” deyib onları burunlamağa çalışsalar da, hər halda bizim üçün söz yox, iş əsasdır. Camaata kömək eləməyə çalışırıq. Bizə bu gözlə baxanların bir az “dövlətçi” təfəkkürü olsa belə cahillik eləməzlər... Demək istəyirəm ki, seçkilərdən bəri epidemiya və karantinə baxmayaraq rayonla əlaqəm bircə gün də kəsilməyib. Bunun bir səbəbi mənim iş üsulumdursa, başqa bir səbəbi Neftçalanln üzləşdiyi ağır durumdur, Kürün suyunun azalması və şorlaşması, rayonda nəinki səksən min nəfər insanın, həm də heyvanların, əkin-biçinin susuz qalmasıdır. Mən bu vəziyyət barədə lap başlanqıcdan Milli Məclisdə danışmışam, mətbuatda dəfələrlə yazmışam, əlaqədar təşkilatlar, nazirliklər üçün həyəcan təbili çalmışam. Respublika rəhbərliyi vaxt itirmədən bu məsələni nəzarətə götürüb, Baş Nazirin müavinin sədirliyi ilə özəl komissiya yaradılıb, Neftçalaya su kəməri çəkilişi sürətləndirilib, başqa məsələlərin həlli ilə bağlı müəyyən tədbirlər görülür . Bu işlər yetərlidirmi, görülən işlərin surəti bizi qane edirmi? Təbii ki yox! Bununla belə, nəzərə alırıq ki, bu problemin köklü həlli vaxt istəyir. Ancaq hər halda indiki vəziyyətdə başımızın üstünü qəfildən almış pandemiya şəraitində həm rayon rəhbərliyi, həm əlaqədar təşkilatlar, həm də bir millət vəkili olaraq mən əlimizdən gələni edirik camaatın içməli suya olan ehtiyacı, minimum şəkildə olsa da, ödənilsin...
Burdan keçirəm ayrı bir məsələyə...
2. Öz ağzı ilə danışmayan adamlar
Dünən mənə Neftçalanın Xolqaraqaşlı kəndindən bir zəng gəldi. Zəng vuranın adını çəkmək istəmirəm. Mən adamlara inanmağa öyrəşmişəm, buna görə də hardan gəlir-gəlsin, telefon zənglərində alt niyyət axtarmiram. Bunun əsas səbəbi illər uzunu xalqın sevgi mühitində yaşamağım və bütün səviyyələrdə səmimi, xoş münasibət görməyimdir. Bu da mənim “qazancım”, tale qismətim, bəlkə də xoşbəxtliyimdir. Ancaq Xolqaraqaşlıdan gələn zəngin havası mənə yad gəldi. Gördüm adam öz ağzı ilə danışmır; öz ağzı ilə danışsa da ya ağzı əyridir, ya da niyyəti.... Neftçalanın Xol səmtində son günlərə qədər vəziyyət nisbətən yaxşı idi; Kürdən ayrılan Akkuşa qolunun suyu şirindir. Surra kəndindən çəkilən Neftçala Magistral kanalı ehtiyaçı qismən təmin edilmişdi. Beton kanal Qazaxdərə ərazisində Salyandan gələn Akkuşaya birləşir. Kürdə dəniz suyu Surraya çatandan sonra kanal da şorlaşıb və onun Akkuşanı da çorlaçdırmasının qarşısını almaq məqsədilə şlüzlər bağlanıb. Bu o deməkdir ki, Xol kəndləri indi qalıb yalnız Surradan gələn şor suyun ümidinə. Pambığ suvarılmasının qızğın vaxtında bunun əhaliyə, sahibkarlara nə qədər ağır ziyan vurduğunu anlamaq çətin deyil. Zəng vuran bu məsələlər barədə bir xeyli danışdı; söhbəti uzatdıqca-uzatdı. Məndən tələb etdi ki, gedib pambiq tarlalarını gəzim, pambiğın batması haqqında rəhbərliyə məlumat verim, pambıqçılara dəyən ziyanı ödətdirim... Başa salmağa çalışdım ki, mən o kənddə olmuşam, pambığın vəziyyətini də bilirəm, hələ tam ümidsiz deyil. İkinci də, bu mənim işim deyil, bundan ötrü Kənd Təsərrüfatı Nazirliyi var, Nazirlər Kabineti var. Sonra başladı ki, təcili Kürün şorlaşmasının qarşısını alın. Dedim ki, bu işlə də başqa nazirlik məşğuldur. Budan sonra mövzunu dəyişdi, dedi ki, onda Kürün suyunu artırın! Yəni tələblər getdikcə böyüdü. Axırda dedim, ay qardaş, sən deyəsən çaşmısan, sən Allaha zəng vurmaq yerinə bir Millət Vəkilinə zəng vurmusan. Sənin dediyin məsələlər Allahlıqdır, mənlik deyil. Bundan sonra itihamlar başlandı: “Kürün qurumağının da, suyun şorlaımasının da günahkarı sizsiniz. Başqası seçilsəydi bunların heç biri olmayacaqdı”. Dedim: bəlkə bu pandamiyanın da günahkarı mənəm. Dedi:bəlkə elə onun da təqsiri sizdədir. Gördüm kişi xüsusi proqramla zəng vurub mənə, məqsəd ayrıdır. Dedim: axı Nextçala camaatı məndən razılıq edirlər. Dedi: qətiyyən, bizim rayonda bircə adam da sizdən razı deyil. Hamı köhnə deputatımız Arıf Rəhimzadənin atasına rəhmət oxuyur. Dedim: lap yaxşı; Arıf bəylə bizim aramızda həmişə xoş münasibət olub, lakin mən rayona gələndən sonra onun arasınca danışmaq istəyən onlarla adamın ağzından vurub, sözünü kəsmişəm. Mənim yanımda onun haqqında danışa bilməzsiniz!-demişəm. Bizim adamları gedənin dalınca danışmaq vərdişindən xilas etmək lazımdır... Nə isə. Xolqaraqaşlı zənginin bütün təfərrüatını təkrar etmək mümkün deyildir...O adamın əyri niyyətini bir tərəfə buraxıram. Amma Neftçala camaatının, eyni zamanda pambıqçıların vəziyyətinin ağırlığını diqqətdən kənarda saxlamaq olmaz. Əkin sahələrinin xilas etmək üçün təcili tədbirlər görülməlidir...

Sabir Rüstəmxanlı, 12.07.2020

*****

Neftçala xəbərləri (25.07.2020)
Neftçalanın ilk şəhidinin qəbrüstü abidəsi

Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar.
Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının dəstəyi ilə bu günlərdə Neftçala rayonunun ilk şəhidi Gözəlov Əfsər Səttar oğlunun Bankə qəsəbə qəbiristanlığındakı məzarının abadlaşdırılıb. Dəfn olunduqdan sonra yenilənməyən şəhid məzarı üzərində baş daşı qoyulub, məzarın ətrafında abadlıq işləri görülüb. Iyulun 24-də millət vəkili Sabir Rüstəmxanlı və Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid Əfsər Gözəlovun məzarını ziyarət ediblər. Qəsəbə sakinlərinin və rayon fəallarının iştirak etdiyi tədbirdə Sabir Rüstəmxanlı çıxış edərək Neftçala rayonunun Milli Azadlıq Hərəkatında və Birinci Qarabağ savaşında fəal olmasından, bu gün şəhidlərə göstərilən diqqətdən danışmışdır....

*****

Sabir Rüstəmxanlı Neftçala şəhidlərinin ailələrinə və yaralı həbçilərə baş çəkdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olmuş, Qarabağ savaşında bu rayondan şəhid olan döyüşçülərimizin yas mərasimində iştirak etmişdir.
Millət vəkili bu savaşın milli qürur və şərəf tariximiz olduğunu deyərək şəhidlərin bütün Azərbaycan xalqının övladları və baş ucalığı olduğunu bildirib.
S.Rüstəmxanlı rayon sakinləri ilə də söhbət etmiş, bu gün bütün xalqın bir yumruq halında bir olduğunu qeyd etmişdir . Rayon sakinləri də hər zaman dövlətin və ordunun arxasında olduğunu dilə gətiriblər.
Millət vəkili səfər zamanı Salyan rayon mərkəzi xəstəxanasında olmuş, deputat həmkarı Fəzail Ağamalı ilə xəstəxanada müalicə alan yaralı hərbçilərmizə baş çəkmişdir.

*****

Sabir Rüstəmxanlı: “Pandemiya şəraiti bir çox qurumların əlində bəhanə olub”
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, buna qətiyyən yol vermək olmaz: “Prezidentin sərəncamının icrası xırda məmurlar tərəfindən pozulur. Pandemiya şəraitidir, başa düşürük. Ancaq bu, bir çox qurumların əlində bəhanə olub. Əhalini qəbul etmirlər, problemləri ilə maraqlanmırlar. Bunun qarşısı alınmalıdır. Buna bir yol tapılmalıdır”.

S. Rüstəmxanlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə irad bildirib: ”Ölkə ərazisində distant təhsilə keçilib. Ancaq kəndlərdə, rayonlarda internet yoxdur. Yüksək texnologiyalar kənd və rayonlara da çatdırılmalıdır”.

Milli Məclisin sədri Sahibə Qafarova isə Sabir Rüstəmxanlıdan şəhid və qazi ailələrini incidənlərlə bağlı məlumatı çatdırmağı istəyib.
*****

Millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin büdcə müzakirəsinə həsr edilən iclasında çıxışı zamanı Neftçalanın bir sıra problemlərinə toxunub, hökuməti tədbir görməyə səsləyib:
“Bununla belə, seçildiyimiz bölgələrin elə qayğıları var ki, unudula bilməz. Həmin bölgələrin övladlarını Vətən yolunda qurban vermiş insanlarının elə qayğıları var ki, bu gündən sabaha saxlanılmamalıdır!
Bu il Neftçala camaatı pandemiya ilə yanaşı, bir susuzluq fəlakəti yaşadı. Xəzərin şor suyu Salyana kimi irəlilədi, rayoda suvarma bir yana, heç içməyə su tapılmadı. 80 min əhaliyə maşınla su daşımağın nə qədər çətin bir iş olduğunu deməyə ehtiyac qalmır. Ölkə prezidentinin sərəncamı ilə qısa müddətdə Neftçala şəhərinə su kəməri çəkildi. Su gəlib çatıb, lakin Neftçala boyda bir rayon mərkəzində, şəhərdə su paylama şəbəkəsi, kanalizasiya sistemi yoxdur.
Qışdır, yağışın, qarın yağmasına baxmayaraq, Kürün suyu artmır, şordan təmizlənmir. Bunun səbəbləri və aradan qaldırılma yolları haqqında danışıb vaxt almaq istəmirəm. Lakin indidən növbəti ilin su müşkülünü düşünməliyik. Vəziyyət əvvəlkindən daha ağır ola bilər. Kürə ümid bağlamaq olmaz. Görünür Xəzərin suyunun təmizlənib suvarma sistemlərinə ötürməkdən başqa yol yoxdur. Bir sözlə, Nazirlər Kabineti Neftçalanın kənd təsərrüfatını, balıqçılığını, heyvandarlığını qorumaq, yol şəbəkəsini abadlaşdırmaq haqqında düşünməli və gecikdirmədən işə başlanmalıdır.
Rayonun bəzi kəndləri hələ də qazlaşdırılmayıb. Onlardan biri Azərbaycanın müstəqilliyində böyük xidməti olmuş Xalq şairimiz Xəlil Rza Ulutürkün Pirəbbə kəndidir. Camaat mənə deyir ki, heç olmasa Xəlil Rzanın xidmətləri nəzərə alınsın. Eyni sözü Yardımlıda mənim doğulduğum Hamarkənd haqqında da deyə bilərəm. Qaz xətti kəndin 3 kilometrliyindən keçir. On ildir əlaqədar idarələrə müraciət edirik, nəticəsi yoxdur. Mən də bu respublikanın Müstəqillik Aktına qol çəkmiş adamam. Düzünü deyim ki, Neftçalada Xəlil Rzanın, Yardımlıda mənim kəndimin ala qarğa kimi ayrılıb, qazsız buraxılmasının səbəbini başa düşmürəm. Bəlkə bilmədiyimiz başqa bir səbəb var.
Son illərdə kəndlərimizdə aparılan yanlış mədəniyyət siyasəti, kitabxanaların ixtisarı və ləğvi ciddi narazılıq yaradır. Mədəniyyət arxa cəbhədir, ona biganə yanaşmaq olmaz, Neftçala kəndlərində vaxtı ilə tikilmiş gözəl, iri mədəniyyət evləri və məktəblər, uşaq bağçaları var, yeniləri bir yana, bu köhnələri təmir edib qorumaq lazımdır”.

*****

“KƏNDLƏRİMİZİN ÇOXUNDA BANKOMAT YOXDUR”

Son günlər mənə bankomatlarla bağlı çoxlu zənglər gəlir. İnsanları narazlı salan narahatlıqlardan biri də bu məsələdir. Kəndlərimizin çoxunda bankomatlar olsa da , onlara pul qoyulmamasıdır.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib:
“Dövlət əhali üçün pensiyaya pul ayırır, lakin bankomatlardan pulu götürə bilmir .Bu bankomatlar qoyulubsa, onlara pul qoyulmalıdır. İnsanlar növbəyə düzülür, məlum olur ki, pul yoxdur. 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməli olurlar. Bu işlər camaatı dövlətdən narazı salır. Buna nəzarət edən yəqin ki, qurumlar var. Bu məsələ
araşdırılmalıdır”.

*****

DEPUTAT SABİR RÜSTƏMXANLI SUYUN QİYMƏTİNİN ARTIRILMASINA ETİRAZ EDİB.

S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib.
“Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, – deyə S.Rüstəmxanlı əlavə edib.
O təklif edib ki, Tarif Şurası parlametə dəvət olunmalıdır və hesabat verməlidir.
“Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.

*****

SABIR RÜSTƏMXANLI NEFTÇALADA ŞƏHİD AİLƏSİNİ ZİYARƏT ETDİ

61 saylı Neftçala seçki dairəsindən MM-in deputatı, Xalq şairi Sabir Rüstəmxanlı yanvarın 7-də Neftçalanın Həsənabad qəsəbəsində yaşayan "Vətən Müharibəsi Qəhrəmanı", XTQ-in əfsanəvi döyüşçüsü, xidmətlərinə görə 14 fərqli orden və medallarla təltif edilmiş şəhid Camal İsmayılovun ailəsinə baş çəkmişdir. Millət vəkili şəhidin atası Vidadi kişi, anası Filarə xanımla həmsöhbət olub. Valideynlər söhbətində bildiriblər ki, Camalın 18 il XTQ-də xidmət etmiş, dünyanın bir neçə ölkəsində hərbi kurslarda, təlimlərdə iştirak etmışdir. O rus, erməni, ingilis, türk dillərində sərbəst danışa bilib. Övladı Camalın qəhrəmanlıqlarla dolu döyüş yolundan söz açan Filarə xanım Camaldan yadigar 3 nəvəsinin qaldığını qeyd edib. Deputat S.Rüstəmxanlı şəhid Camal İsmayılovun təkcə Neftçalanın deyil, bütün Azərbaycanın qüruru, fəxri olduğunu bildirib və 44 günlük Vətən müharibəsinə həsr etdiyi çapdan təzə çıxmış "Qarabağa dönüş" adlı kitabını şəhid ailəsinə hədiyyə edib. Söhbət əsnasında S.Rüstəmxanlı şəhid ailəsinin problemlərini dinləyib və bu problemlərin həllinə yardımçı olacağını bildirib. Sonda Sabir Rüstəmxanlı yaxın vaxtlarda Camal İsmayılovun büstünün hazırlanacağını və qəsəbənin şəhidlər xiyabanına qoyulacağını deyib. Şəhid ailəsi deputata minnətdarlıqlarını bildirbilər.

*****

SABIR RÜSTƏMXANLIDAN UŞAQPULU MÖVQEYI: BƏRPA OLUNMALIDIR! (11.04.2021)

Son günlər geniş müzakirə olunan sosial təminat və uşaqpulu ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən müzakirələrdə öz fikrini bildirmişdir. Təəssüf ki, bəzi şəxslər sosial şəbəkələrdə S.Rüstəmxanlıya aid olmayan fikirləri onun adından paylaşaraq cəmiyyətdə yanlış rəy yaradır. Sabir Rüstəmxanlının Milli Məclisin 20 avqust 2020-ci il tarixli stenoqramında yer alan çıxışını olduğu kimi diqqətinizə çatdırırıq: Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: “Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsini bərpası ilə bağlı addım atmalıdır”.

*****

SABIR RÜSTƏMXANLININ TƏŞƏBBÜSÜ ILƏ NEFTÇALADA DAHA BIR ŞƏHIDƏ BÜST QOYULDU (12.04.2021)

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Seçicilərlə görüşdən sonra deputat rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanında olub. Xatırladaq ki, ötən ilin sonunda açılışı keçirilən Şəhidlər park-kompleksi Həsənəbaq qəsəbəsinin mərkəzində, geniş bir ərazidə tikilmişdir. Həsənabad qəsəbəsinin yetirdiyi igidlər Vətənin azadlığı uğrunda mübarızələrdə və Qarabağ müharibələrində həmişə öz qəhrəmanlıqları ilə seçiliblər. Şəhidlər kompleksinin baş tərəfindəki divarda 13 şəhidin şəkli qara mərmərdə həkk olunmuş, onların qarşısındakı meydançada 2 milli qəhrəmanın büstü qoyulmuşdur. Kompleks həm də kənd əhàlisinin iştirahət yeri olacaqdır və səliqəli yollar, oturacaqlar, yaşıllaşdırma və işıqlandırma işləri bu niyyətə xidmət edir. Kompleksin Laçının azad edilməsindən bir gün sonra açılışı rəmzi məna daşıyır.
S.Rüstəmxanlının bu dəfəki səfəri zamanı Neftçalanın Həsənabad qəsəbəsində anadan olan “Vətən Müharibəsi Qəhrəmanı”, XTQ-in əfsanəvi döyüşçüsü, xidmətlərinə görə 14 fərqli orden və medallarla təltif edilmiş şəhid Camal İsmayılovun büstünün açılışı olmuşdur. Açılış mərasımındə rayon ictimaiyyəti və qəhrəman şəhidin yaxınları iştirak etmişdir.
Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı çıxış etmiş, Azərbaycan xalqının tarixinin qəhrəmanlıqla zəngin olduğunu, bu qəhrəmanlığın bütün nəsillərə örnək olduğunu bildirmişdir. Kənd məktəbliləri, əyni zamanda şəhidin övladları qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şerlər səsləndirilmişdir.

*****

Dünən Neftçala rayon Kürqarabucaq kəndində şəhidimiz gizirimiz Ağasadığ Aslanovun ev muzeyinin açılışı olub. Şəhidin doğum gününə, 30 yaşının tamamına təsadüf edən açılışda millət vəkili Sabir Rüstəmxanlı, rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin atası Xəlil kişinin öz həyətində tikib ərsəyə gətirdiyi muzeydə Ağasadıq Aslanov və Kürqarabucaq kəndinin digər şəhidlərinə aid fotolar,məlumatlar yerləşdirilib. Açılışda rayon icra başçısı Mirhəsən Seyidov, millət vəkili Sabir Rüstəmxanlı və digər qonaqlar çıxış edərək şəhid Ağasadıq Aslanov və bütün Qarabağ şəhidləri haqda danışmış, onların xatirəsinin hər zaman uca tutulacağını bildrmişlər.

Çıxış edənlər şəhid Aslanov Ağasadıx Xəlil oğlunun eləcə də Neftçaladan vətən müharibəsi iştirakçılarının düşmənə qarşı göstərdikləri igidlik və qəhrəmanlıqlarından söhbət açıblae. Çıxışlarda şəhid atasının belə incə zövqlə oğlunun xatirəsinə yaratdığı muzey abidəsi həqiqətən çox tədqirəlayiq bir hadisə kimi dəyərləndirib . Belə muzeylərin Azərbaycanın hər bir bölgəsində yardılarsa bu gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və onların vətəndaş kimi yetişməsinə böyük təsir göstərən əsas amil rolunu oynaya biləəyi vurğulanlb . Şəhidin atası iştirakçılara öz minnətdarlığını bildirdi.

Daha sonra şəhidin məzarı ziyarət edilib.

Məlumat üçün bildirək ki, Aslanov Ağasadıq Xəlil oğlu 01.03.1991-ci il tarixində Neftçala rayonu Kürqarabucaq kəndində anadan olmuşdur. Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərmiş və qəhrəmancasına şəhid olmuşdur. 08.11.2020-ci il tarixində Kürqarabucaq kənd məzarlığında dəfn edilmişdir. Göstərdiyi igidliklərə görə “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medallarına layiq görülmüşdür.

*****

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında şəhid ailələri və veteranlarını narahat edən bir problemdən bəhs etdi.

Deputat dedi ki, Neftçalada onun təşəbbüsü və köməyi ilə salınan şəhidlər parkında şəhidlərin büstləri qoyulub: “Azərbaycan dövləti imkanı daxilində şəhid ailələrinə çox böyük güzəştlər nəzərdə tutur. Şəhid ailələrinin qələbədən böyük təskinliyi yoxdur. Amma biz hələ çox böyük iş görməliyik. Ermənistan bizim əleyhimizə iş aparmaqdadır. Bizə atılan böhtanlara yetərincə cavab verilmir. Ona gördə də Azərbaycanda ciddi informasiya mərkəzinin yaradılmasına ehtiyac var. Bəlkə də elə adı Qarabağ İnformasiya Mərkəzi olmalıdır. Erməni yalan çirkabı artmaqda davam edir. Bizim mütəxəssislərimiz var, onları tapıb üzə çıxartmaq, bu işlərə cəlb etmək lazımdır. Onlara dövltə tərəfindən dəstək olmalıdır ki, dünya boyunca öz işlərini qura bilsinlər”.

S.Rüstəmxanlı rayonlardakı işsizlik problemindən, o cümlədən Neftçalanın kəndlərinin su problemindən danışdı. O dedi ki, Kür keçənilkindən acınacaqlı vəziyyətdədir, artıq arxa çevrilir, Xəzər Kürə axır, insanlar bilmir neyləsin: “Kür boyu çoxlu balıq nohurları var. Məcbur edirlər insanlar şor su içsin, balıqlar şirin su içsinlər. O nohurların fəaliyyəti dayandırılmalıdır”.

*****

Neftçala xəbərləri (01.07.2021)

Havalar istiləşdikcə Neftçala camaatının rahatlığını əlindənn alan, onların zəhmətini heçə çıxaran, yaşayışlarını pozan qayğılar da çoxalır. Artıq yarım aya yaxındır ki, hər gün rayondan həyəcanlı zənglər gəlir: Kürün suyunun azalmasıyla, keçən il olduğu kimi, bu il də Xəzərin suyu çay yatağını doldurub, adamlar yenə su maşınlarınin ümidinə qalıb, heyvan-qara qırılır, duzlu dəniz suyu çay yuxarı qalxaraq Salyan ərazisinə yaxınlaşmaqdadır və s.
Gözlənilməz xəbər deyil, ağlı olan hər kəs keçən ilki faciəli durumuun bu il də təkrarlanacağını bilirdi. Çünki təbiətin bizi üzləşdirdiyi bu çətinliyin qarşısını almaq üçün lazım olan işlər görülməyib, vədlər yerinə yetirilməyib, çayın, dənizin dilini bilən yerli insanların təklifləri nəzərə alınmayıb. Mən həmin təklifləri burda bir daha təkrarlamaq istəmirəm.
Düzdür dövlət ötən yay rayon camaatını susuzluqdan xilas etmək üçün qısa müddətdə mümkün olan bütün vasittələrə əl atdi, Bütün qonşu rayonların su maşınları Neftçalaya yönəldildi, cəmi bir neçə ay ərzində Neftçala şəhərinə su kəməri çəkildi və hər kəs arxayınlaşdı. Lakir bu rayon təkcə Neftçala şəhərindən ibarət deyil və təəssüf ki, şəhərin də su şəbəkəsi yarıtmaz vəziyyətdədir, təzələnməlidir, tamamlanmalıdır....
Neftçala camaatı çörəyini daşdan, dənizdən, sudan çıxarmağa vərdiş eləmiş, hər çətinliyə əyilməyən, dövlətə, dövlətçiliyə bağlı, qanuna sayqı göstərən camaatdır... Köhnə müəssisələrin dağılmasına, işsizliyə dözür, ancaq susuzluğa dözmək mümkün deyil.
Mən bir daha Nazirlər Kabinetinə, əlaqədar dövlət qurumlarına mürüciət edirəm. Yağış yağacağına, Kürün yenidən aşıb-daşacağına ümid bəsləməsinlər. Dünyada təbii su ehtiyatları bizdən qat-qat az olan ölkələr, dövlətlər var. Su məsələsini necə həll edirlər?Öyrənmək çətin deyil.
Bir yayı, iki yayı birtəhər yola verməklə iş bitməz. Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır.

Sabir Rüstəmxanlı
01.07.2021

*****

23.11.2021
“Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox”
“Xalqımız soruşur ki, nəyə görə xaricdə enerji daşıyıcılarının qiyməti və digər məhsulların qiyməti bizdəkindən ucuzdur? Hökumət rəsmilərinin bunlara bəlkə hansısa əsaslandırması var. Belədirsə, bahalaşma hansı faktorlarla əsaslandırılırsa onu xalqa izah edin. Axı bu bahalaşma belimizi qırır”.
Deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışında deyib. O qeyd edib ki, İqtisadiyyat Universitetində 30 nəfər xüsusi istedadlar qrupunu bitirib: “Ancaq onların biri də ölkədə qalmayıb. Bu işsizlik məsələsinin üstündə durmaq lazımdır”.
Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır: “Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması, müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır”.
*****

14.12.2021
Sabir Rüstəmxanlı parlamentdə işsizlik priblemini qaldırdı "Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür"

Bu gün Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır. Qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq: “Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.
Sabir Rüstəmxanlı bildirib ki, "Rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir. Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikri vermək lazımdır."
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur. Layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq. Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif edilir. Layihədə qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.

*****

Neftçalanın bu kəndləri qazlaşdırılacaq - Baş nazirdən millət vəkilinin müraciətinə cavab (18.12.2023)
Millət vəkili Sabir Rüstəmxanlının Nefçala rayonunun Yeniqışlaq kəndinin qazlaşdırılması ilə bağlı Baş nazir Əli Əsədova ünvanladığı müraciət cavablandırılıb.
Bakupost.az xəbər verir ki, millət vəkilinin müraciəti “Azəriqaz” İstehsalat Birliyinə yönləndirilib.
"Azəriqaz"ın baş direktoru Ruslan Əliyevin millət vəkilinə cavab məktubunda cari ildə Neftçala rayonunun Beştalı və Mirzəqurbanlı kəndlərində qazlaşdırma işlərinin tamamlandığı bildirilib.
Qeyd olunub ki, rayonun digər yaşayış məntəqələrinin, o cümlədən Yeniqışlaq kəndinin qazlaşdırılması məsələsinə maiyyə imkanları çərçivəsində baxılacaq.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr