SƏİDƏ BƏKİRQIZI və İQBAL AĞAZADƏYƏ

Aktual / Cəmiyyət / Manset / Yazarlar 13-sen, 00:299 tv713 109 0





İGİD TEYMURLU



RÜSTƏMXANLININ ÖYGÜ DUASI




Fərd olaraq mən də hər zaman o fikirdə olmuşam ki, NİCATIMIZ VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR. Və bu fikir hələ illər öncəsi 1992-ci ildə millətimizin öndə gedən Aydınlarından olan SABİR RÜSTƏMXANLI tərəfindən bəyan edilmişdi. Və bu, o illər idi ki, farsın, rusun, Qərb dünyasının kəşfiyyatı bütün gücüylə Azərbaycanı param-parça etmək üçün ölkə içindəki separatçı düşüncəni tam şəkildə buxovlamış, əsas təzyiq rıçaqlarını ələ keçirmişdi. Bax o dönəmdə sıxışdırılıb salındığımız labirintdən çıxmaq üçün ən düzgün yolu göstərən Sabir Rüstəmxanlı olmuşdu. Üstündən 30 il keçəndən sonra tarix özü də Sabir bəyin söylədiklərini təsdiq etdi...

Azərbaycan düşmən üzərində tam və qəti qələbə qazanandan sonra 30 il bundan öncə ətrafımızda hürüşən itlər yenə də gah quyruq bulamaqda, gah da bizə sarı dişlərini qıcamaqdadılar. Və bu hal müxtəlif formatlarda təzahür etmədədir. Çox təəssüflər olsun ki, cəmiyyətimizin müxtəlif spektrlərində az-çox tanınan kəslərin əksəriyyəti bilərəkdən, ya da bilməyərəkdən təzahür olunan o halın iştirakçısına çevrilir və şübhəsiz ki, zərbə də millətimizə, dövlətimizə dəyir.

Bax bu gün mağmuncasına müzakirə predmetinə çevrilən "məcburi köçkün"lərlə bağlı məsələ də o kontekstdəndir...

Yazının başlanğıcında 1992-ci il situasiyasını önə çəkməyim təsadüfi deyil. Çünki gerçəkdə Azərbaycan yenə də həmin situasiyanı yaşamaqdadır. Fərq ondadır ki, o zaman təklənmiş və işğal olunmuş Azərbaycan var idi. İndisə biz qalib bir millətik, düşmənlə öz diliylə danışmağı bacaran millətik, strateji müttəfiqlərimizi bəlirləyib hədəflərimizə doğru uğurla gedən millətik. Bizim millət olaraq 30 ildən sonra ÖZÜMÜZƏ QAYIDIŞIMIZ BİZi istəməyənlərin gözünə biz olaraq sancılmadadır. Ol səbəbdən də bütün mümkün vasitələrdən istifadə etməklə ən həssas nöqtələrimiz hədəf götürülür. Jurnalist həmkarımız Səidə Bəkirqızının "məcburi köçkünlər"lə bağlı səsləndirdiyi fikir və buna müqabil "cavab haqqı" ilə çıxış etməyin özü də həssas nöqtələrimizin hədəf götürülməsinin tərkib hissəsidir. İstər Səidə xanım olsun, istərsə də qarşı tərəf heç özləri də bilmədən maraqlı qüvvələrin təzyiq vasitəsi və təzyiq rıçağı rolunda çıxış edirlər...

Yenə də deyirəm, fərd olaraq bu mövzuya toxunmaq istəməzdim. Amma məcburam. Sosial şəbəkə üzərindən təqdim olunan videoçarxlara diqqət edəndə əməlli başlı haçalanmanın şahidi olursan. Və bunda Səidə xanım nə qədər günahkardırsa, Səidə xanıma əks mövqedən çıxış edənlər də bir o qədər günahkardılar.

Məsələnin mahiyyətinə toxunmazdan öncə onu vurğulayım ki, mövzunun ictimailəşdirilməsində həm Səidə xanım, həm də "məcburi köçkün" olan bəzi jurnalist həmkarlarımız, eləcə də siyasi partiya mənsublarımızın bir qismi, ictimaiyyət nümayəndələrimizin tam əksəriyyəti tərəflərin doğru-dürüst dinlənilməsi, obyektivliyin qorunub saxlanılması baxımından düzgün mövqe tutmayıblar. Hər iki tərəfin təqdimatında aqressiya, hikkə və bir natamamlıq kompleksi müşahidə olunur.

Digər bir tərəfdən, tapdalanan mental dəyərlər... Edilən səhvə görə bir azərbaycanlı xanımı "məcburi köçünlər" ordusunun linç eləməsi, yaxud buna qarşılıq çağırışların total hücum formatında üzə çıxması kökündən səhvdir, kökündən bizim mental dəyərlərə ziddir. Bu, bir səhvdirsə, səhvləri bağışlamaq olar, xəyanəti əsla!

Siz Səidə xanımın təqdim etdiyi "köçkünlüyün" xarakterik xüsusiyyətlərini təqdim etməyin, səhvləri bağışlamaqla böyüklük və vətəndaş həmrəyliyi nümayiş etdirin, xanımlar və bəylər!..

Səidə xanımı virtual olaraq tanıyıram. Bilirəm ki, neçə illərin jurnalistidir. Ancaq bax bu neçə illərin jurnalisti ola bilsin ki, hansısa hikkədən yaranan ekstaz vəziyyətdə olduğu üçün görünən budur ki, dediyi sözün məsuliyyətini dərk etməyib və hələ də etmir. Əgər belə olmasaydı, elə mənim də, Səidə xanımın da çox gözəl tanıdığımız onlarla "məcburi köçkün" olan jurnalist dostlarımız var ki, ictimai nərdivanda durduğu bütün pillələrdən imtina edib dədə-baba yurduna qayıtmaq istəyirlər, ancaq bu, bir Dövlət Proqramı məsələsi...Səidə xanım nədənsə ən azından Onları görməzdən gəlir... Bax ən azından onlar haqqında belə sözlər demək hansı obyektivlikdən irəli gəlir, Səidə xanım?

Kor-koranə səslənən və qəzəblə etikadankənar səslənən fikirləri qoyuram bir yana. Olduğu kimi təqdim etməsəm də, siyasi düşüncələrinə hörmətlə yanaşdığım Ümid Partiyasının sədri İqbal Ağazadənin bu mövzuya istinadla səsləndirdiyi bəzi fikirlərinə toxunmaq istərdim. Təəssüf ki, elə İqbal bəyin özü də məsələyə münasibətdə Səidə xanımın yoluyla getdiyindən aqressiyanın əsirinə çevrilir. Və o da məskunlaşmaya, ev tikməyə hikkəylə, aqressiya ilə münasibət bildirib Səidə xanımı linç etməyə çalışır. Sanki bu, mən tanıdığım İqbal Ağazadə deyil. İqbal Ağazadə orada ÜMİDlə baxdığımız Bütöv Azərbaycanlı kimi deyil, Səidə xanımın təqdim etdiyi "məcburi köçkün" kimi danışır...

Bəli, heç kim öz dədə baba yurdundan öz kefindən qaçmaz. VƏ UNUTMAYIN: torpaqlarımız rus və erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur, "yerli sakinlərin qaçması" ucbatından yox! Soyqırımlar törədib həmin bu mənfur rus və erməni hərbi birləşmələri. Milıətimiz qaçqın düşüb, "məcburi köçkün" olublar. İlk növbədə torpaqlarımızı qorumağa mükəlləf olan ordumuzun hərbi-texniki baxımdan zəif durumda olması, siyasi-hərbi rəhbərlikdə olan naşılıq, dövlət olaraq strateji müttəfiqliyimizin olmaması bizi o zaman zəif durumda buraxıb, yerli sakinlər yox. Bütün bunları aradan qaldırmaq üçün biz 30 ilimizi qurban verdik - bu zaman çərçivəsində buraxılan səhvlər də hər birimizin. "10 min Şəhid Ağdamla Füzulinin" deyil, Bütöv Azərbaycanındır, o zamana qədər işğal edilən Ağdərənindir, Laçınındır, Xocalınındır, Kəlbəcərindir, Xankəndinindir, Şuşanındır, İqbal bəy! Bunu Səidə xanıma zərbə timsalında vurmağa çalışma və bu, Sənin səhvindir, gerçəyi söylə! Gerçəyi söylə ki, kimlərdənsə qəhrəman, kimlərdənsə qorxaq obrazının formalaşmasına səsləndirdiyini fikirlər turalğac olmasın.

Bu mənada hər kəsin öz "həqiqəti" olduğu üçün nə Səidə xanım linç edilməlidir, nə İqbal Ağazadə, nə də İgid Teymurlu! Həm Səidə xanımın, həm də ona cavab verənlərin mövqeyi baxımından daha kəskin formatlı onlarla fakt sadalaya bilərəm. Amma bu, nəyi həll edir? Tanıdıqlarımdan deyirəm, yüzlərlə laçınlı, yüzlərlə kəlbəcərli tanıyıram ki, gedib oralarda palatka qurub müvəqqəti olsa da yaşayıblar, yaşayırlar. Ancaq söhbət konusu Dövlət Proqramı olanda həmin palatkalar sökülüb, adamlar məskunlaşdıqları əraziyə yola salınıblar, Səidə xanım! Sən o iddialarını ilk növbədə dövlətə yönəlt və cavabını al.

Onlarla "məcburi köçkün" tanıyıram ki, hələ də yataqxanada can çürütmədədilər. Belə olan halda "hərəsinin 2 evi var" cümlən də obyektivlikdən uzaqdır, Səidə xanım!

Və həm də onlarla "məcburi köçkün" tanıyıram ki, dövlət ev versə də adları qaçqın yataqxanalarında qeydiyyatdadır. Onlarla "məcburi köçkün" tanıyıram ki, deyildiyi kimi "iki evi var", zəbt etdiyi evin sahibindən dəfələrlə artıq lüks şəraitdə yaşayır, İqbal bəy!

Sən heç 2020-ci ildən üzü bu yana azad edilmiş torpaqlarımıza köçmək üçün bir butılka neft götürüb özünü yandırmaq istəyən "məcburi köçkün" gördünmü, İqbal bəy? Amma bunu 2020-ci ilə qədər dövlətdən ev almaq üçün "köçkün statusuna söykənərək, güvənərək" edənlər var idi...

Sən heç evi əlindən alınsa da, bir butulka götürüb özünü yandırmaq istəyən, bunca illər ərzində hay-küy salan soydaş gördünmü, Səidə xanım! Amma bunu 2020-ci ildən sonra elə də olmasa, başqa formada intensiv şəkildə edənlər var...

Bu gün Azərbaycanımızın başı üstündə bir kabus dolaşmaqdadır. Hər şey bunun üzündən baş vermədədir. Tahir Kərimlinin sözü olmasın, lütfən, "qurtarın bu oyunları!"

Və bax burada vaxt gəlir düyünlənən nöqtənin açılmasına. SUAL OLUNUR, Səidə xanım, sən bir jurnalist kimi hələ də bilmirsən ki, köç məsələsi Əlinin, Vəlinin istəyinə bağlı deyil?

Səidə xanım, bəyəm sən bilmirsən ki, bu, birbaşa Dövlət Proqramının tərkib hissəsidir?

Səidə xanım, nədən bu "30 ildə məcburi köçkünlər qanımızı soranda" belə ritorika ilə danışmırdın?

Nədən bunca illər ərzində belə "qəhrəmanlıqlar" sərgiləmirdin, Səidə xanım?...

YAXUD, OLSUN İQBAL BƏY.

Nədən bunca illər ərzində Sən İqbal bəy "məcburi köçkünlər"ə verilən güzəşt, imtiyaz fonunda ac, yalavac dolanan, yersiz, yurdsuz, evsiz qalan "soydaşlarımız da bizim vətəndaşlarımızdır" demirdin?

Nədən bunca illər ərzində sən İqbal bəy "məcburi köçkün"ün uşağı "zəbt edilən evlər"də, əlində order olanların uşaqları kiçicik kirayənişin daxmalarında, qohum-əqrəba qoltuğunda doğulanda bu "soydaşlarımız da bizim vətəndaşlarımızdır" demirdin, İqbal bəy?..

Şübhəsiz ki, bütün bunları Səidə xanım da, İqbal bəy də gözəl bilir. Bilirlərsə, onda haradandır bu aqressiya? Həəə, bax bu, zaman və məkan, qalib Azərbaycanın ətrafını saran hörümçək toru baxımından düşündürücüdür?..

Bəli, ""məcburi köçkün" özü tikib o evi, evləri - dişiylə, dırnağıyla zülm çəkə-çəkə. Sənin kimi, mənim kimi...

Və həm də bəli, ""məcburi köçkün" özü tikib o evi - o danışan vətəndaşın əmək haqqı qaldırılmayıb, çünki büdcə xərclərinin böyük hissəsi köçkünün xərclərinin ödənilməsinə yönləndirilib., sosial vəziyyəti köçkünlərə ayrılan para ucbatından acınacaqlı durumda olub, dövlət onlara para ayırıb, o da tikib. Dövlət onlara şərait yaradıb, o da tikib. Öyləsə və öylədir də, onda dəyərli İqbal bəy, Sən əlində order ola-ola indinin özünədək kirayənişin qalan, gəncliyi çoxdan əlindən çıxmış digər vətəndaşların durumundan nədən danışmırsan?

BAXIN: "məcburi köçkün" gəlib əlində orderi olan kiminsə evinə girir. Dövlət bu 30 ildə onun kommunal xərclərini qarşılayır, dövlət ona bu 30 ildə çörək pulu verir, dövlət onu bu 30 ildə işlə təmin edir, dövlət onu bu 30 ildə ərzaqla təmin edir, dövlət onun övladının təhsil haqqını bu 30 ildə qarşılayır, dövlət ona mərhələ-mərhələ bu 30 ildə ev tikib və sair...və sair...Bununla paralel olaraq hansısa bir problemini həll etmək istəyəndə "məcburi köçkün" statusu bunlar üçün bir sipər olur və ""qaçqınam, köçkünəm" deyəndə bütün dövlət strukturları bunların qarşısında aciz qalır...

Dəyərli İqbal bəy, 12 imam üçün ağlayanda hərdənbir qarşı tərəfi də yaddan çıxarmayaq. "Məcburi köçkün"lə müqayisədə yuxarıda sadaladığım bütün növ güzəşt və imtiyazlardan belə demək mümkünsə, "məhrum" olub sıravi vətəndaş. Bax həmin məhrumiyyətlərin hesabına Dövlət Babanın "məcburi köçkün" adlı elektoratı özünə Sən deyən "şəraiti" qurub. Bunu Sən məndən də yaxşı bilirsən, sadəcə olaraq, qəzəb və aqressiya hissin gerçəkləri söyləməyə imkan vermir...

İstər Səidə Bəkirqızı olsun, istərsə də İqbal Ağazadə - hər ikisi öz oxucusu, öz elektoratı olan və cəmiyyətimiz tərəfindən qəbul edilən şəxslərdir. Papağınızı qoyun qabağınıza fikirləşin, özünüzü həm "məcburi köçkünlər"in, həm də digər vətəndaşlarımızın yerinə qoyun, danışın. Bu mövzuda adıçəkilən şəxslər başda olmaqla digər soydaşlarımızın da qəzəb və aqressiya nümayiş etdirmələri ilk növbədə millətçiliyimizə və dövlətçiliyimizə vurulan zərbədən başqa bir şey deyil. Savaş hələ də davam edir, dəyərli insanlar. Hələ də Bizi gözləyən yurd yerlərimiz var. Hər zaman sabaha ÜMİDlə baxmışıq, gəlin belə də baxaq. 400 milyonluq Türk Dünyasının Ağsaqqallarından, Ağsaçlılarından Biri olan Sabir Rüstəmxanlının Öygü Duasını unutmayaq : Nicatımız Vətəndaş Həmrəyliyindədir. Hər birinizə sayğılarla...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr