PUTİNİN İMPERİALİST DÜŞÜNCƏSİ

Aktual / Cəmiyyət / Manset / Yazarlar 11-okt, 16:439 tv713 31 0







İGİD TEYMURLU



VƏ AŞAĞILANAN DİLİMİZ




"Qeyd edim ki, Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar".

Bunu imperialist düşüncəli, Ukraynada qan içməkdən doymayan, ətraf əraziləri də təhdid altında saxlayan Rusiya adlı "xalqlar həbsxanası"nın prezidenti Putin deyib. Cəmiyyət də susur!!!

Mən də türk dilimi sevən bir kəs kimi Putinin bu açıqlamasını siyasi sərsəmlik, dilimizə hörmətsizlik kimi dəyərləndirirəm. Və sözarası statistikaya əsasən hər kəsin diqqətinə bir məqamı da çatdırıram ki, "son 5 ildə Azərbaycanda 82 944 nəfər nikahdankənar doğulan uşaq var" - yəni, BİC.

Bax Putinin belə sərsəmləməsinə tutalğac verənlərin tam əksəriyyəti də həmin bicbalaları əkənlər, doğanlar və o bicbalaların özləridir.

Çünki onlar Vətən, Dövlət, Millət, Dil Sevgisini anlamazlar!

Çünki onlar Vətənin bir parçası olan və vətəni qoruyacaq övladın kim olduğunu anlamazlar!

Çünki onlar doğma türkcəmizdə ana laylası eşitməyiblər!

Ona görə də belələri Azərbaycanın tən ortasında doğma türkcəmizə qəriblik donu geyindirib başqa dilləri xaç suyuna salırlar.

Öz anana, öz ananın dilinə axı necə ikinci dərəcəli status vermək olar?!

OLMAZ!!!

Demək ki, öz türkcəmizə ikinci dərəcə statusu verənlər də məhz öz analarına və onun dilinə hörmətlə yanaşırlar...

Day hes zad...

Ə Kişi, bu dövləti başa düşdük e, hansısa "dövlətlərarası", nə bilim hansısa "geostrateji maraqlar", hansısa "qonşuluq prinsipləri", hansısa "diplomatik yanaşma" və sair...

Ə, bə bu MÜXALİF ƏTdən olan siyasi partiyalar, ə, bə bu QıHıTılar, ə, bə bu ZURNALİST ORDUSU nöş susur e Putinin sərsəmləməsinə??? Onların Rusiya ilə nə alıb verəcəkləri var e? Ki, öz türkcəmizdə yazıb-oxumağın, danışmağın vacibliyini dilə belə gətirmirlər, hələ dilimizi aşağıladığına görə Putinin anasını söymədiklərini qoyaq bir yana...

Rusiyanın məlum təyyarə təxribatından sonra təqdimatın diliylə televiziyadan haqq olaraq az qala Putinin anasını söyürcəsinə çıxış edən AzTv başda olmaqla digər KİV-lər indi niyə susur?...

Ə Kişi, Putin ananızın dilini aşağılayır e, ananızın dilini?!

Görünən budur ki, ziya(n)lılarımızın çoxu Putinin "Azərbaycan rusdilli ölkədir" atmacasından əməlli başlı məsti-xumar olublar və həm də burada bir boğaz məsələsi var. Əks halda belə olmamalı idi...

TFUUUUUU......

ÖZ VƏTƏNİNDƏ ÖZ ANANIN DİLİNƏ TÜPÜRÜB HANSISA ANDREYİN ANASININ DİLİNDƏ QANIMIZ, CANIMIZ BAHASINA FORMALAŞAN BÜDCƏDƏN MALİYYƏLƏŞƏN TƏHSİL OCAQLARINDA TƏDRİSİN APARILMASI, BU MÜƏSSİSƏLƏRDƏ TƏHSİL ALMAQ, OXUMAQ, YAZMAQ VƏ DANIŞMAĞIN MƏNTİQİ NƏ DEYİR ADAMA? VERİN ÖZƏL MÜƏSSİSƏLƏRƏ BU SƏLAHİYYƏTİ, KİM İSTƏYİR, PULUNU ÖDƏSİN, HANSI DİLDƏ YAZIB OXUMAQ İSTƏYİR, QOY ELƏSİN...

Bax Putinin o sözündən xoşhallanıb susanlar var ha, onları yaxşı tanıyın və tanıdın, demək ki, onlar da məhz öz analarının dilinə qurumsaq Putin demişkən, "hər yerdə" hörmətlə yanaşırlar və ol səbəbdən də öz dilimizdə danışmırlar..

ƏKS HALDA....Adam da heç öz anasının dilinə tüpürər, bu dildə danışmaqdan ləzzət almaz?!..

Putin "rus dili hər yerdə işlənir" deməklə əslində öz imperiya xislətini ortaya qoymuş olur və bu da zatən siyasi quduzluğun bir nümunəsidir. İstər "xalqlar həbsxanası"nın prezidenti olsun, istərsə də digərləri - dilimizi aşağılamağa çalışanların ya hansısa bir vaksinə, ya da hansısa bir "dəmir yumruğa" ehtiyacı var. Və bu nümunəni dövlətdən öncə cəmiyyətin üzvləri, siyasi institutlar və QHT-lər, KİV təqdim etməlidir...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr