Türk seysmoloqdan xəbərdarlıq

Aktual / Cəmiyyət / Dünya / Manset 11-noy, 12:069 tv713 0 0




Türkiyəli seysmoloq Süleyman Pampal Egey dənizində, xüsusilə Krit və Rodos adaları ətrafında 7–8 bal gücündə zəlzələnin başvermə ehtimalının artdığını bildirib.

Tv 713.az ölkə mətbuatına istinadla xəbər verir ki, alimin sözlərinə görə, bu proqnoz son vaxtlar Türkiyə sahillərində, xüsusilə Mərmərə bölgəsində müşahidə olunan seysmik aktivliyin yüksəlməsi ilə əlaqədardır.

“Balıkesir vilayətində qeyri-adi vəziyyətlə üz-üzəyik. Burada hər gün 4–5 bal gücündə təkanlar qeydə alınır, son dövrdə iki dəfə 6 bal gücündə zəlzələ yaşadıq. Bu il ərzində oxşar vəziyyət Egey dənizində də müşahidə olunur. Afrika plitəsinin tektonik qırılma xəttinin ucu magma qatına yaxınlaşır və şərqə doğru hərəkət edir. Bu şərait Krit və Rodos adaları arasında güclü zəlzələnin başvermə ehtimalını artırır. Onun maqnitudası 7–8 bal ola bilər”, - deyə o bildirib.

Seysmoloqun sözlərinə görə, bölgədə seysmik riskin artması ciddi təhlükə siqnalı kimi qiymətləndirilməlidir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr