AQİL ABBASIN “QARABAĞ” ÇAĞIRIŞI VƏ KÜRSÜ RAHATLIĞI

Aktual / Cəmiyyət / Ölkə / Manset 17-iyn, 20:309 tv713 14 0






İGİD TEYMURLU



XALQIN ÖVLADLARINA DƏRS VERƏNLƏR ÖNCƏ ÖZ MƏSULİYYƏTİNƏ BAXMALIDIR




“Saymışam, bir gündə mənim dədəmi sosial şəbəkədə 900 dəfədən artıq söyüblər” — bu cümləni səsləndirən deputat Aqil Abbas bəlkə də ilk növbədə özünə sual verməlidir: niyə bir söz bəzən cəmiyyətdə bu qədər kəskin əks-səda doğurur?

Çünki xalq yalnız deyilən sözə yox, o sözün haradan və hansı mövqedən deyildiyinə də baxır. Eyni cümlə sadə vətəndaşın dilində başqa, illərlə yüksək kürsülərdə əyləşən bir şəxsin dilində isə tamam başqa məna daşıyır.

“Mənim övladlarımın yaşı keçib. Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər. Qarabağın tikintisinə töhfə versinlər” fikri ilk baxışda vətənpərvərlik çağırışı kimi təqdim edilə bilər. Amma dövlətçilik yalnız çağırış etmək deyil. Dövlətçilik həm də öz davranışınla nümunə olmaqdır.

Qarabağın bərpası böyük milli məsələdir. Bu torpağın azadlığı üçün canından keçən də xalqın övladları oldu, bu gün onun dirçəlişində çalışanlar da yenə xalqın övladlarıdır. Amma heç bir milli məqsəd gənclərə yuxarıdan baxmaq, onları sadəcə yük daşıyan qüvvə kimi təqdim etmək haqqı vermir.

Çünki bu ölkənin gəncləri kiminsə rahatlığını təmin edən vasitə deyil, dövlətin gələcəyidir.

Ən böyük problem də buradadır: bəzən bəzi məmur və deputatların sözləri ilə əməlləri arasında görünən məsafə cəmiyyətdə inamsızlıq yaradır. Bir tərəfdən xalq, vətən, fədakarlıq haqqında yüksək pafoslu çıxışlar edilir, digər tərəfdən isə adi insanların gündəlik mübarizəsi, gənclərin gələcək narahatlığı kifayət qədər hiss olunmur.

Bəzən elə görüntü yaranır ki, kimlərinsə övladları üçün həyatın qapıları açıq, başqalarının övladları üçün isə yalnız “gedin işləyin” tövsiyəsi var.

Əgər bəzi şəxslərin ailələrində rahatlıq, imkan və üstünlüklər nəsildən-nəslə ötürülən bir vərdişə çevrilməyibsə, onda xalqın övladlarına da yalnız fədakarlıq tələb edən tərəf kimi baxmaq olmaz.

Dövlət adamı gəncə yol göstərər, amma onun yolunu bağlamaz. Dövlət adamı gəncdən xidmət istəyər, amma əvvəl özü xidmətin nə olduğunu göstərər.

Təəssüf ki, cəmiyyətdə bəzən “don dəyişən”, vəziyyətə uyğun danışan, kameralar qarşısında bir cür, real həyatda başqa cür görünən davranışlar da müşahidə olunur. Halbuki vəzifə insanı xalqdan uzaqlaşdırmaq üçün verilmir. Vəzifə insanın xalq qarşısındakı məsuliyyətini artırır.

Aqil Abbasın illərdir tanınan pafoslu çıxış üslubu da bu dəfə əsas sualı kölgədə qoymur: xalqın övladlarına nəsihət verməzdən əvvəl, xalqın özünü dinləmək lazımdır.

Çünki deputatlıq sadəcə tribunada görünmək, düymə basmaq və gur danışmaq deyil. Deputatlıq millətin yükünü anlamaq, onun dərdinə yaxın olmaq və verdiyi sözün məsuliyyətini daşımaqdır.

Məmməd Arazın adı böyük ədəbiyyat, xalq sevgisi və mənəvi dəyərlərlə bağlıdır. Amma heç bir ad, heç bir titul, heç bir kreslo insanı xalqın vicdanından üstün edə bilməz.

Sonda məsələ bir deputatın bir cümləsindən də böyükdür. Məsələ budur: xalqdan xidmət istəyənlər əvvəl özləri xidmətin nümunəsini göstərməlidirlər.

Çünki Qarabağ torpaqla, daşla, zəhmətlə tikiləcək. Amma dövlətə inam yalnız ədalətlə, səmimiyyətlə və nümunə ilə qurulacaq.

Söyüş söymək etik prinsiplərə ziddir. Fərd olaraq mən bunu pisləyirəm və ərz edirəm ki, Aqil Abbas, gözəl təkliflərinə görə Allah dədənin yanında uyuyanlara da rəhmət eləsin..
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr