Moskva "Spartak"ının azərbaycanlısı AFFA-dan nə istədi? - SON DURUM
Moskva "Spartak”ında istədiyi karyeranı qura bilməyən Ayaz Quliyevin Rusiya millisinə düşmək perspektivi getdikcə zəifləyir.
tv713.az Fanat.Az-a istinadla bildirir ki, AFFA milliyə cəlb etmək istədiyi azərbaycanlı futbolçu ilə koronavirus pandemiyası dönəmində də əlaqə saxlayıb.
Son olaraq assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovla danışan Quliyev əvvəldən irəli sürdüyü şərtlərlə bağlı hər hansı güzəşt etməyib. Böyük məbləğdə pul, əsas millinin "11-liy”ində yer tələbi ilə çıxış edən 23 yaşlı yarımmüdafiəçi daha perspektivli Rusiya variantından hələ əlini üzmədiyini xatırladıb.
Ona tələb etdiyi məbləğin verilməsinin qeyri-mümkün olduğunu çatdıran AFFA rəsmisi isə yığmaya müntəzəm çağırılmasıyla bağlı hər hansı problem olmayacağını bildirib. Bununla belə, Məmmədov futbolçuya start heyətdə daimi yer məsələsi baxımından təminat verə bilməyəcəyini də söyləyib.
Danışıqlar davam etdiriləcək.